Dörd böyük ixtira
Naviqasiyaya keç
Axtarışa keç
Dörd böyük ixtira
Dörd böyük Çin ixtirası — Orta əsrlərdə Çində icad edilən kompas, barıt, kağız və kitab çapının ümumi adıdır. Ad Çin elmini tədqiq edən dahi Britaniya tədqiqatçısı (ing. Joseph Needham) tərəfindən təklif edilmişdir.
- Gündüz vaxtı istiqamətləri təyin etmək üçün maqnit cihazı ilk dəfə 1044-cü ildə Çin kitabında xatırlanır. Təkmilləşdirilmiş kompas, 1088-ci ildə yazılmış bir yazıda Şen Ko tərəfindən ətraflı təsvir edilmişdir.
- "Vujing zonqyao" hərbi traktatında (1044), nitrat miqdarı 27 ilə 50 % arasında olan barıt hazırlamağın müxtəlif üsulları təsvir edilmişdir. Xubilay xan dövründə (1260–1294), İnçiüdə (çin. 扬州市 Yángzhōu shì) bir silah-sursat anbarında baş verən partlayış yüz mühafizəçinin ölümünə səbəb olmuşdu. O vaxtlar çinlilər barıt ilə doldurulmuş çuqun qumbaralardan istifadə edirdilər.
- İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb. Han sülaləsinin saray əyanı Çay Lun yazırdı ki, o, e.ə. 105-ci ildə tut ağacından kağız istehsal etmişdir. Çində ilk olaraq kağızdan bağlamalar və yazı yazmaq üçün istifadə edilirdi. Tan sülaləsi dövründə ilk tualet kağızı və çayı qablaşdırmaq üçün kağız torbalar meydana çıxır. Sun imperiyası dövründə ilk kağız pul əskinazı kəsilmişdir.
- Taxta qravürlərin çap texnikası Çində IX əsrdən, qumaş üzərində şəkillər çap etmək texnikası — III əsrdən bəri məlumdur. Şen Konun məlumatına görə, kitab çapının başlanğıcı, adi sənətkar Bi Şenq (990–1051) tərəfindən qoyulmuşdur. O, çap işində bişmiş gildən hərəkətli hərflər tətbiq etmişdir. (çin. 王禎 Wáng Zhēn) (vəfatı 1333) mətni çap etmək üçün taxta hərflərdən istifadə edirdi və Xua Suy (1439–1513) hərəkətli metal hərflər icad etdi.
Qalereya
[redaktə | vikimətni redaktə et]-
Min sülaləsi dənizçisinin kompas sxemi
-
Yuan sülaləsinə aid tapança, təxminən 1300-cü illər (onilliklər)..
-
Çətənə qablaşdırma kağızı, Çin, təxminən b.e.ə. 100-cü il
-
Tan sülaləsinə ail Almaz sutra, Çin 868-ci il, Britaniya muzeyi
-
2008 Yay Olimpiya Oyunlarının Açılış Mərasimində rəqs edən qutular - hərəkətli tipli çap blokları.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Needham, Joseph (1986). Science and Civilization in China: Volume 4, Physics and Physical Technology, Part 1, Physics. Taipei: Caves Books, Ltd.
- Needham, Joseph (1986). Science and Civilization in China: Volume 5, Chemistry and Chemical Technology, Part 7, Military Technology; the Gunpowder Epic. Taipei: Caves Books Ltd.
- Needham, Joseph (1986). Science and Civilization in China: Volume 5, Chemistry and Chemical Technology, Part 1, Paper and Printing. Taipei: Caves Books Ltd.