Etnonim

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Etnonim (yun. έθνος — qəbilə, xalqόνυμα — ad) — xalqların, millətlərin, qəbilələrin, qəbilə birliklərinin və etnik birliklərin adı.

Etnonimləri iki kateqoriyaya bölmək olar:

  • Ekzonimlər - bir etnik qrupu üçün başqaları tərəfindən işlənilən söz.
  • Endonimlər - bir etnik qrupu tərəfindən özü üçün işlənilən söz.

Məsələn, almanlar Almaniyanın ən böyük etnik qrupudur. Azərbaycan dilindəki alman sözü fransız mənşəli sözdür (fr. Allemands), və beləliklə, ekzonimdir. Almanlar özünə Deutsche deyirlər. Bu isə endonimdir. Bundan başqa, tedeschi (İtalyan dili), tyskar (İsveç dili) və Niemcy (polyak dili) kimi sözlər, almanlar üçün işlənilən ekzonimlərin bəziləridir.