Faza diaqramı
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Faza diaqramı (vəziyyət diaqramı) — diaqramda nəzərdən keçirilən nöqtənin koordinatlarına cavab verən şəraitdə sonsuz fiziki-kimyəvi sistemin tarazlıq vəziyyətinin qrafik görünüşüdür (fiqurativ nöqtə).
Faza diaqramlarının analizi
[redaktə | mənbəni redaktə et]Faza diaqramlarının qurulması üçün adi koordinatlar, termodinamik parametrlər-temperatur, təzyiq və sistemin tərkibidir (mol və ya çəki faizi ilə). Ümumi hallarda koordinatların sayı sistemin komponentlərinin sayını bir vahid üstələyir (birkomponentli sistemin diaqramı ikiölçülü, ikikomponentlininki üçölçülüdür və s.) Kondensasiya olunmuş (qatılaşdırılmış) sistemlərdə təzyiq hesabına faza tarazlığının dəyişikliyi bir çox hallarda nəzərə alınmadığına görə, bu hallarda diaqram ölçülərinin sayı komponentlərin sayına bərabərdir (kondensasiya olunmuş ikikomponentli sistemin diaqramı ikiölçülü, üçkomponentlininki isə üçölçülüdür və s.). Kompleks faza diaqramları çap nəşrlərində kəsik və ya proyeksiya şəklində əks olunur. Faza qaydalarına uyğun olaraq, ikiölçülü diaqramda birfazalı hissə sahə ilə, ikifazalı hissə-xəttlə (r-T diaqramlarda) yaxud konod paralel xətlər toplusu ilə, hansılar üçün ki, bərabər fazaların tərkibi müəyyənləşdirilmişdir (tərkibin iştirakı ilə olan diaqramlarda), üçfazalı hissə nöqtə ilə (r-T diaqramlarda) və ya üfüqi (T-x yaxud r-x diaqramlarda) təsvir olunur.
Temperatur-təzyiq diaqramları
[redaktə | mənbəni redaktə et]- Birkomponentli sistemlərin diaqramı/ Birkomponentli sistemlərin faza diaqramlarında, faza qaydalarına əsasən,
sahələr birfazalı vəziyyətə, onları ayıran xətlər ikifazalı, xətlərin kəsişdiyi nöqtələr üçfazalı vəziyyətə uyğundur (bu nöqtələr üçqat nöqtələr adlanır).
- İkifazalı xətlər bir qayda olaraq, ya iki üçqat nöqtəni, ya da üçqat nöqtəni sıfır təzyiqə cavab verən ordinat oxu ilə birləşdirir. Bu zaman kritik nöqtədə başa çatan maye-qaz xətti istisna təşkil edir. Kritik nöqtədən yüksək temperaturlarda maye ilə buxar arasında fərq itir.
Temperatur-tərkib diaqramları
[redaktə | mənbəni redaktə et]- İkili sistemlərin diaqramları
- Bərk vəziyyətdə sərhədsiz həllolma
- Evtektik və evtektoid dəyişikliklər
- Kimyəvi birləşmələr yaradan ərintilər
- Politermik kəsimlər
Faza diaqramlarının eksperimental quruluşunun metodları
[redaktə | mənbəni redaktə et]- Dinamik: Differensial termik analiz və Vizual termik analiz
- Statik: Rentgen fazalı analiz və Lokal rentgen spektral analiz
Faza diaqramlarının termodinamik optimallaşdırılmasının metodları
[redaktə | mənbəni redaktə et]- CALPHAD metodu
- Q. F. Voroninin qabarıq səthlər metodu
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Аносов В. Я., Погодин С. А. Основные начала физико-химического анализа. — М.–Л.: Изд-во АН СССР, 1947. — 876 с.
- Химическая энциклопедия. — М.: Советская энциклопедия, 1988.
- Новоселова А. В. Фазовые диаграммы, их построение и методы исследования. М., МГУ, 1987.