Dördüncü internasional
Dördüncü internasional — Lev Trotskinin davamçıları, yaxud trotsksistlər tərəfindən əsası qoyulan, tərkibində Marks və Engelsin Dünya inqilabı, fəhlə sinfinin qələbəsi və sosializm quruculuğu ideyaları olan beynəlxalq kommunist təşkilatı. İnternasional 1938-ci ildə Fransada Kominternin stalinistlərin tam nəzarəti altında olduğunu və onların beynəlxalq fəhlə sinfi siyasi hakimiyyəti idarə etmək qabiliyyətində olmadığını hesab edən Trotski və onun tərəfdarları tərəfindən təsis olunmuşdur[1]. Buna görə də, burjua hakimiyyətləri (məsələn, Fransa və ABŞ) tərəfindən təzyiq göstərilən, SSRİ və son maoizm tərəfindən qeyri-legitim olduğuna görə ittiham olunan, NKVD agentləri tərəfindən təqib olunan bir çox xadimlər özlərinin xüsusi "Dördüncü İnternasional"ını qurdular.
İnternasional ilk dəfə 1940-cı ildən parçalanmalara, təfriqəyə məruz qalıb, ən əhəmiyyətli parçalanma isə 1953-cü ildə baş verib. 1963-cü ildə qismən birləşdirilməsinə baxamayaraq, bir çox qruplar təsdiq edirlər ki, onlar məhz Dördüncü internasionalın varisi, ardıcılı kimi təmsil olunurlar.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Л. Д. Троцкий Агония капитализма и задачи Четвёртого интернационала Arxivləşdirilib 2020-07-27 at the Wayback Machine (1938) (rus.)