Katarjina Skovronska
Katarjina Skovronska | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Katarzyna Ewa Skowrońska-Dolata |
Doğum tarixi | |
Doğum yeri | Varşava Polşa |
Vətəndaşlığı | Polşa |
Voleybolçu məlumatları | |
Boyu | 189 sm |
Çəkisi | 75 kq |
Bloku | 302 sm. |
Mövqeyi | Hücumçu |
Karyerası | |
Komandası | Rabitə Bakı |
Nömrəsi | 17 |
Milli komanda karyerası | |
2003-günümüzə qədər | Polşa |
Vikianbarda əlaqəli mediafayllar |
Katarjina Skovronska ( tam adı Katarzyna Ewa Skowrońska-Dolata ) (d. 30 iyun 1983 - Varşava, Polşa) — Polyak voleybolçusu.
Karyerası
[redaktə | mənbəni redaktə et]Onda voleybola maraq yeniyetmə olarkən, böyük qardaşının oyununu izləyərkən yaranmağa başlayıb. Karyerasına hücumçu kimi yerli klublardan olan Skra Varşavada başlayıb. 15 yaşı olanda Polşa Voleybol Federasiyasının İdman məktəbinə getməyə başlayıb və burda mövqeyini dəyişərək blokçu olaraq oynayıb. Onun ilk uğuru bu məktəbin tələbəsi olarkən 1999-cu ildə Cadet Avropa Çempionluğu və bir il ardından Yeniyetmələr arasında Avropa Çempionluğunu yaşaması olub. Millidə debüt etdiyi 2003-cü ildə Ankarada keçirilən Avropa Çempionatında finalda Türkiyə millisini məğlub edərək qitə çempionluğunu bayram edib. Yavaş-yavaş ulduzu parlamağa başlayan Kasya 2 il sonra yenidən Zaqrebdə keçirilən analoji yarışın birincisi olub. Bundan sonra 5 il İtaliyada müxtəlif üç klubda forma geyib. Bu illər ərzində 2007/08 mövsümündə Asistel Novara ilə Çempionlar Liqasının bürüncünü, Skavalini Pezaro komandası ilə isə İtaliya Superkuboku və İtaliya Çempionluğunu qeyd edib. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında iştirak etsə də, Polşa millisi qrup mərhələsini adlaya bilməyib. 2010-cu ildə Türkiyənin Fənərbağça Acıbadem komandası ilə Çempionlar Liqası 3-cülüyü və Klublararası Dünya Çempionu adını qazanıb. 2011-13-cü illərdə Çin nəhəngi Quanqdonq Everqrande komandasında 2 il oynayıb. Burda Çin Çempionu adını və Asiya Klub Çempionatının qızıl medalını qazanıb. 2013-cü ildən Azərbaycanda Rabitə Bakı klubunda oynayır. Bir dəfə Azərbaycan Superliqasının qalibi və 2013/14 CEV Çempionlar Liqasının bürünc mükafatını qazanıb. 2006-cı ildən Yakub Dolata ilə evlidir.
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]- Boy: 189 sm
- Çəki: 75 kq
- Mövqe: Hücumçu
- Blok yüksəkliyi: 302 sm
- Hücum yüksəkliyi: 317 sm
- Nömrə: 17
Oynadığı klublar
[redaktə | mənbəni redaktə et]Tarix | Ölkə | Klub |
---|---|---|
1995-1998 | Skra Warszawa | |
1998-2001 | SMS PZPS Sosnowiec | |
2001-2003 | AZS AWF Danter Poznań | |
2003-2005 | Nafta-Gaz Piła | |
2005-2006 | Vicenza Volley | |
2006-2008 | Asystel Novara | |
2008-2010 | Scavolini Pesaro | |
2010-2011 | Fenerbahçe Acıbadem İstanbul | |
2011-2013 | Guangdong Evergrande | |
2013-2015 | Rabitə Bakı |
Şəxsi nailiyyətləri
[redaktə | mənbəni redaktə et]- "Ən məhsuldar oyunçu", 2007, FIVB Dünya Kuboku
- "Ən məhsuldar oyunçu", 2008, CEV Çempionlar Liqası
- "Ən məhsuldar oyunçu", 2010, FIVB Klublararası Dünya Çempionatı
- "Ən dəyərli oyunçu", 2010, FIVB Klublararası Dünya Çempionatı
- "Ən məhsuldar oyunçu", 2012, Çin Çempionatı
- "Ən məhsuldar oyunçu", 2013, Çin Çempionatı
- "Ən məhsuldar oyunçu", 2014, Azərbaycan Çempionatı