Həmişəyaşıl şümşad
Həmişəyaşıl şümşad | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Həmişəyaşıl şümşad |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Həmişəyaşıl şümşad (lat. Buxus sempervirens) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinin şümşad cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Qərbi Əlcəzairdə, Şimali və Şərqi İspaniyada, Cənubi və Mərkəzi Fransada, İsveçrədə və Kiçik Asiyada təbii halda yayılmışdır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]6–10 m hündürlüyə çatan ağac və ya koldur. Qabığı bozumtul-sarı, hamar, yaşlı gövdələrdə isə xırda çatlıdır. Yarpaqların hər iki tərəfi tükcüklü, 1,5-3 sm uzunluğunda, 0,5-1,0 sm enində olub, uzunsov yumurtavari, ellipsvari, rombvari və ya dəyirmi formalıdır. Üst tərəfdən tünd-yaşıl, parlaq, altdan çox açıq rəngli və qısa saplaqlıdır. Mart ayında çiçəkləyir. Çiçəkləri qoltuq çiçək qrupunda yerləşmişdir. Dişicik çiçək qrupunda təkdir, bəzi hallarda inkişaf etmir. Erkək çiçəklərdə çiçəkyanlığının xarici yarpaqcığı çox batıqdır. Daxili yarpaqcıq 2-2,5 mm uzunluğundadır. Erkəkciyi çiçəkyanlığının daxili yarpaqcığından 1,5-2 dəfə böyükdür. Mart ayında çiçəkləyir, meyvəsi iyulda yetişir. Qutucuq meyvəsi 5–10 mm uzunluğunda, 5–6 mm enində olub, yumurtavari-kürəşəkillidir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Mülayim iqlim zonalarında, quru yerlərdə, qarışıq meşələrdə, əhəngli torpaqlarda yayılmışdır.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Təbii halda cənub bölgəsində, Gəncədə, Göygöldə, Bakıda bağ və parklarda rast gəlinir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Müxtəlif fiqurların, yaşıl çəpərlərin, bordürlərin və s. düzəldilməsində istifadə olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 983.