Erdenet
Şəhər | |
Ernedet | |
---|---|
monq. Эрдэнэт | |
49°01′40″ şm. e. 104°02′40″ ş. u.HGYO | |
Ölkə | Monqolustan |
Region | Orxon |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1974 |
Sahəsi | 208,0 km² |
Mərkəzin hündürlüyü | 1 280 m |
Saat qurşağı | UTC+8 , yayda UTC+9 |
Əhalisi | |
Əhalisi | 83 379 nəfər (2010) |
Sıxlığı | 400 nəf./km² |
Rəsmi dili | monqol dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +976 7035 (7039) |
Poçt indeksi | 61020 |
Nəqliyyat kodu | OP |
Digər | |
erdenet.mn | |
Vikianbarda əlaqəli mediafayllar |
Erdenet (ing. Erdenet, monq. Эрдэнэт) - Monqolustanın Orxon aymakının mərkəzi şəhəri. Şəhər Selenga və Orxon çayları arasındakı Orxon vadisində, paytaxt Ulan-Batordan 241 km şimal-qərbdə yerləşir. Şəhərin sahəsi 208,0 km2, əhalisinin sayı isə 83 379 nəfərdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Erdenet, Monqolustanın ən yeni yaşayış məskənlərindəndir. 1950-ci illərdə böyük mis yatağı kimi aşkarlanmış və 1974-cü ildə əsası qoyulmuşdu[1]. Trans-Monqol dəmir yol xətti ilə Erdeneti 1977-ci ildə istifadəyə verilən 121 km-lik dəmiryolu xəttinin açılışı oldu[2]. 1980-cı illərin ortalarında əhalinin böyük qismi mühəndis və ya şaxtaçı işləyən ruslardan ibarət idi.1990-cı ildə Sosializmin süqutundan sonra ruslar şəhəri tərk etdi. Bu gün əhalinin 10%-i rusdur[1].
İnfrastrukturu
[redaktə | mənbəni redaktə et]Şəhərdə müxtəlif xidmətlər təklif edən mağazalar, mağazalara nisbətən böyük xəstəxanalar, stadionlar, bir neçə mehmanxana və restoran fəaliyyət göstərir. Şəhərdən ölkənin paytaxtı Ulan-Batora avtomobil yolu ilə bir günə çatmaq olar. Həmçinin Darxan və Bulgan aymaklarına da yaxındır. Ən yaxın hava limanı şəhərdən 370 km məsafə uzaqlıqda yerləşir və avtomobillə bu yolu 8 saata qət etmək olur.
Görməli yerləri
[redaktə | mənbəni redaktə et]- Şəhər mərkəzindən 6 km şərqdə yerləşən turist gəzintilərinə icazə verilən şaxta.
- 1983-сü ildə yaradılan Aymak muzeyi
- Şəhərin mərkəzi meydanında yerləşən Mədəniyyət Sarayında Mis muzeyi[3]
- 1984-cü ildə Erdenetin şimal-şərqində yerləşən yüksəklikdəki Qardaşlıq Abidəsi