I Boris

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Knyaz I Boris-Mixail
bolq. Свяці Барыс I Міхаіл
Müqəddəs Boris
Müqəddəs Boris
852 – 889
ƏvvəlkiI Presian xan
SonrakıVladimir-Rasate
Şəxsi məlumatlar
Doğum tarixi təq. 828
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti monarx, rahib
Atası I Presian xan
Uşaqları Vladimir-Rasate
Qavrail
Simeon
Evpraksiya
Anna
Dini Xristian
Elmi fəaliyyəti
Elm sahəsi hökumət[1], siyasət[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Boris Mixail (təq. 828, Pliska2 may 907, Preslav) — Birinci Bulqar dövlətinin ilk xristian hökmdarı, əsl adı Barıs olmuşdur.. Xristian olduqdan sonra titulu xan yox knyaz olmuşdur.[2]

İlk dövrləri

[redaktə | vikimətni redaktə et]
Çar Borisin dövründə Bulqar dövləti sərhədləri

852-ci ildə I Presian xanın yeganə oğlu olaraq taxta çıxmış, Franklara qarşı Moraviya knyazı I Rastislavla birgə hücuma keçmiş, lakin dəhşətli şəkildə məğlub olmuşdur. 855-ci ildə imperator III Mixailə qarşı məğlubiyyət və xorvatların üsyanı xanı çətin vəziyyətdə qoymuşdu.

Knyaz Vlastimirin ölümündən sonra oğulları Mutimir,StroyimirQoynik arasında müharibə başlamışdı. Serbiya knyazlığındakı ara müharibələrindən istifadə edən Boris oğlu Vladimir-Rasate başçılığında ordu göndərsə də qələbəyə nail ola bilmədi. Vladimir və 12 boyar əsir düşdü.[3] Boris sülh bağlamağa məcbur oldu və Mutimirə 2 qul, 2 şahin, 2 it, və 80 kürk verdi.[4][5][6] Mutimir bundan əlavə 2 qardaşını da Borisin sarayına göndərdi, qardaşı oğlu Petarı isə saxladı.[3]

Xristian olması

[redaktə | vikimətni redaktə et]

Xan diplomatik səbəblər və qonşularına qarşı effektiv mübarizə üçün xristian olmağa qərar verdi. Boris II Lüdovik Alman ilə sözləşib katolik olmağa qərar verdi, lakin 863-cü ildə III Mixailin işğalına qarşı mübarizə aparmaq üçün pravoslav olmağı qəbul etdi. 864-cü ildə Boris Pliskada, ailəsi və yaxın əyanlar ilə gizli şəkildə xristian oldu.[7]

Bolqarıstan Pravoslav Kilsəsinin qurulması

[redaktə | vikimətni redaktə et]

Boris daha sonra xalqını da xristianlaşdırmaq qərarına gəldi və Bizansdan keşişlər istədi.[8] Eyni zamanda 866-cı ilin avqustu kovxan Pyotr ilə Papa I Nikolaya xristianlıqla əlaqəli 106 sual göndərdi. Boris katolik kilsəsinə yaxın hiss etdiyi və Bizans təsirindən qurtulmaq üçün bu yolu tutmuşdu. Borisin Papa I NikolayPapa II Adriana göndərdiyi arxiyepiskop tələbləri qəbul olunmadı və Boris birdəfəlik pravoslavlıq yolunu seçdi. Boris bununla xanın səlahiyyətini genişləndirmiş olurdu.

Mədəniyyətə təsiri

[redaktə | vikimətni redaktə et]
Borisin Kiril və Metodiusun tələbələri ilə görüşü

866-cı ildə Kiril və Metodiusun tələbələri olan Ohridli KlementPreslavlı Naumu paytaxta dəvət edərək məktəblər açdırdı. Yunan əlifbası qlaqolitik əlifba ilə əvəzləndi. Yunan dili sıxışdırılmağa başladı. Qədim Kilsə Slavyancası rəsmi dil elan olundu. Bununla da bulqarların slavyanlaşdırılması prosesi bitdi.

Xristianlaşmağa reaksiya

[redaktə | vikimətni redaktə et]

Bir çox bulqar xristian olmağa etiraz etdi. 865-ci ildə Tenqriçi boyarlar üsyana başlamışdılar. Boris üsyanı amansızcasına yatırdı və 52 boyarı ailələri ilə birlikdə edama məhkum etdi.[9]

889-cu ildə Boris taxt-tacdan əl çəkərək keşiş oldu, lakin oğlu Vladimir-Rasate yenidən Tenqriçi ənənələri geri gətirməyə başladığına görə 893-cü ildə qayıdaraq Vladimiri kor etdi, həyat yoldaşını isə monastıra göndərdi. Öz davamçısı olaraq I Simeonu təyin etdi. 895-ci ildə yenə ortaya çıxaraq Simeona Macarlara qarşı mübarizədə kömək etdi. Boris 907-ci ildə vəfat etdi.

Antarktikanın Livinqston adasında, Müqəddəs Boris zirvəsi onun şərəfinə adlanmışdır.

1985-ci ildə haqqında çəkilən "I Boris" filmdə knyaz rolunu Stefan Danailov ifa etmişdir.[10]

  1. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. Златарски, Васил [1927] (1994). "История на Българската държава през Средните векове, т.1, ч.2", Второ фототипно издание, София: Академично издателство "Марин Дринов". ISBN 954-430-299-9.
  3. 1 2 John V. A. Fine Jr., The Early Medieval Balkans, Ann Arbor, 1983.,səh. 141 Arxivləşdirilib 2022-01-23 at the Wayback Machine
  4. F. Raçki, Documenta historiae Chroatie etc., Zagreb, 1877, səh 359.
  5. П. Шафарик, Славян. древн., II, 1, səh. 289
  6. Const. Porphyr., ibid., cap. 32, p. 154–155
  7. Anderson, Gerald H. (1999). Biographical Dictionary of Christian Missions. Wm. B. Eerdmans Publishing. p. 80. ISBN 0-8028-4680-7.
  8. Antonova, Stamenka E. (2011). "Bulgaria, Patriarchal Orthodox Church of". The Encyclopedia of Eastern Orthodox Christianity (Wiley-Blackwell): 78–93.
  9. "Васил Н. Златарски История на Първото българско Царство. II. От славянизацията на държавата до падането на Първото царство (852–1018)". 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-21.
  10. IMDb Boris I (1985) Arxivləşdirilib 2022-09-23 at the Wayback Machine