Hərbi kommunizm
Naviqasiyaya keç
Axtarışa keç
Hərbi kommunizm — 1918–1920-ci illərdə vətəndaş müharibəsi və xarici hərbi müdaxilə dövründə RSFSR-in iqtisadi siyasətidir.
Haqqında
[redaktə | vikimətni redaktə et]"Hərbi kommunizm" siyasətinin ən mühüm tədbirləri: iqtisadiyyatın hərbi tələbat üçün yenidən qurulması, iri, orta və qismən də xırda sənayenin milliləşdirilməsi, xüsusi ticarətin qadağan edilməsi, ərzaq sapalağının (yəni kəndlilərin artıq ərzaq məhsulunu möhkəm qiymətlərlə dövlətə məcburi qaydada təhvil verməsi) tətbiqi, bölüşdürmənin mərkəzləşdirilməsi (kartoçka sistemi), ümumxalq əmək mükəlləfiyyəti və əmək haqqının ödənilməsində bərabərçiliyin gözlənilməsi. 1921-ci ildə "Hərbi kommunizm" siyasəti yeni iqtisadi siyasətlə (YİS) əvəz olunmuşdur.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Məktəblinin tarix lüğəti.