Hastinqs döyüşü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Hastinqs vuruşu1066-cı ildə baş verən "Hastinqs" müharibəsi, İngiltərənin əsrlər boyunca Avropanın böyük gücü olmasını təmin etdi.

14 oktyabr 1066-cı ildə, Normandiya hersoqu Vilhelm, İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəldi. Kral Harold, gözünə dəyən bir oxla müharibədə öldürülür. Villiam, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir.[1]

Döyüşün gedişatında Vilhelmin 3 atı ölmüşdür. Buna görə də ordusunda Vilhelmin öldüyü ilə bağlı şayiə yayılmağa başlamışdır. Buna görə də Vilhelm zirehini çıxarıb əsgərlərinin arasında atını dartıb sürüməyə məcbur olmuşdur.[2]

  1. "Tarixin gedişatını dəyişən müharibələr". 2014-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-12.
  2. Entelektüellerin Kutsal Kitabı

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]