Elm (nəşriyyat)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
"Elm" nəşriyyatı
Azərbaycan Milli Elmlər Akademiyasının "Elm" nəşriyyatı
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan SSRAzərbaycan Azərbaycan
Status Fəaliyyətdədir
Yaranma tarixi 1945 (79 il əvvəl) (1945)
Qərargah Bakı
Sayt science.gov.az

"Elm" nəşriyyatıAzərbaycan Milli Elmlər Akademiyasına tabe nəşriyyat.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəşriyyatı 1945-ci ildə yaradılmışdır. 1997-ci ildən AMEA-nın redaksiya-nəşriyyat işləri "Elm" Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzində cəmləşdirilmişdir. Hazırda bu işləri AMEA Rəyasət Heyəti aparatının nəzdində "Elm" nəşriyyatı davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının nəzdində fəaliyyət göstərən nəşriyyat əsasən elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər (terminoloji, ikidilli və çoxdilli), klassiklərin çoxcildlik əsərlərini, elmi-kütləvi kitabçalar, elmi jurnallar, biblioqrafik ədəbiyyat buraxan ixtisaslaşmış nəşriyyatdır[1].

"Elm" nəşriyyatının ilk direktorlarından biri akademik Ziya Bünyadov olmuşdur. Müxtəlif illərdə bu müəssisəyə Əjdər Xanbabayev[2], Faiq Məlikov[3]., F. S. Əhmədov, Ə. N. Novruzova, professor Şirindil Alışanov, Hafiz Abıyev başçılıq edib. 2019-cu ildən "Elm" nəşriyyatının direktoru Səbuhi Qəhrəmanovdur.[4] 2019-cu ildən etibarən "Elm" nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulması, fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün zəruri tədbirlər görülür. Bu məqsədlə AMEA Rəyasət Heyəti "AMEA-nın "Elm" nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019–2020-ci illər üçün Tədbirlər planı"nı təsdiq edib. Tədbirlər planına əsasən, "Elm" nəşriyyatının yeni korporativ imicinin formalaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müasir tələblər səviyyəsində rəsmi veb-saytının hazırlanması və s. nəzərdə tutulur.[5],[6],[7] 2019-cu ildə "Elm" nəşriyyatı rebrendinq edib, özünün yeni loqosunu və şüarını müəyyənləşdirib. "Elm" nəşriyyatının yeni loqosu elm və kitabın simvolik vəhdətindən ibarətdir. Loqo cəmiyyətin intellektual tərəqqisini təmin edən elmin dəyərli kitabların mütaliəsindən doğması fikrini özündə ehtiva edir. Nəşriyyatın şüarı isə "Elm – tərəqqiyə aparan yol"dur.[8] "Elm" nəşriyyatı çap etdiyi AMEA-nın elmi jurnallarının beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin gücləndirilməsi istiqamətində işlər görür. Bu məqsədlə nəşriyyat ABŞ-nin "EBSCO" məlumat bazası ilə əməkdaşlığa başlayıb. Qurumlar arasında imzalanmış razılaşmaya əsasən, AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq "Türkologiya" jurnalı elmi tədqiqatlar və nəşrlər bazası olan "EBSCO"ya daxil edilib.[9]

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 14 adda elmi jurnalının nəşrini həyata keçirir.

AMEA-nın Məruzələri

[redaktə | vikimətni redaktə et]

1945-ci ildən nəşr olunan jurnalın baş redaktoru akademik Akif Əlizadədir. İldə 2–4 dəfə ingilis dilində çap olunur. Məsul katibi Gülarə Hacıyevadır. "AMEA-nın Məruzələri"ndə əsasən AMEA-nın həqiqi üzvlərinin (akademik), müxbir üzvləri və xarici üzvlərinin əvvəllər heç yerdə çap olunmayan orijinal elmi tədqiqatlarının nəticələri çap edilir. Jurnalda digər müəlliflərin də məqalələri nəşr olunur. Bunun üçün həmin məqalələri müvafiq ixtisaslar üzrə AMEA-nın həqiqi üzvləri təqdim edir və onların elmi məziyyətləri üçün cavabdehlik daşıyırlar. Əlaqə: Tel.: (+994 12) 492 80 07

Azərbaycan Kimya Jurnalı

[redaktə | vikimətni redaktə et]

1959-cu ildən nəşr olunan jurnalın baş redaktoru akademik Dilqəm Tağıyevdir. İldə 4 dəfə ingilis dilində çap olunur.

Azərbaycan Riyaziyyat Jurnalı

[redaktə | vikimətni redaktə et]

2011-ci ildən nəşr olunan jurnalın baş redaktoru AMEA-nın müxbir üzvü Bilal Bilalovdur. İldə 2 dəfə ingilis dilində çap olunur.

Türkologiya Jurnalı

[redaktə | vikimətni redaktə et]

"Türkologiya" jurnalı SSRİ Elmlər AkademiyasıAzərbaycan SSR Elmlər Akademiyasının birgə nəşri kimi "Sovetskaya Türkologiya" adı ilə 1970-ci ildən nəşr olunmağa başlamışdır. "Sovetskaya Türkologiya" adı ilə 1992-ci ilə qədər bu adla fəaliyyət göstərən jurnal 1993-cü ildən bu günə qədər "Türkologiya" adı ilə nəşr olunur. 1970–1987-ci illərdə akademik Məmmədağa Şirəliyev, 1987–1992-ci illərdə Edhem Tenişev, 1992–2014-cü illərdə akademik Ağamusa Axundov, 2014–2016-cı illərdə akademik Tofiq Hacıyev "Türkologiya" jurnalının baş redaktorları olmuşlar. Hazırda jurnalın baş redaktoru akademik Kamal Abdullayevdir.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarı ilə akademik Kamal Abdullayev jurnalın baş redaktoru, AMEA-nın həqiqi üzvləri Möhsün NağısoyluMuxtar İmanov baş redaktorun müavinləri, Elçin İbrahimov isə məsul katib vəzifəsinə təyin olunmuşlar. AMEA Rəyasət Heyətinin müvafiq qərarından sonra jurnal, dilçiliklə yanaşı, ədəbiyyat, tarix, fəlsəfə, mifologiya, yazılı abidələr, mədəniyyət və incəsənət, türkoloji mərkəzləri ilə bağlı məqalə yazıların çapına da qərar verilmişdir.

Azərbaycan, türk, rus və ingilis dillərində məqalə çapını həyata keçirən jurnal türkologiya elminin tarixini və günümüzdəki problemlərini, türk xalqlarının tarixi və mədəni zənginliklərini, dünya türkoloji mərkəzlərinin fəaliyyəti ilə əlaqələr yaradaraq, türkologiyanın aktual problemlərini səhifələrində çapını başlıca məqsəd olaraq qarşıya qoymuşdur.

"Türkologiya" jurnalının ildə dörd sayı (mart, iyun, sentyabr, dekabr aylarında) nəşr olunur. Redaksiyaya daxil olan yazılar əvvəlcə jurnalın tələblərinə uyğunluq baxımından yoxlanıldıqdan sonra rəy üçün müvafiq sahə üzrə mütəxəssislərə göndərilir.

"Türkologiya" jurnalı eyni zamanda öz nəzdində türkoloji seminarlar təşkil edir. Ayda bir dəfə jurnalın redaksiyasında keçirilən seminarda: müxtəlif elm sahələrinin nümayəndələrini maraqlandıran elmi-praktik problemlər ölkəmizdə və dünyada aparılan türkoloji tədqiqatların müzakirələri aparılır. "Türkologiya" jurnalı 2017-ci ildə: MLA-nın (Modern Language Association, New-York/USA), SAJI (Scholar Article Journal Index, Amsterdam/Hollandiya), SIS (Scientific Indexing Services, Texas/USA), TEI (Turkish Educational İndex, Ankara/Türkiyə), SOBİAD (Sosyal Bilimler Atıf Dizini, Elazığ/Türkiyə), 2018-ci ildə isə Almaniyada (Berlində) fəaliyyət göstərən COSMOS İMPACT FACTOR beynəlxalq indeksləşdirmə biblioqrafiyasına daxil edilmişdir.

AMEA Xəbərləri

[redaktə | vikimətni redaktə et]
İnformatika və İdarəetmə problemləri buraxılışı
[redaktə | vikimətni redaktə et]

1997-ci ildən nəşr olunan jurnalın baş redaktoru akademik Nazim Məmmədovdur. İldə 2 dəfə Azərbaycan, ingilis və rus dillərində çap olunur. Buraxılışa məsul akademik Telman Əliyev.

Fizika və Astronomiya buraxılışı
[redaktə | vikimətni redaktə et]

1934-cü ildən nəşr olunan jurnalın baş redaktoru akademik Nazim Məmmədovdur. İldə 2 dəfə Azərbaycan, ingilis və rus dillərində çap olunur.

Biologiya və Tibb Elmləri

[redaktə | vikimətni redaktə et]

1945-ci ildən nəşr olunan jurnalın baş redaktoru akademik Əhliman Əmiraslanovdur. İldə 3–4 dəfə Azərbaycan, ingilis və rus dillərində çap olunur.

Humanitar elmlər seriyası

[redaktə | vikimətni redaktə et]

1966-cı ildən nəşr olunan jurnalın baş redaktoru akademik İsa Həbibbəylidir. İldə 2–4 dəfə Azərbaycan, ingilis və rus dillərində çap olunur.

Xəbərlər Məcmuəsi

[redaktə | vikimətni redaktə et]

2014-cü ildən nəşr olunan jurnalın baş redaktoru akademik Akif Əlizadədir. İldə 4 dəfə Azərbaycan, ingilis və rus dillərində çap olunur.

"Sosial elmlər" jurnalı

[redaktə | vikimətni redaktə et]

1958-ci ildən nəşr olunan jurnalın baş redaktoru akademik Nərgiz Axundovadır. İldə 4 dəfə Azərbaycan və rus dillərində çap olunur.

Terminologiya məsələləri

[redaktə | vikimətni redaktə et]

2000-ci ildən nəşr olunan jurnalın baş redaktoru akademik Akif Əlizadədir. İldə 2 dəfə Azərbaycan, türk, ingilis və rus dillərində çap olunur.

Gənc tədqiqatçı jurnalı

[redaktə | vikimətni redaktə et]

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının "Gənc Tədqiqatçı" adlı Elmi-praktiki jurnalı AMEA Rəyasət Heyətinin 12. mart 2015 tarixli 8/4 saylı Qərarı ilə nəşr edilir. "Gənc tədqiqatçı" jurnalı Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 31.03.2017-ci il tarixli (Prot.№ 06-R) iclasının Qərarı ilə pedaqogika elmləri istisna olmaqla, qalan bütün elmlər üzrə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilmişdir.

Jurnalın Məsləhət Şurasının sədri AMEA-nın prezidenti, akademik Akif Əlizadədir. Baş redaktor isə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanovdur. Redaxsiya şurasına yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev, fizika üzrə fəlsəfə doktoru Nuranə Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayeva, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyadova, fizika üzrə fəlsəfə doktoru Əminə Mikayılova, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə daxildir. Jurnal ildə 2 dəfə Azərbaycan, ingilis və rus dillərində çap olunur.

"HISTORY OF SCIENCE" jurnalı

[redaktə | vikimətni redaktə et]

"HISTORY OF SCIENCE " müxtəlif elmlərin tarixi, formalaşması, təsnifatları və inkişafı sahəsində elmi fəaliyyət və araşdırma aparan beynəlxalq elmi araşdırmalar jurnalıdır. Jurnal 19/09/2018-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində № 4196 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasında "elmlərin tarixi, təsnifi və təsviri" haqqında fənlərarası elmi jurnaldır.

Jurnal öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, öz nizamnaməsini rəhbər tutur və beynəlxalq indekslərin tövsiyələrini nəzərə alır.

Jurnalın Redaksiya Heyətinin sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, baş redaktor isə AMEA RH Təhsil şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ələddin Məlikovdur.

Elm və həyat jurnalı

[redaktə | vikimətni redaktə et]

Jurnal 1961-ci ildə Azərbaycan Respublika "Bilik" Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayıb, 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və redaksiya kollektivinin təsisçiliyi ilə çıxıb[10].

Jurnalda indiyədək 5 min azərbaycanlı alimin məqaləsi dərc edilib. 1998-ci ildə "Elm və həyat" keçid dövründə peşəkarlığını, səmtini qoruyub saxladığına görə Meksikada təsis edilmiş "Qran Pri" mükafatına layiq görülüb.[11]

1961-ci ildən nəşrə başlayan "Elm və həyat" jurnalının Azərbaycanın mətbuat və maarifçilik tarixində özünəməxsus yeri vardır. Həsənbəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin maarifçilik ənənələrini davam etdirən "Elm və həyat" nəşrə başladığı vaxtdan elmi biliklərin təbliğində böyük rol oynayıb. Jurnal alimlər ordusunun tribunasına çevrilərək, elmdə qazanılan uğurların salnaməsini yazıb.

"Elm və həyat" Azərbaycan mətbuatında elmi kəşfləri, ixtiraları, elmi yenilikləri təbliğ edən yeganə elmi-kütləvi dərgi kimi tanınıb. 2011-ci ildə 50 yaşı tamam olan jurnal bu gün də üzərinə düşən maarifçilik missiyasını şərəflə yerinə yetirir.

Jurnalın ilk redaktoru Cavanşir Şirinov, fəxri baş redaktoru isə akademik Abdulla Qarayev olub. Respublika "Bilik" Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayan "Elm və həyat" tezliklə öz auditoriyasını taparaq oxucular arasında şöhrət qazanıb. 10 min tirajla nəşrə başlayan bu jurnala abunə olunanların sayı ilbəil artıb. "Elm və həyat"ın oxucularının sorağı Sibirdən, Saxalindən, Vilnüsdən, Kiyevdən, Minskdən, Riqadan və s. yerlərdən gəlirdi. Zaman keçdikcə jurnalın tirajı 140 min nüsxəyə çatdı.

Elmin elə bir sahəsi yoxdur ki, o barədə jurnalda məqalə dərc olunmasın. Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası bu jurnalda çap olunan yazılarda öz əksini tapıb. Fizika, kimya, kibernetika, astronomiya və sair elm sahələrində alimlərimizin qazandığı uğurlarla oxucular tanış olub. Jurnalda respublikamızın görkəmli alimlərindən Abdulla Qarayev, Həsən Əliyev, Həsən Abdullayev, Ziya Bünyadov, Lətif İmanov və başqaları müxtəlif məqalələrlə çıxış ediblər. Jurnalın mövzu dairəsi çox rəngarəngdir. Azərbaycanın bitki örtüyü, faydalı qazıntıları, bu və ya digər elmlər sahəsində aparılan tədqiqatlar, alimlərimizin dünyaya inteqrasiyası, bəşər elminə verilən töhfələr barədə məlumatlar jurnalın səhifələrində öz əksini tapıb.

"Elm və həyat" jurnalı 1992-ci ilədək "Bilik" cəmiyyətinin, 1992-ci ildən isə AMEA-nın Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun (1995) və "Elm və həyat" jurnalının jurnalist kollektivinin təsisçiliyi ilə nəşr olunur. Ötən 50 il ərzində elmi publisistikanın formalaşmasında "Elm və həyat" jurnalının əhəmiyyətli rolu olub. Ülkər Hüseynova, Əlisa Nicat, Ə. Nemət, Maral Poladova, Mehparə Axundova, Aqil Abbas, Rəşad Məcid, Arif Quliyev və başqalarının yazıları bu jurnalın səhifələrində işıq üzü görüb.

90-cı illərdə – yəni keçid dövründə maddi vəsaitin olmaması ucbatından jurnalın nəşr olunmasında müəyyən çətinlik yaransa da, nəşri dayanmadı. Adı Beynəlxalq mətbuat kataloquna düşən jurnal öz simasını qoruyub saxlaya bildiyinə görə 1998-ci ildə Meksikada təsis olunan "Qran Pri" mükafatına layiq görülüb.

Hazırda jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavinləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyevdir.

Mühüm əsərlər

[redaktə | vikimətni redaktə et]

2018-ci ilin nəşrləri

[redaktə | vikimətni redaktə et]

Elmi əsərlər

[redaktə | vikimətni redaktə et]
  1. Azərbaycan musiqi tarixi. Üçüncü cild. "Elm", Bakı, 2018, – 752 səh.
  2. S. K. Cəfərova, Ş. C. Muxtarova. Azərbaycanın şirin sularının diatom yosunları (məlumat siyahısı, sinonimləri, ekologiyası və yayılması). "Elm", Bakı, 2018, – 240 səh.
  3. H. C. Mehdiyev. Naxçıvan Muxtar Respublikası dağ torpaqlarının mineraloji tərkibi və onun kənd təsərrüfatında əhəmiyyəti. "Elm", Bakı, 2018, – 136 səh.
  4. Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. "Elm", Bakı, 2018, – 738 səh.
  5. X. B. Məmmədov. Müasir dövrdə ərazi bütövlüyü prinsipinin və millətlərin öz müqəddəratını təyinetmə hüququnun yeni aspektləri mövqeyindən dövlətlərarası münaqişələrdə ərazi faktoru. "Elm", Bakı, 2018, – 396 səh.
  6. Üzeyir Hacıbəyli arxivinin təsviri. "Elm", Bakı, 2018, – 440 səh.
  7. D. Tağıyev, M. Manafov, A. Məmmədov. Kimyada informasiya texnologiyalarının tətbiqi. "Elm", Bakı, 2018, – 358 s.
  8. M. B. Babanlı, A. M. Mehdiyeva, E. K. Mehdizadə. İnnovasiya strategiyasının formalaşdırılması. "Elm", Bakı, 2018, – 166 səh.
  9. Фарида Велиханова. Наука Азербайджана и переводоведение. "Элм", Баку, 2018, – 198 стр.
  10. Baba Məhərrəmli. Azərbaycan dilində isim kökləri. "Elm", Bakı, 2018, – 140 səh.
  11. Tofiq Hacıyev. Cəbrayıl şivəsi. "Elm", Bakı, 2018, – 412 səh.
  12. "Kitabi-Dədə Qorqud" dastanının qrammatik tədqiqi (fonetik; morfoloji və sintaktik təhlil). "Elm", Bakı, 2018, – 492 səh.
  13. Türk ədəbiyyatına ilk qədəm / müntəxibləri: M. Mahmudbəyov, A. Səhhət; transfon. ed., nəşrə haz., ön sözün müəl. S. Nəsirova; elmi məsl. A. Əliyeva-Kəngərli; elmi red. Ə. Məmmədbağıroğlu; rəy.: Q. Cəfərova, M. Mailoğlu. "Elm", Bakı, 2018. – 307 səh.
  14. Əlyazmalar İnstitutunda mühafizə olunan dövri mətbuatın kataloqu. "Elm", Bakı,: 2018, – 360 səh.

Seçilmiş əsərlər

[redaktə | vikimətni redaktə et]
  1. A. X. Mirzəcanzadə. Seçilmiş əsərlər. I cild. "Elm", Bakı, 2018, – 658 səh.
  2. A. X. Mirzəcanzadə. Seçilmiş əsərlər. II cild. "Elm", Bakı, 2018, – 574 səh.
  3. Tofiq Hacıyev. Seçilmiş əsərləri. III cild. "Elm", Bakı, 2018, – 412 səh.
  1. İzahlı yeni terminlər lüğəti. "Elm", Bakı, 2018, – 240 səh.
  2. İzahlı dilçilik terminləri lüğəti. "Elm", Bakı, 2018, – 912 səh.

Biblioqrafiyalar

[redaktə | vikimətni redaktə et]
  1. Aqil Əlirza oğlu Əliyev: biobiblioqrafik göstərici / tərt.red.: A. Məmmədova; elmi red.: K. Məmmədova. "Elm", Bakı, 2018, – 108 səh.
  2. Azad Xəlil oğlu Mirzəcanzadə: biobiblioqrafik göstərici / Elmi red. B. Ə. Süleymanov; tərt. O. Ə. Zeynalova; red. N. İ. Novruzova. "Elm", Bakı, 2018, – 216 səh.
  3. Əhəd Ələkbər oğlu Yaqubov: biobiblioqrafik göstərici. "Elm", Bakı, 2018, – 150 səh.
  4. Əhliman Tapdıq oğlu Əmiraslanov: biobiblioqrafik göstərici. "Elm", Bakı, 2018, – 264 səh.
  5. Əjdər Əkbər oğlu Məcidov: biobiblioqrafik göstərici / Tərt. A. Məmmədova; red. N. Novruzova. "Elm", Bakı, 2018, – 114 səh.
  6. Əli Nəcəfqulu oğlu Nuriyev: biobiblioqrafik göstərici / tərt.: Z. Ə. Cabbarova, Ş. Z. Əfəndiyeva; red.: A. M. Əliyev. "Elm", Bakı, 2018, – 174 səh.
  7. Möhsün Zellabdin oğlu Nağısoylu: biobiblioqrafik göstərici / Tərt.: Könül Mirzəyeva, Səmənnaz Həsənova; red. Nərgiz Novruzova. "Elm", Bakı, 2018, – 204 səh.
  8. Muxtar Kazım oğlu İmanov: biobiblioqrafik göstərici / tərt. N. Əskər; elmi red. K. Məmmədova. "Elm", Bakı, 2018, – 130 səh.
  9. Musa Mirzə oğlu Əliyev: biobiblioqrafik göstərici / tərt. K. Mahmudova; red. N. Novruzova. "Elm", Bakı, 2018, – 120 səh.
  10. Zemfira Yusif qızı Səfərova: biobiblioqrafik göstərici / tərt. Mahnur Həsənova; red. Nərgiz Novruzova. "Elm", Bakı, 2018, – 142 səh.
  11. Zümrüd Əliqulu qızı Quluzadə: biobiblioqrafik göstərici / tərt.red.: K. Məmmədova; nəşrə məsul N. Novruzova. "Elm", Bakı, 2018, – 165 səh.
  12. Azərbaycan Xalq Cümhuriyyəti – 100: elmi biblioqrafiya. "Elm", Bakı, 2018, – 418 səh.

Elmi populyar əsərlər

[redaktə | vikimətni redaktə et]
  1. F. Səfiyeva. Bir ömrün iziylə. "Elm", Bakı, 2018, – 296 səh.
  2. M. H. Seyidbəyli, S. Ə. Nemətzadə. Astronomiyanın tarixinə dair oçerk. "Elm", Bakı, 2018, – 140 səh.
  3. M. H. Seyidbəyli, A. P. Əhmədov, S. D. Məmmədova. Biologiyanın tarixinə dair oçerk. "Elm", Bakı, 2018, – 168 səh.
  4. M. H. Seyidbəyli, Z. B. Əliyev, N. A. Nuriyev, C. D. Qasımlı. Coğrafiyanın tari-xinə dair oçerk. "Elm", Bakı, 2018, – 112 səh.
  5. M. H. Seyidbəyli, G. Y. Mehdiyeva, A. R. Bədəlova. Fizikanın tarixinə dair oçerk. "Elm", Bakı, 2018, – 216 səh.
  6. M. H. Seyidbəyli, R. K. Mirzəbəyova, G. N. Əliyeva. Kimyanın tarixinə dair oçerk. "Elm", Bakı, 2018, – 152 səh.
  7. C. Bəylərov. Ləyaqətlə yaşanan ömür. "Elm", Bakı, 2018, – 200 səh.
  8. D. A. Nağıyeva-Muxtarova. Hər ömür bir tamaşa., Bakı gecələri. "Elm", Bakı, 2018, – 460 səh.

2017-ci ilin nəşrləri

[redaktə | vikimətni redaktə et]

Elmi əsərlər

[redaktə | vikimətni redaktə et]
  1. Nazim Mustafa. İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918–1920). "Elm", Bakı, 2017, – 328 səh.
  2. Güntəkin Nəcəfli. Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı (1917‐1918). (ATASE sənədləri əsasında). "Elm", Bakı, 2017, – 112 s.
  3. Güntəkin Nəcəfli. Şərqi Anadolu, Naxcıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlar (1918–1920). "Elm", Bakı, 2017, – 248 səh.
  4. Натиг Мамедзаде. Геноцид азербайджанцев в Карабахском регионе Азербайджана (1918–1920). "Элм", Баку, 2017. – 342 стр.
  5. Ильгар Нифталиев. Геноцид азербайджанцев в Иреванской губернии (1918–1920). "Элм", Баку, 2017, – 188 стр.
  6. Kamran İsmayılov. Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı (1918–1920). "Elm", Bakı, 2017, – 248 səh.
  7. Vaqif Abışov. Bakıda Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. "Elm", Bakı, 2017, – 220 səh.
  8. Vaqif Abışov. Quba qəzasında Azərbaycan xalqına qarşı soyqırımı. "Elm", Bakı, 2017, – 96 səh.
  9. Vaqif Abışov. Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı. "Elm", Bakı, 2017, – 120 səh.
  10. Y. M. Mahmudov. Real tarix və "Böyük Ermənistan" uydurması. "Elm", Bakı, 2017, – 144 səh.
  11. Я. М. Махмудов. Реальная история и вымысел о "Великой Армении". "Элм", Баку, 2017, – 148 стр.
  12. Y. M. Mahmudov. Real history and confabulation on great Armenia. "Elm", Baku, 2017, – 152 pages.
  13. Nigar Gozəlova. Azərbaycanın turk-musəlman əhalisinin soyqırımı Britaniya Kitabxanasının arxiv sənədlərində (1918–1920). "Elm", Bakı, 2017, – 76 səh.
  14. Yaqub Mahmudov. Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır (üç dildə). "Elm", Bakı, 2017, – 68 səh.
  15. Мамедъяров М. А. Синтетические эфирные смазочные масла. "Элм", Баку, 2017, – 396 стр.
  16. XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. IV kitab. "Elm", Bakı, 2017, – 236 səh.
  17. Azərbaycan musiqi tarixi. İkinci cild. Bakı. "Elm", Bakı, 2017, – 584 səh.
  18. Əli Rəcəbli. Qafqaz pulları. "Elm", Bakı, 2016, – 340 səh.
  19. Ровшан Велизаде. Мецаморская АЭС – Экологическая бомба для региона. "Элм", Баку, 2017, – 380 стр.
  20. The Realities of Genocide (Collection of articles). "Elm", Baku, 2017, – 256 pages.
  21. А. Б. Садыгов. Модели и технологии решения задач управления в чрезвычайных ситуациях. "Элм", Баку, 2017, – 372 стр.
  22. Fəridə Əzizova. Klassik ərəb poeziyasında Azərbaycan şairləri: genezis, poetika (VIII–XI əsrlər). "Elm", Bakı, 2017, – 200 səh.
  23. Ceyran xanım Mirqasımova. Bir ananın hekayəti. "Elm", Bakı, 2017, – 136 səh.
  24. Ф. Д. Гасанов. Микроэлементы нижнеплиоценовых отложений Южно-Каспийской впадины. "Элм", Баку, 2017, – 210 стр.
  25. Ə. T. Əmiraslanov, H. K. Muradov. Dayaq-hərəkət orqanları şişlərində neoplastik angiogenez. "Elm", Bakı, 2017, – 532 səh.
  26. Nigar Bakıxanova. Ömrün səhifələri. "Elm", Bakı, 2017, – 124 səh.
  27. В. М. Аббасов, Л. И. Алиева, Е. Ш. Абдуллаев, А. Г. Талыбов, Т. А. Исмайлов, Н. И. Мурсалов ,С. А. Мамедханова, З. З. Агамалиев, Н. Ш. Рзаева, И. Т. Исмайлов, Л. М. Эфендиева. Реагенты и продукты для нефтяной, газовой, нефтеперерабатывающей и нефтехимической промышленностей. "Элм", Баку, 2017, – 436 стр.
  28. Teymur Bünyadov. Ana laylası beşik nəğməsidi…, IV kitab, "Elm", Bakı, 2017, – 328 səh.
  29. Г. Г. Кулиев. Парадигма вечного круговорота материи в космологии. "Элм", Баку, 2017, – 360 стр.
  30. A. İ. Mustafazadə, N. H. Cəfərli. İslam hüququ (insan hüquqları kontekstində). "Elm", Bakı, 2017, – 220 səh.

Seçilmiş əsərlər

[redaktə | vikimətni redaktə et]
  1. Möhsün Nağısoylu. Seçilmiş əsərləri (2 cilddə). I cild. "Elm", Bakı, 2017, – 634 səh.
  2. Möhsün Nağısoylu. Seçilmiş əsərləri (2 cilddə). II cild. "Elm", Bakı, 2017, – 652 səh.
  3. Tofiq Hacıyev. Seçilmiş əsərləri. I cild (II hissə). "Elm", Bakı, 2017, – 448 səh.
  4. Tofiq Hacıyev. Seçilmiş əsərləri. II cild. "Elm", Bakı, 2017, – 490 səh.
  5. Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası (kitablar seriyası). Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri. "Elm", Bakı, 2017, – 368 səh.
  1. Şahbaz Muradov: biobiblioqrafik göstərici / tər.: Kəmalə Məmmədova, Mülayim Əmirli; red.: Kəmalə Məmmədova. Bakı, Elm, 2017, – 438 səh.
  2. Vəli Yusif oğlu Axundov: biobiblioqrafik göstərici. "Elm", Bakı, 2017, – 140 səh.
  3. Akif Musayev: biobiblioqrafik göstərici / tərt.: Afət Məmmədova; red. Kəmalə Məmmədova. "Elm", Bakı, 2017, – 160 səh.
  4. İlyas Babayev: biobiblioqrafik göstərici / tərt.: Təranə Rüstəmova; red.: Kəmalə Məmmədova. "Elm", Bakı, 2017, – 144 səh.
  5. Əliyar Səfərli: biobiblioqrafik göstərici / tərt.: A. Məmmədova; red.: K. Məmmədova. "Elm", Bakı, 2017, – 152 s.

2016-cı ilin nəşrləri

[redaktə | vikimətni redaktə et]

Elmi əsərlər

[redaktə | vikimətni redaktə et]
  1. Abdullayev F. XXI əsrin geosiyasətində yeni paradiqma: Miqrasiya. (Mahiyyəti, çağırışlar, təhdidlər). "Elm", Bakı, 2016, – 416 səh.
  2. С. В. Алиев. Фауна, распространение и биоэкологические особенности совок Азербайджана (Lepidoptera, Noctuidae). "Элм", Баку, 2016, – 412 стр.
  3. Б. Т. Билалов. Некоторые вопросы аппроксимации. "Элм", Баку, 2016, –390 стр.
  4. Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası (kitablar seriyası). I cild. Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr. "Elm", Bakı, 2016, – 356 səh.
  5. F. T. Xəlil-zadə. Elementar zərrəciklər fizikasının əsasları. "Elm", Bakı, 2016, – 212 səh.
  6. A. Əsədova. Multikulturalizm – mədəniyyət fəlsəfəsinin yeni mərhələsi kimi. "Elm", Bakı, 2016, – 48 səh.
  7. Мультикультурализм: тенденции и реальность (коллектив авторов). "Элм", Баку, 2016, – 192 стр.
  8. Развитие научных связей на новом этапе: диалог и сотрудничество. "Элм", Баку, 2016, – 141 стр.

Seçilmiş əsərlər

[redaktə | vikimətni redaktə et]
  1. Yaşar Qarayev. Seçilmiş əsərləri (5 cilddə), IV cild. "Elm", Bakı, 2016, – 776 səh.
  2. Yaşar Qarayev. Seçilmiş əsərləri (5 cilddə), V cild. "Elm", Bakı, 2016, – 728 səh.[12]
  3. Tofiq Hacıyev. Seçilmiş əsərləri. I cild (I hissə). "Elm", Bakı, 2016, – 496 səh.

Elmi populyar əsərlər

[redaktə | vikimətni redaktə et]
  1. Институт катализа и неорганической химии 80 лет. "Элм", Баку, 2016, – 496 стр.
  1. "AMEA-nın nəzdindəki təşkilatlar: "Elm" Nəşriyyatı". 2020-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-13.
  2. "İxtiyar Hüseynli. "Əqidə fədaisi", Azərbaycan. — 2010. — 26 may. — S. 5". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-15.
  3. Salyanda fəaliyyət göstərən QHT sədrinin yeni kitabı nəşr edilmişdir Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine. azertag.az saytı
  4. "Səbuhi Qəhrəmanov direktor təyin olundu" (az.). Kult.az. 2019-01-16. 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-20.
  5. ""Elm" nəşriyyatının fəaliyyəti təkmilləşdirilir" (az.). azertag.az. 2019-07-17. 2019-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-17.
  6. ""Elm" nəşriyyatının fəaliyyəti təkmilləşdirilir" (az.). muallim.edu.az. 2019-07-17. 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-17.
  7. ""Elm" nəşriyyatının fəaliyyəti təkmilləşdirilir" (az.). science.az. 2019-07-17. 2019-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-17.
  8. ""Elm" nəşriyyatının yeni loqosu və şüarı müəyyənləşib" (az.). azertag.az. 2019-08-06. 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-06.
  9. ""Elm" nəşriyyatı ABŞ-nin "EBSCO" məlumat bazası ilə əməkdaşlığa başlayıb" (az.). azertag.az. 2019-08-19. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-19.
  10. "Mətbuat Şurası "Elm və həyat" jurnalının 50 illiyini qeyd etdi". 2020-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-26.
  11. "Elm və həyat" jurnalının 50 yaşı qeyd edilib [ölü keçid]
  12. "Yaşar Qarayevin "Seçilmiş əsərləri" nəşr edildi" (az.). 525.az. 2016-09-01. 2020-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-25.