Karl Orf
Karl Orf | |
---|---|
alm. Carl Orff | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 10 iyul 1895[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 29 mart 1982[1][2][…] (86 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi |
Dəfn yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, musiqişünas, musiqi pedaqoqu, universitet müəllimi[d], musiqi nəzəriyyəçisi, librettoçu |
Janr | opera |
Musiqi alətləri | orqan, piano, violonçel, Ksilofon |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları | |
orff.de/carl-orff | |
Vikianbarda əlaqəli mediafayllar |
Karl Orf (10 iyul 1895[1][2][…], Münxen[3] – 29 mart 1982[1][2][…], Münxen[4]) — məşhur alman bəstəkarı, musiqişünası və pedaqoqu.
Həyatı
[redaktə | vikimətni redaktə et]10 iyul 1895-ci ildə Münhendə anadan olub. 5 yaşından fortepianoda, orqanda, violençeldə ifa edib. Sonra isə Münhen Musiqi Akademiyasında təhsil alıb. K. Orf A. Veer-Valbrunnanın, Q. Çilxeranın tələbəsi olub. 1914-cü ildə akademiyada təhsilini bitirib.
1921-1922-ci ilərdə məşhur polifonist Q. Kaminskadan dərs alıb. 1915-1919-cu ilə kimi Munhen, Monqeyndə, Darmştatda drijorluq edib.
1924-cü ildə doğma şəhərində D. Günter ilə birlikdə musiqi məktəbinin əsasını qoyub. İş təcrübəsi ərzində hətəkətlə (rəqs, gimnastika) musiqisinin sintezinin köməkliyi ilə uşaqlara musiqi tərbiyyəsi aşılayırdı. O cümlədən, yeni növ alətləri hazırlayıb (“Orff alətləri”). Bu əməyin nəticəsində xüsusi musiqi təlimatları müəyyənləşdirilmişdir (1930-1935). 1950-ci ildən etibarən Münhen Konservatoriyasında kompazisiya üzrə professordur. Musiqinin müxtəlif növlərinə müraciət edib, o cümlədən, pantomima, rəqs, səhnə musiqisi və konsertlər, oratoriya- kantatalar yazıb.
Yarıdıcılığı
[redaktə | vikimətni redaktə et]- Operalar - antik ədəbiyyatla bağlı olanlar “Antiqona” (1943), “Çar Edip” (1959), “Promotey” (1968)
- Opera-nağıl - “Ay” (1939), “Ağıllı qız” (1943), “Yay gecəsində yuxu” (Şekspirin,1962), “Triumfu” (1953)
- Kantata - “Karmina Burana” (1937), “Katulli Karmina” (1943), xor üçün 10 kantata
- Konsert - “Afroditanın təntənəsi” (1953), “Şikayət”, “Orşa” (1925)
- Dərsliklər - “Uşaqlar üçün musiqi”, “Gənclər üçün musiqi”, “Fortepiano üşün çalışma”, “Skripka üçün çalışma”.
Karl Orffa yaradıcılığında “Karmina Burana” (1937) kantatası böyük uğur gətirmişdir. Bu kantata xor, solist, rəqqas və orkestr üçün yazılıb. Musiqi XIII əsr qoliordlar tərəfindən yazılmış şeirlər əsasındadır, bu, 1803-cü ildə Bavariya monastırında tapılıb və “Carmina Burana” adı ilə tanınır. Bu ad monastır tərəfindən verilib. Karl Orff bu şeirlərlə ilk dəfə Con Eddiqnton Saymondun ingilis dilində tərcüməsi olan 46 şeirində tanış olmuşdur. Mişel Horfman Orffa kömək etmişdir ki, 46 şeirdən 24 şeiri seçsin və bunun əsasında kantatanın librettosunu yazsın. Kantatanın librettonusu K.Orff 1935-36-cı illərdə yazmışdır. Bu libretto həm latın, həm də orta əsrlər alman dilindədir. Kantata “Trionfı” (“Zəfər”) adlanan məcmuəyə daxildir. Birinci “Karmina Brana” (1937), ikinci “Katulli Karmina” (1942), üçüncü isə “Trionfo di Afrodite” (1950-51) adlanır. “Karmina Burana”dan başlayaraq musiqinin yeni tipi əməklə gəlir, burada oratoriyanın, opera və baletin, drammatik teatrın vəhdəti vardır. “Karmina Burana” da canlı musiqi - xoraqrafik hərəkətlərin həyatda olan uğur və uğursuzluq, xoşbəxtlik və bədbəxtlikləri ifadə edir. Musiqidə həm komik, həm də lirik xarakter var. Buradakı bütün musiqi bu və ya digər üsulla xalq və ya məşhur kilsə mahnıları ilə əlaqəlidir. “Karmina Burana” – “Boyeranın mahnıları” kimi də tərcümə olunur. Orta əsrlər alman poeziyasına maraq oyadır. Əsərdə bəzi yerlərdə modern texnikasının olmasına baxmayaraq K.Orff orta əsrlər ruhunda yazmış, insanları orta əsrlər musiqisinə cəlb etməyə çalışmışdır. əsərdə hətta sadə ritmlərdən. Tonallıqlardan istifadə etmişdir. “Karmina Burana”nın primyerası Frankfurtda 8 iyun 1937-ci ildə olmuşdur. 1953-cü ildə üçsəhnəli kantata Milan teatrı olan “La Skala”da “Zəfər” (Trionfı) adı ilə tamaşaya qoyulmuşdur. 1957-ci ildə ilk dəfə olaraq “Karmina Burana” Moskavada səsləndi, bu sovet dinləyicilərində K. Orff yaradıcılığına ciddi maraq yaratmışdı. Onlarda orta əsr alman poeziyasına maraq oyatmışdır. “Karmina Burana” 24 şeirdən ibarətdir. Əvvəldə istifadə olunan şeir və musiqi sonda yenidən təkrar olunur (25 şeir). Bu kantata 5 əsas hissədən ibarətdir, onlardan hər biri ayrıca musiqi aktlarını özündə birləşdirir. • Fortuna İmperatrix Mundi («Фортуна — повелительница мира») • Primo vere («Ранней весной») • İn taberna («В кабаке») • Cours d`amour («Любовные пересуды», «суды любви», буквально «Двор любви» — средневековые забавы знати, особые суды для разрешения любовных споров) • Blanziflour et Helena («Бланшфлер и Елена»; Бланшфлёр – ispan nağılından personajdır, demonun qızıdır). Kantatanın ən məşhur nömrəsi “O Fortuna” xorudur. Bu xor həm əsərin açılışını, həm də bağlanışını edir. Bu hissədən bir çox proyektlərdə istifadə olunub. Orkestrləşməsi Vokal partiya ifa olunur. Solistlər- soprano, tenor, bariton Əlavə qısa sololar- 3 tenor, bariton, 2 bas Qarışıq xor- “Böyük xor” Kamera xoru- “Kiçik xor” Uşaq xoru və ya oglanların xoru. Alətlər Taxta nəfəs alətləri- 3 fleyta, 3 qaboy, 3 klarnet, 2 faqot və kontrafaqot Mis nəfəs alətləri- 4 valtorna, 3 truba, 3 trambom, 1 tuba Zərb alətləri- litavrlar, kolokolçik. Ksilofon, kastonet, treşotka, bubençik, üçbucaq, krotali, tarelka kreş, tam-tam, orkestr kolokolu. Buben, kiçik baraban, böyük baraban, çelesta Digər alətlər- 2 fortepiano, simli alətlər.
“Karmina Burana” kantatasının məşhur səs yazmaları • 1968- drijor Oyqen Yoxum – Berlin operası • 1969- drijor Seydzi Odzova – Boston simfonim orkestrı • 1973- drijor Kurt Ayxorn – bavar simfonik orkestrı • 1981- drijor Robert Şo – atlant simfonik orkestrı • 1989- drijor Franç Velzer-Möst London flarmonik orkestrı • 1995- drijor Mişel Plasson – Tuluzanın Kapitoli orkekstrı • 2005- drijor Saymon Retl – Berlin flarmonik orkestrı
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Carl Orff // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Орф Карл // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 http://www.musicstack.com/records-cds/orff+carl.
- 10 iyulda doğulanlar
- 1895-ci ildə doğulanlar
- Münhendə doğulanlar
- 29 martda vəfat edənlər
- 1982-ci ildə vəfat edənlər
- 86 yaşında vəfat edənlər
- Münxendə vəfat edənlər
- Bavariyada dəfn olunanlar
- Bavariya İncəsənət Akademiyasının üzvləri
- Pour le Mérite ordeninin kavalerləri
- Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni kavalerləri
- Avstriyanın elm və incəsənət üzrə fəxri xaç ordeni kavalerləri
- İncəsənət və elm sahəsində Pour le Mérite ordeninin kavalerləri
- Əlifba sırasına görə musiqiçilər
- Bəstəkar qaralamaları
- Opera bəstəkarları
- Karl Orf