Corctaun (Malayziya)
Bu məqalə Corctaun haqqındadır. Digər mənalar üçün Corctaun (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Corctaun | |
---|---|
George Town 乔治市 ஜோர்ஜ் டவுன் | |
5°24′52″ şm. e. 100°19′45″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 11 avqust 1786 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 4 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 100xx hingga 108xx111xx hingga 118xx |
Nəqliyyat kodu | P |
Digər | |
mbpp.gov.my | |
Vikianbarda əlaqəli mediafayllar |
Corctaun Pinanq (ing. George Town) — Malayziyada şəhər. Pinanq ştatının (qubernatorluğunun) inzibari mərkəzi.[1]
Əhalisi
[redaktə | vikimətni redaktə et]Əhalisi 174,3 min nəfərdir (2007; aqlomerasiyada 1,7 mln. Əhalisinin sayına görə Kuala-Lampur paytaxt aqlomerasiyasından sonra ölkənin 2-ci şəhəri).[1]
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Pinanq adasının şərq hissəsində, Malakka boğazı sahilində yerləşir. Qərbi Malayziyanın mühüm nəqliyyat mərkəzidir. Malakka yarımadası ilə körpü (1985; Cənub-Şərqi Asiyada ən uzun –13,5 km– körpülərdən biri), avtomobil və dəmiryol əlaqəsi var. Dəniz portu (yük dövriyyəsinə görə ölkədə 3-cü). Beynəlxalq aeroportdur (Pinanq-Bayan-Lepas).[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]1820-ci ilədək İngiltərə kralı III Georqun şərəfinə Fort-Kornuollis adlanırdı. 1957-ci ilədək Britaniyanın Streyts-Setlments koloniyasının tərkibində idi; 20-ci əsrin ortalarınadək dəniz daşımalarının yük boşaltma bazası, kauçuk və qalay ixracatı məntəqəsi idi. Elektron sənayesinin inkişafı ilə əlaqədar 1980-ci illərdən şəhərin iqtisadi yüksəlişi başladı. 20-ci əsrin onlarınadək Corctaun dünyada ən böyük qalay əridilməsi mərkəzlərindən biri idi (Corctaunda iri qalayəritmə zavodu 1998-ci ildə bağlanmışdır).[1]
Memarlığı
[redaktə | vikimətni redaktə et]Pinanq adasının cənub qurtaracağında yerləşən Corctaunun mərkəzi hissəsində “Komtar” göydələni (232 m) və başqa çoxmərtəbəli ofis binaları var. Kornuollis Britaniya fortu (1793, 1810-ci ildə yenidən tikilmişdir), Müqəddəs Georgi kilsəsi (1818), Ali məhkəmənin binası (1903), həmçinin Kuan-İn Çin məbədi (1801), Kapitan Kelinq məscidi (19-cu əsrin əvvəli), 33 m-lik Budda heykəli olan Vat-Çayya-Manqkalaram Budda məbədi Corctaunun memarlıq abi dələrindəndir. Pinanq dövlət muzeyi (1963). Malayziya Elm Universiteti (1969, ölkənin ən iri ali məktəblərindən biri, Corctaunun Minden şəhərətrafındadır) var. Üç dəfə Malayziya çempionu (1982–2001) olmuş “Pinanq” futbol klubu “Pinanq” stadionunda (20 min yer) çıxış edir.[1]
Sənayesi
[redaktə | vikimətni redaktə et]Pinanq aqlomerasiyası əhəmiyyətinə görə Kuala-Lumpur aqlomerasiyasından sonra Malayziyanın ikinci iqtisadi mərkəzi, ölkənin ən mühüm regional inkişaf qütblərindən biridir. İşləyən əhalinin ½-indən çoxu sənayedə çalışır. Cənub-Şərqi Asiyanın elektron sənayesinin iri mərkəzi, “Silikon ada” adlanan azad iqtisadi zonanın və Qərbi Malayziyanın yüksək texnologiyaların inkişafı rayonunun təşkilati mərkəzidir.
Sənaye müəssisələri (Amerika TMK-ları – AMD, “Dell”, “Agilent”, “Osram”, “Motorola”, Yaponiya TMK-ları – “Matsushita Electric”, “Sony”, “Canon” və s.-ə məxsusdur), əsasən, Corctaunun şəhərətrafında yerləşir: yarımke çiricilər, müxtəlif növ elektron avadanlığı və aparatlar, o cümlədən kompyuterin periferiya qurğuları, video və audiotexnika, foto və videokameralar, həmçinin saat, kondisioner və s. istehsal edilir.
Qara metallurgiya “Malayawata Steel” (ildə 0,8 mln. t polad) və “Tata Steel” (ildə 1,3 mln. t polad) şirkətlərinin zavodları, boru prokatı zavodu (ildə 36 min t) ilə təmsil olunur. “Malaysia Smelting” şirkətinin qalayəritmə zavodu (Batteruertdə, ildə təqribən 40 min t qalay) fəaliyyət göstərir. Avtomobil mühərrikləri (ildə 120 min) istehsal edilir. Sənayenin kauçuk, toxuculuq, yeyinti (yağ, meyvə-tərəvəz konservləri) sahələri inkişaf etmişdir. İES (450 MVt) var.
Turizm, istirahət və su idmanı növləri mərkəzidir (Corctaundan şimalda Ferringi-Biç dəniz çimərliyi). Hər il beynəlxalq qayıq yarışları keçirilir. Malayziyada ən böyük Budda məbədi Kek-Lok-Sı, ilanlar məbədi (Lacivərd bulud məbədi), Botanika bağı, dünyada kəpənək yetişdirən ən böyük fermalardan biri Corctaunun yaxınlığında yerləşir.[1]
Qalereya
[redaktə | vikimətni redaktə et]-
Pinanq şəhər ali məhkəməsi
-
Şəhərin taxiri hissəsi 2008-ci ildə Yunesko Dünya İrsi
-
Pinanq adası
-
Şəhər avtobusu
-
Pinanq şəhər zalı
-
Pinanq şəhər assambleya binası
Şəhər landşaftı
[redaktə | vikimətni redaktə et]Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 6 Corctaun// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 389. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.