Doktor Strenc

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Doktor Strenc
ing. Doctor Strange
Nəşriyyat ABŞ Marvel Comics
Yayım tarixi "Qəribə hekayələr" #110 (iyul 1963)
Yaradıcı(lar) Sten Li
Stiv Ditko
Xüsusiyyətlər
Əsl adı Stiven Vinsent Strenc
Cinsiyyəti kişi
Boyu 1,89 m[1]
Növü insan
Komiks bioqrafiyası
Üzvlükləri Qisasçılar
Yeni Qisasçılar
İllüminati
Müdafiəçilər
Əmr
Gecəyarısı oğulları
Partnyorları Klea, Vonq, Qədim birisi
Ləqəbləri Stiven Sanders, Vinsent Stivens
Gücləri Magiya ustası, fizik

Doktor Strenc (ing. Doctor Strange) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən yaradılmış personaj. Yaradıcıları Sten LiStiv Ditkodur.[2] İlk dəfə 1963-cü ilin iyulundan çapdan çıxan "Qəribə hekayələr" komiksinin 110-cu sayında peyda olmuşdur. Keçmiş neyrocərrah olan Strenc Ali sehrbazdır və Yerin mistik təhlükələrdən qorunmasında vacib rol oynayır. İki mistik əşyadan istifadə edir: Levitasiya plaşıAqamotonun gözü. Nyu-York şəhərində yerləşən Sanctum Sanctorum binasından iqamətgahı kimi istifadə edir. Ən yaxın köməkçisi Vonqdur.

2008-ci ildə Doktor Strenc "Wizard" jurnalının "Bütün dövrlərin ən böyük 200 komiks personajı" siyahısında 83-cü yerdə,[3] 2012-ci ildə isə IGN-in "Top 50 Qisasçı" siyahısında 33-cü yerdə göstərilmişdir.[4] Personaj IGN-in "Top 100 komiks personajı" siyahısında 34-cü yerdə qərarlaşmışdır.

2016-cı ildə Marvel film kainatının tərkibində çəkilmiş "Doktor Strenc" filmində Doktor Strenc rolunu Benedikt Kamberbetç canlandırmışdır.

Doktor Strenc "Qəribə hekayələr" komiksinin 110-cu sayında debüt edir (rəssam: Stiv Ditko).

1956–1970-ci illəri əhatə edən komikslərin Gümüş dövründə universitet tələbələri arasında iki şey sürətlə yayılırdı: Şərq mistisizmi və hallüsinoqenlər.[5]

LSD BMT tərəfindən qadağan edildiyi 1971-ci ilə qədər asanlıqla əldə oluna bilən narkotik maddə idi. Düz bu dövrdə ortaya çıxan Doktor Strenc həm şərq mistisizminə əsaslanan hekayələrə, həm də LSD təcrübələrini xatırladan çizimlərə malik idi. Bunlar qaçınılmaz olaraq əksəriyyətini universitet tələbələri təşkil edən sadiq oxucu kütləsinə malik olmasına səbəb olmuşdu.[5]

Dövrün Marvel Comics redaktoru Sten Li Stiv Ditkonun çəkdiyi bir neçə səhifəlik hekayəni oxuduqda hekayəni bəyənməmişdi, amma əllərində fərqli növ personaj olduğunu anlayırdı.[5]

Personajın "Qəribə hekayələr" komiksində debüt etməsi planlaşdırılırdı. "Qəribə hekayələr" 1951-ci ildə Marvel Comics-in hələ Atlas Comics adlandığı dövrdə nəşr olunmağa başlamış qorxu komiksi jurnalı idi. 1954-cü ildən tətbiq olunan senzura üzündən vampir, qurdadam və zombi kimi klassik qorxu mövzularına yer verilmirdi. Buna görə də son illərdə "qəribə" hekayələr verə bilmirdi. Əvvəlcə personajın adı üçün Mister Strenc variantı düşünülmüşdü, lakin ad Fantastik dördlüyün lideri Mister Fantastikə bənzədiyindən bu variantdan imtina edildi. Sonda bir komiksdə cəmi bir dəfə istifadə olunmuş bir supercinayətkarın adı olan Doktor Strenc variantı münasib görüldü. "Qəribə hekayələr" komiksi 169-cu sayından etibarən "Doktor Strenc" adı ilə buraxılmağa başladı.[5]

Sten Li Doktor Strencin ilk hekayələrini özü qələmə almışdı. Bir nömrəli ilham mənbəyi isə 1930-cu illərdə Sten Li hələ çox gənc ikən yayımlanan və böyük maraqla dinlədiyi "Sehrbaz Çandu" radio proqramı idi. Hekayələrdə istifadə etdiyi sehr adlarının bir hissəsi oradan gəlirdi. Sten Li sehr adları mövzusunda çox diqqətli olmamış, mənalarına fikir vermədən daha mistik adlar seçmişdir.[5]

Doktor Strenc əvvəlcə sadiq oxucu kütləsinə xitab edən bir komiks olaraq ortaya çıxmışdır, lakin yerinə gələn hər rəssam Stiv Ditkonun üslubunu davam etdirməkdə uğurlu olmamışdır. Nəticədə, 1970-ci illərin əvvəllərində Doktor Strenc sadiq oxucu kütləsinin böyük hissəsini itirmişdir. Əvvəllər 400 min tirajla nəşr olunan Doktor Strenc artıq 160 min tirajla nəşr olunurdu.[5]

Stiven Strenc çox uğurlu neyrocərrahdır, amma xəstələrindən çox, aldığı pula əhəmiyyət verir.[6] Uğradığı bir avtombil qəzası nəticəsində əllərindəki sinirlər xəsarət alır və istifadə edilməz vəziyyətə düşür. Bu hadisə onu peşəsindən uzaqlaşdırır. Bütün pulunu əllərini sağaltmaq üçün xərcləyir, lakin nəticə əldə edə bilmir. Daha bətər olur və pulsuz qalır.[6]

İki dənizçinin söhbəti əsnasında Tibetdə yaşayan, bütün yaraları sağalda bilən Qədim birisi adlı sehrbazın adını eşitməsi onun üçün ümid olur və Tibetə yollanır.[6]

Uzun səyahətdən sonra nəhayət sehrbazı tapır və Qədim birisinə dərdini danışır, lakin Qədim birisi Doktor Strencin lovğa motivasiyası səbəbiylə onu sağaltmaqdan imtina edir. Əgər qəbul edərsə, onu yanına şagird olaraq ala biləcəyini və içindəki yaxşılığı tapa bilərsə, bəlkə özünü sağalda biləcək gücü tapa biləcəyini deyir.[7]

Doktor Strenc Qədim birisini saxtakar adlandıraraq oranı tərk etmək istəyir, ancaq güclü yağışa görə monastırı tərk edə bilmir. Bu zaman Qədim birisinin Mordo adlı şagirdinin ustasını öldürmək istədiyini öyrənir. Bunu Qədim birisinə demək istəyərkən Mordo onu tilsimləyərək bu haqda danışmasını əngəlləyir. Bu zaman Strenc Qədim birisinin həyatını xilas etmək ümidi ilə onun şagirdi olur və Qədim birisi onun üzərindəki tilsimi qaldırır. Mordonun planlarından xəbərdar olduğunu, lakin onu yaxınında tutmasının daha ağıllı hərəkət olduğunu bildirir. Beləliklə, Doktor Strenc Qədim birisinin imtahanından keçmiş olur və magiya dərsləri almağa başlayır.[7]

Mistik sənətlərdə ustalaşdıqdan sonra ABŞ-yə qayıdır. Burada güclərindən ilk dəfə yaxşı məqsədlər üçün istifadə edir. O zaman Qədim birisinin iblis Şuma-Qorat tərəfindən öldürülməsindən sonra onun yerinə keçir. Ali sehrbaz titulunu qazanır və kainatın mistik qoruyucusu olur.[6]

  1. http://marvel.com/universe/Doctor_Strange_(Stephen_Strange)#axzz52aQePmER.
  2. Reisman, Abraham. "The Creator of Doctor Strange Will Not See You Now: Marvel Comics legend Steve Ditko wants his work to stand for itself. If only it were that easy". Vulture.com. November 16, 2016. November 17, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 3, 2016. Creeping conflict became apparent a few months after Spider-Man’s debut, when Lee first announced the impending debut of their next co-creation, a magician named Doctor Strange. (#invalid_param_val)
  3. "Wizard's 200 Greatest Comic Characters of All Time". Razorfine.com. May 30, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2016.
  4. "The Top 50 Avengers". IGN. April 30, 2012. March 17, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2016.
  5. 1 2 3 4 5 6 "Marvel Süper Kahraman Dosyaları: Doctor Strange - 1". Kahramangiller (türkcə). 2016-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2016.
  6. 1 2 3 4 "Kahraman Tanıtımları: Doctor Strange Kimdir?". Cizgiroman (türkcə). 18 noyabr 2016. 2015-12-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2016.
  7. 1 2 "Marvel Süper Kahraman Dosyaları: Doctor Strange - 2". Kahramangiller (türkcə). 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2016.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]