Din Kort

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vitaliti Stadionu
Xəritə
Keçmiş adı Din Kort, Qoldsends,
Syuard, Faytness Fyost,
Yeri Bornmut, Dorset, İngiltərə
Tikilib 1910
Yenidən qurulma tarixi 2001
Sahibi Maksim Dyomin, Eddi Mitçell
Tamaşaçı tutumu 11.464[1]
Ev sahibi komanda Bornmut (1910-cu ildən)
Meydançanın ölçüləri 105 x 78 m
Ot örtüyü ot
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Din Kort (ing. Dean Court) — İngiltərənin Dorset qraflığının, Bornmut şəhərində yerləşən futbol stadionu. 11.464 tamaşaçı tutumuna malik stadionda yerli "Bornmut" futbol klubu ev oyunlarını keçirir. Stadion əvvəllər "Faytness Fyost" adı ilə tanınırdı, lakin 2011-ci ilin iyulunda, stadionu adlandırmaq hüququnun "Syuard Mühərrik Qrup"una satılmasından sonra, stadionun adı dəyişdirilərək "Syuard" adlandırılıb.[2] 2012-ci ilin fevralında, stadion iki il müddətinə "Qoldsends" adlandırılıb. Hazırda sponsor müqaviləsinə görə Vitaliti Stadionu (ing. Vitality Stadium) kimi tanınır.[3]

"Din Kort" 1910-cu ildə futbol klubuna stadion tikmək üçün torpaq sahəsi bağışlayan, Din Kort ailəsinin şərəfinə adlandırılıb. Stadionun tribunalarından biri 1924-cü ildə "Uembli" sərgisi üçün istifadə olunub. Stadionda rekord tamaşaçı sayı, 1957-ci ildə, İngiltərə Kuboku çərçivəsində "Mançester Yunayted"ə qarşı oynanılan görüşdə qeydə alınıb, bu oyunu canlı olaraq stadiondan 28.799 tamaşaçı izləyib.[4]

Stadion 2001-ci ildə tamamilə yenidən qurulub və yeni üç tribuna tikilib. Klub, 2005-ci ilin dekabrında qayıdan lizinq üzrə stadionu "Structadene" şirkətinə satıb.[5] 2010-cu ilin aprel ayında stadionun şimal tribunası, "Bornmut" klubunda keçirdiyi oyun sayına görə rekordçu olan Stiv Fletçerin şərəfinə adlandırılıb.[6]

Stadion, tez-tez konsert meydançası kimi istifadə olunur. 2006-cı ildə stadionda Elton Conun konserti təşkil olunmuşdur.[7] 2013-cü ildə İngiltərənin əsas və 16 yaşadək qadınlardan ibarət milli futbol komandaları oyunlarını bu stadionda keçirib.[8][9]

  1. "2015/16 Premier League Handbook" (PDF). premierleague.com. 6 September 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 4 August 2015.
  2. "Bournemouth sell naming rights deal of Dean Court" (ingilis). BBC News. 2011-05-09. 2020-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-05.
  3. "AFC Bournemouth announce naming rights deal for Vitality Stadium". afcb.co.uk. 9 July 2015. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2015.
  4. "AFC Bournemouth Club Information". A.F.C. Bournemouth. 2008. 29 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 September 2008.
  5. "New stadium deal could be required" (ingilis). Bournemouth Daily Echo. 2008. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-05.
  6. Cherries: Fletch so proud of stand honour Arxivləşdirilib 2014-11-09 at the Wayback Machine (ing.)
  7. "Elton to play show at AFC Bournemouth". Dorset Echo. 10 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 July 2013.
  8. "AFC Bournemouth: Dean Court to host England match". Bournemouth Echo. 9 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 April 2015.
  9. afcb.co.uk. "Cherries to host England womens' game". 2019-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 April 2015.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]