Kepler-1649C

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kepler-1649C
Kəşf tarixi15 aprel 2020, aprel 2020[1]
Əyilməsi89,339 ± 0,056 °[1]
Nəyin peykidirKepler-1649[2][1][…]
Şimal qütbünün meyllənməsi
+41° 49′ 47,98″[1]

Kepler-1649c, Keplerin kosmik teleskopu tərəfindən kəşf edilmiş planet sisteminin ən kənar planeti olan qırmızı cırtdan ulduz Kepler-1649-un yaşayış zonası daxilində fırlanan, ehtimal ki, səthi qayalıq olan Yer ölçüsündə ekzoplanetdir. O, Yerdən təqribən 301 işıq ili (92 pc) uzaqlıqda yerləşir və Qu quşu bürcündədir.[3]

Kepler-1649c öz ulduzunun orbitindəki dövrəsini təqribən 19,53 günlük orbital dövrə ilə başa çatdırır (yəni bu ekzoplanetin bir ili Yer vaxtı ilə 19,53 günə bərabərdir) və öz ulduzundan təqribən 0,0649 AU (9,710,000 km; 6,030,000 mil) uzaqda yerləşir, həmçinin onun kütləsi Yer planetindən 1,2 dəfə, radiusu isə Yer planetindən 1,02 dəfə çoxdur. Kütləsinin və radiosunun Yer ilə müqayisəsinə əsasən o çox güman ki Yer planetinə bənzəyir baxmayaraq ki, onun ulduzuna yaxın olması onun qabarma və çəkilmə nəticəsində öz ulduzuna bağlı ola biləcəyini bildirir. Kepler-1649c-nin Yerin Günəşdən aldığı radiasiya miqdarının təxminən dörddə üçünü öz ulduzundan aldığı təxmin edilir.

2017-ci ildə SETI-nin K2 Elm Ofisinin direktoru Jeff Coughlin onu Kepler Kosmik Teleskopu tərəfindən indiyə qədər tapılan "Yerə ən oxşar planet" kimi təsvir edib.[4] Keplerin robotetter alqoritmi ilə planet əvvəlcə yanlış müsbət hesab edilmişdir. Kepler Yanlış Müsbət İşçi Qrupu 15 aprel 2020-ci ildə bərpasını dərc etdirmişdir.[5][6] Onun ilk elmi təsviri 2020-ci ilin aprelində ilk müəllif Endryu Vanderburqla birlikdə The Astrophysical Journal Letters jurnalında dərc edilmişdir.[5][7]

Fiziki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kütlə, radius və temperatur

[redaktə | mənbəni redaktə et]

Ölçüsünə görə Yer planetinə çox oxşayan bu ekzoplanet NASA[8] tərəfindən qayalı planet kimi müəyyən edilmişdir, lakin radiusu Yer planetindən 1,06 dəfə böyükdür.[5][9]

Ev sahibi ulduz

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Kepler-1649

Kepler-1649 – orbitində yalnız iki təsdiqlənmiş planet vardır, digər planet isə Kepler-1649b adlanır.[8] Günəşimizin təxminən ¼ radiusunda olduğu təxmin edilən M tipli qırmızı cırtdan ulduzdur.[10] Kepler-1649b bizim Günəş sistemindəki Veneraya iki cəhətdən bənzəyir: həm Kepler-1649b, həm də Venera növbəti məlum olan planetlərin (müvafiq olaraq Kepler-1649c və Yer planeti) təxminən yarısının radiusunda orbitə malikdirlər və onlara oxşar ölçüdədirlər.[11]

Kepler-1649c M tipli qırmızı cırtdan olan öz ev sahibi ulduzun — Kepler-1649-un orbitindəki dövrəsini cəmi 19,5 Yer gününə başa çatdırır.[10] Kepler-1649 adlı ulduz sisteminin yaşayış zonası daxilindəki orbitdə dövrə vurur.

Yaşama qabiliyyəti

[redaktə | mənbəni redaktə et]
Göydəki ev sahibi ulduz və Kepler-1649b ilə Kepler-1649c-nin səthinin rəssam tərəfindən təsviri

Ekzoplanet öz ulduzunun yaşayış zonası daxilində orbitdə olsa da, ekzoplanetin atmosferi haqqında məlumatın olmamasına görə Kepler-1649c-nin səthində maye suyun olub-olmaması məlum deyildir. 2021-ci ilə kimi, ev sahibi ulduzda hələ heç bir günəş parlaması müşahidə edilməyib; buna baxmayaraq, elm adamları hesab edirlər ki, belə ulduzlar tez-tez günəş parlaması aktivliyinə meyllidirlər və bu cür partlamalar nəticəsində meydana gələn alovlar ekzoplanetin atmosferini soyudaraq həyat perspektivinə mane ola bilərlər.[3][8]

Kepler-1649c-nin iqlimi haqqında çox az şey məlumdur.[5] O, Yerin Günəşdən aldığı işığın tam 75%-ni öz ulduzundan alır; buna görə də atmosferdən asılı olaraq onun səthinin temperaturu Yerin temperaturu ilə kifayət qədər oxşar ola bilər ki, bu da planetdə maye suyun mövcud ola bilmə ehtimalını artırır.[4] Kepler-1649c ekzoplanetinin atmosferinin tərkibinin nədən ibarət olduğu aydın deyildir.[8]

Orbital təkamül modelləri göstərir ki, Kepler 1649c-nin qravitasiya təsiri altında əhəmiyyətli ekssentrik tərəddüdlər mümkündür, lakin iqlimin əksər ilkin parametrlər üçün Yer ilə oxşar qalacağını göstərir.[12]

  1. 1 2 3 4 Vanderburg A., Rowden P., Bryson S., Coughlin J., Collins K. A., Batalha N., Colón K. D., Henze C., Huang C. X., Quinn S. N. A Habitable-zone Earth-sized Planet Rescued from False Positive Status (ing.). // The Astrophysical Journal Letters IOP Publishing, 2020. Vol. 893, Iss. 1. P. L27. ISSN 2041-8205; 2041-8213 doi:10.3847/2041-8213/AB84E5 arXiv:2004.06725
  2. SIMBAD Astronomical Database.
  3. 1 2 April 2020, Mike Wall 15. "Newfound alien planet may be most Earth-like yet". Space.com (ingilis). 15 April 2020. 2022-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  4. 1 2 Georgiou, Aristos. "Potentially habitable exoplanet that is Earth-like in size and temperature was discovered 300 light-years away". Newsweek (ingilis). 16 April 2020. 30 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2020.
  5. 1 2 3 4 Vanderburg, Andrew; Rowden, Pamela; Bryson, Steve; Coughlin, Jeffrey; Batalha, Natalie; Collins, Karen A.; Latham, David W.; Mullally, Susan E.; Colón, Knicole D.; Henze, Chris; Huang, Chelsea X. "A Habitable-zone Earth-sized Planet Rescued from False Positive Status". The Astrophysical Journal. 893 (1). 2020-04-15: L27. arXiv:2004.06725. Bibcode:2020arXiv200406725V. doi:10.3847/2041-8213/ab84e5. ISSN 2041-8213.
  6. Strickland, Ashley. "New potentially habitable exoplanet is similar in size and temperature to Earth". CNN. 15 April 2020. 2 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2020. The study published Wednesday in The Astrophysical Journal Letters.
  7. "Texas-Led Team Finds Earth-Sized, Habitable Zone Planet Hidden in Early NASA Kepler Data". University of Texas at Austin (ingilis). 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18.
  8. 1 2 3 4 "Earth-Size, Habitable Zone Planet Found Hidden in Early NASA Kepler Data". Exoplanet Exploration: Planets Beyond our Solar System. 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  9. Carter, Jamie. "Long-Dead Telescope Detects 'Most Similar Planet To Earth Ever Found' In A Star's 'Habitable Zone'". Forbes (ingilis). 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  10. 1 2 McDonald, Rebecca. "Dedicated Team of Scientists Discover Habitable-Zone Earth-Size Planet in Kepler Data". Seti Institute. April 15, 2020. July 1, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 17, 2020.
  11. "Exoplanet-catalog". Exoplanet Exploration: Planets Beyond our Solar System. 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  12. Kane, Stephen R.; Li, Zhexing; Wolf, Eric T.; Ostberg, Colby; Hill, Michelle L., "Eccentricity Driven Climate Effects in the Kepler-1649 System", The Astronomical Journal, 161, 2020: 31, arXiv:2011.09074, doi:10.3847/1538-3881/abcbfd