Ex gratia

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Ex gratia (hərdən - ex-gratia[1]) — ən çox hüquqi kontekstlərdə istifadə olunan latın ifadəsi (hərfən - lütflə, mərhəmətlə). Bir şey əvəzsiz ediləndə könüllü olaraq, mərhəmətlə, xoş niyyətlə edilir. Belə ödənişləri həyata keçirən hüquqi və ya fiziki şəxs heç bir hüquqi məsuliyyət daşımır[2].

Təşkilatlar, hökumətlər və sığortalılar tərəfindən fiziki şəxslərə ödənişlər sığortadan fərqlidir. Sığorta vəziyyətində ödənişlər etmək öhdəliyi var, ex gratia ödəniş isə ödəyicinin xoş niyyətini ifadə edir. Əmlakın itirilməsi və ya zədələnməsi və ya personalın ixtisarı zamanı istifadə oluna bilər. Belə ödənişlərin vergiyə cəlb edilməsinin özəllikləri var, xüsusən ABŞ-da onlar federal və ştat vergilərinə, Böyük Britaniyada isə 30 min funt-sterlinqə qədər vergiyə cəlb edilmirlər.

Dövlətlərdən ex gratia ödənişlərinin bəzi nümunələri:

  • 1988-ci ildə ABŞ Fars körfəzi üzərində vurulmuş təyyarənin sərnişinlərinin yaxınlarına təzminat təklif etdi[3][4][5][6]. 1996-cı ildə ümumi kompensasiya 61,8 milyon dollar idi[7].
  • Birləşmiş Ştatlar 1999-cu ildə Belqradda Çin səfirliyinin bombalanması zamanı həlak olanların və yaralananların ailələrinə 4,5 milyon dollar ödəyib.[8]
  • 2003-cü ilin sonunda Ukrayna 2001-ci ildə Qara dəniz üzərində həlak olan sərnişinlərin yaxınlarına 15,3 milyon dollar ödəyib[9].
  1. ПРЕДВАРИТЕЛЬНАЯ ПОВЕСТКА ДНЯ 40-Й СЕССИИ АССАМБЛЕИ ИКАО, 2019 «.. и выплат ex-gratia, если таковые проводились.»
  2. Banton, Caroline. "Ex Gratia Payments and Why Companies Make Them". Investopedia (ingilis). 2019-05-03. 2020-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-10.
  3. Agora: the downing of iran air flight 855, 83 AM. J. INT’L L. 320, 321-22 (1989)
  4. David K. Linnan, 1991 Iran Air Flight 655 and Beyond: Free Passage, Mistaken Self-Defense, and State Responsibility Arxivləşdirilib 2020-01-14 at the Wayback Machine, The Yale Journal of International Law. Volume 16, Number 2, Summer 1991
  5. CASE CONCERNING THE AERIAL INCIDENT OF 3 JULY 1988 (ISLAMIC REPUBLIC OF IRAN v.. UNITED STATES OF AMERICA) VOLUME II Arxivləşdirilib 18 iyul 2017 at the Wayback Machine, Международный уголовный суд, 2000
  6. Denial of Liability: Ex Gratia Compensation on a Humanitarian Basis AJIL Volume 83, Issue 2 April 1989 , pp. 319—324
  7. Владислав Леонидович Толстых. Глава 23. Международное воздушное право // Курс международного права: учебник. 2009. 930. ISBN 9785466004014.
  8. Игорь Иванович Лукашук. Право международной ответственности, 2004, isbn 5466000132, стр 219
  9. Сидорчик, Андрей. "«Не делайте трагедию». Как Украина сбила российский Ту-154 над Черным морем". aif.ru. 2016-10-03. 2020-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-10.