Komao Hayaşi
Komao Hayaşi | |
---|---|
yap. 林駒夫 | |
Doğum tarixi | 22 sentyabr 1936 |
Doğum yeri |
|
Vəfat tarixi | 15 may 2024[1] (87 yaşında) |
Fəaliyyəti | incəsənət xadimi |
Mükafatları |
Komao Hayaşi (林 駒夫, Hayaşi Komao?, 22 sentyabr 1936, Kamiqyo[d] – 15 may 2024[1]) – Yaponiya kukla sənətçisi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Komao Hayaşi 1936-cı ildə Yaponiyanın Kioto prefekturasının Kamiqyo rayonunda doğulmuşdur. 1955-ci ildə Kioto Suzaku liseyindən məzun olduqdan sonra XIII Kamiqyo kukla ustası Menşonun şagirdi olmuşdur. 1995-ci ildə Kioto prefekturası tərəfindən qeyri-maddi mədəni mülk elan olunmuşdur.[2]
Pavlovniya tozuna yapışqan əlavə edib yoğuraraq və quruduqdan sonra rəngləyərək hazırladığı Toso kuklalarına görə tanınmış, bu səbəbdən də 2002-ci ildə yaşayan milli xəzinə adına layiq görülmüşdür. 15 may 2024-cü ildə 87 yaşında ölmüşdür.[3]
Mükafatları
[redaktə | mənbəni redaktə et]1960-cı illərdən etibarən Yaponiya Ənənəvi Sənət İşləri Sərgisinin mükafatları daxil olmaqla bir çox mükafata layiq görülmüşdür.[3] 1973-cü ildə keçirilmiş sərgidə Yaponiya Sənət İşləri Assosiasiyasının Prezident mükafatını qazanmışdır. 2001-ci ildə Kioto Mədəniyyət Mükafatının Nailiyyət kateqoriyasının qalibi olmuşdur. 2004-cü ildə "Bənövşəyi lent" medalı, 2009-cu ildə "Doğan günəş" ordeni ilə təltif olunmuşdur.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://mainichi.jp/english/articles/20240521/p2g/00m/0na/036000c.
- ↑ "Komao Hayashi". Japan Gallery (ingiliscə). 23 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2024.
- ↑ 1 2 3 "Japanese doll artisan, national treasure Komao Hayashi dies at 87". The Mainichi (ingiliscə). 21 may 2024. 23 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2024.