Kapitoli canavarı (Kişinyov)
Kapitoli canavarı | |
---|---|
rum. Lupoaica Capitolină | |
Ölkə | Moldova |
Yerləşir | Moldova Milli Tarix Muzeyi |
Layihə müəllifi | Aleksandr Mixayloviç |
Tikilib | 1920 |
Hündürlüyü | 0.75 metr (2 ft) (postamentsiz) |
Material | Bürünc, daş |
Vikianbarda əlaqəli mediafayllar |
Kapitoli canavarı (rum. Lupoaica Capitolină) — Moldovanın paytaxtı Kişinyovda yerləşən, Avropadakı bir çox Kapitoli canavarı heykəlindən biri. Abidə Moldovanın Milli Tarix Muzeyinin önündə yerləşir.
Tarixi
[redaktə | vikimətni redaktə et]20-ci əsrin ilk onilliklərində İtaliya Rumıniyaya Kapitoli canavarını Kişinyovda (1921), Buxarestdə (1906), Kluj-Napokada (1921), Trıq-Mureşdə (1924) və Timişoarada (1926) quraşdırılmış beş nüsxəsini bağışladı. Kişinyovda abidə 1923-cü ildə tamamlanaraq Sfatul Tarii Sarayının önünə qoyuldu. 1940-cı ildə SSRİ-nin Bessarabiya və Şimali Bukovinanın işğalının başlanğıcında Kişinyovdan çıxarılan nüsxə məhv edildi.
1990-cı ildə Rumıniya Moldovaya Kapitoli canavarının yeni bir nüsxəsini bağışladı. Yeni heykəl 1990-cı il dekabrın 1-də Moldova Milli Tarix Muzeyinin qarşısında açıldı.
2005–2009 bərpası
[redaktə | vikimətni redaktə et]2005-ci il parlament seçkilərindən bir qədər sonra, 2005-ci ilin aprelində bürünc heykəl bərpa üçün aparıldı. Abidə Milli Tarix Muzeyinin zirzəmisində saxlanıldı və bərpası siyasi kontekstdən asılı idi. Abidə 2009-cu il iyul seçkisindən bir neçə ay sonra, 1 dekabr 2009-cu ildə yenidən açıldı.
Qalereya
[redaktə | vikimətni redaktə et]-
Heykəlin təsvir olunduğu 1992-ci ilə aid marka
-
Heykəl Sfatul Tarii Sarayının qarşısında
-
Heykəlin bərpası
-
2005-2009-ci ildə bərpa zamanı
-
Muzeyin qarşısında yerlşən yeni versiya