Hiromiçi Yahara
Hiromiçi Yahara | |
---|---|
八原博通 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tottori prefekturası |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Kamakura[1] |
Vətəndaşlığı | Yaponiya İmperiyası |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Yaponiya imperiyası |
Qoşun növü | quru qoşunları |
Rütbəsi | polkovnik |
Döyüşlər |
Çin–yapon müharibəsi (1937–1945) Okinava döyüşü |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Hiromiçi Yahara (yap. 八原博通) (2 oktyabr 1902 — 7 may 1981) — yapon sərkərdəsi, 32-ci ordunun zabiti[2] , Okinava döyüşünün iştirakcisi. Okinava döyüşündən sağ çıxan yapon zabiti.
Bioqrafiyası
[redaktə | vikimətni redaktə et]O, Tottori prefekturasının Yonaqo şəhərində anadan olmuşdur. 1923-ci ildə Yaponiya ordusunun hərbi akademiyasını bitirmişdir. 1929-ci ildə ildə isə Ali hərbi akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir.
1930 ildə xitmətə başlamışdır. Hərbi Nazirlikdə kadrlar şöbəsinə qəbul olunmuşdur. 1933—1935 illərdə Yaponiya və ABŞ arasında hərbi qulluqçuların dəyişdirilmsi proqramına uyğun olaraq Uilminqtoq, Boston və Vaşinqtonda qulluq etmişdir. 1935—1937 illərdə yenidən kadrlar şöbəsinə çalışır. 1937—1938 illərdə isə Ali hərbi akademiyada taktika və strategiya sahəsində dərs demişdir. 1940 ildə isə Cənub-Şərqi Asiya ölkələrində Yaponiyanın nümayəndəsi olmuşdur. 1941-ci ildə Banqkokda hərbi ataşe vəzifəsində çalışmışdır. Tayland hakimiyyəti ilə aparılan gizli danışıqlarda iştirak etmişdir. Sonradan Birmada 15-ci orduda xidmət etmişdir. 1942-ci ildə isə yenidən Yaponiyaya qaytarılmış və həbi məktəbdə yenidən dərs demişdir.
1944-ci ildə Okinavaya göndərilmişdir. Mərkəzi qərargahın məsləhətçisi vəzifəsində çalışmışdır. Sonradan 32-ci ordunun qərargahına ali zabit vəzifəsinə təyin edilmişdir. Adada gedən döyüşlərdə müdafiə taktikasının tərəfdarı olmuşdur. O, deyirdi ki, amerikanların qarşısı Okinavada kəsmək lazımdır. Yoxsa növbəti hədəfin Yaponiyanın əsas ərazisi olduğu bildirirdi. Buna baxmayaraq İsamu Ço isə hücum taktikasını irəli sürür və bunu gercəkləşdirməyə başlayır. 4 mayda başlanan əks hücum uğursuzluqla nəticələnir[3].
23 iyunda düşmənin əlinə keçməmək üçün Usicima və Çö həyatlarını seppuku etmişlər. Usicima Hiromiçi Yaharaya özünü öldürməyərək döyüş barədə raportu Tokioya çatdırmağı əmr etmişdir. Yahara bir müddət müəllim olaraq yerlilər arasında gizlənir. Sonradan 15 iyul tarixində amerikanlar tərəfindən tutulur və əsir edilir.
1972-ci ildə Yahara döyüş haqqında xatirələrini «Okinava uğrunda döyüş — qərargahın ali zabitinin xatirələri» yap. 『沖縄決戦 - 高級参謀 の手記』 adlı kitabını yazmışdır. 1995 ildə onun yazdığı kitab ingilis dilinə çevrilərək kitab halında dərç edilmişdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Yahara, Gibney. С. 204
- ↑ U.S. Tenth Army Interrogation Report #28, dated 6 August 1945
- ↑ Stephen C. Mercado. The Shadow Warriors of Nakano: A History of the Imperial Japanese Army's Elite Intelligence School. — Brassey's, 2003. — С. 140—141. — 331 с. — ISBN 1574885383.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- 八原博通. 『沖縄決戦 - 高級参謀 の手記』. — 読売新聞社, 1972. — 446 с. англ. перевод: Hiromichi Yahara. The Battle for Okinawa / Пер. Roger Pineau и Masatoshi Uehara, ред. Frank Gibney.. — John Wiley & Sons, 1995. — 245 с. — ISBN 0471120413.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Qısa bioqrafiya Arxivləşdirilib 2009-04-15 at the Wayback Machine (yap.)