Daynabuk

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Daynabuk (ing. dynabook – dinamik kitab) — notbukların prototipi; ölçüləri cib dəftərçəsi boydadır.[1]

1968-ci ildə hesablama texnikası sahəsində Amerikalı alim Alan Key (d. 1940) Daynabuku müxtəlif yaşlı uşaqlar üçün fərdi kompüter kimi təklif etmişdir. Daynabukun proqram təminatı Small -talk obyektyönlü proqramlaşdırma dili ilə hazırlanmışdır. 1989-cu ildə “Toshiba” şirkəti Daynabuk markalı notbuk istehsal etmişdir. 1990-cı illərin sonlarından A.Key Small talk əsasında Squeak proqram sistemi üzərində işləməyə başlamışdır. Daynabuk layihəsi üçün müasir dövrdə lazımi aparat təminatı olsa da, proqram təminatı və tədris kursları hələ də hazırlanmamışdır.[1]

  1. 1 2 Daynabuk// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 395.