Cənub dağdağanı
Naviqasiyaya keç
Axtarışa keç
Cənub dağdağanı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Cənub dağdağanı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Cənub dağdağanı (lat. Celtis australis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | vikimətni redaktə et]Cənubi və Orta Avropada, Kiçik Asiyada, Şimali Afrikada, Əfqanıstanda yayılmışdır.
Botaniki təsviri
[redaktə | vikimətni redaktə et]Hündürlüyü 15-20 m-ə qədərdir, çətiri geniş, gövdəsinin qabığı boz rəngli, hamardır. Cavan zoğları yaşılımtıl rənglidir. Yarpaqları yumurtavari, qalın, tünd-yaşıl rəngli, qısa saplaqlıdır. Aprel ayında çiçəkləyir, meyvələri sentyabr ayında yetişir. Toxumla çoxaldılır.
Ekologiyası
[redaktə | vikimətni redaktə et]Şaxtaya, istiyə davamlıdır. Torpağa tələbkar deyil.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Böyük və Kiçik Qafqazda, cənub bölgəsində rast gəlinir.
İstifadəsi
[redaktə | vikimətni redaktə et]Çiçəkləmə və meyvələrin yetişməsi dövründə çox dekoratıv görünür. Yaşıllaşdırmada tək və qrup əkinlərində istifadə edilir.
Sinonimləri
[redaktə | vikimətni redaktə et]- Celtis alpina Royle
- Celtis australis var. eriocarpa (Decne.) Hook.f.
- Celtis australis f. variegata Schelle ex Geerinck
- Celtis eriocarpa Decne.
- Celtis excelsa Salisb. [Illegitimate]
- Celtis kotschyana Steven
- Celtis lutea Pers.
- Celtis serrata Dippel
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1043.