54°26′ c. e. 3°24′ ş. u.HGYO

Buve adası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Buve adası
norv. Bouvetøya
Ümumi məlumatlar
Sahəsi 49[1]
Uzunluğu
  • 9 km
Eni 7,5 km
Hündür nöqtəsi 780 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
54°26′ c. e. 3°24′ ş. u.HGYO
Ölkə  Norveç
Akvatoriya
Buve adası xəritədə
Buve adası
Buve adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Buve adası (norv. Bouvetøya) — yaşayışı olmayan, vulkan məşəlli ada. Atlantik okeanın cənub hissəsində, 54°26′ c. e. 3°24′ ş. u.HGYO koordinatlarda yerləşir. Sahəsi 49 km² təşkil edir. Ərazisinin 93 % ərazisi buzla örtülü olur. Ada Norveçə məxsusdur. Dünyanın materiklərdə ən uzaqda yerləşən üçüncü adasıdır (Pasxa adasıTristan-da-Kunya adalarından sonra).

Buve adası kosmosdan

Buve adası vulkan şəbəkəsindən təşkil olmunmuşdur. Ada Qərbi-Hind silsiləsi üzərində yerləşir. Bazaltdan təşkil olunmuşdur. Şimal-qərbində kaldera əmələ gəlmişdir. Sonuncu pükürmələr 2000 il öncə baş vermişdir.

Ada öz adını onu ilk dəfə kəşf edən Jan-Batist Şarl Buve de Lozenin şərəfinə adlandırılmışdır. Ada ilk dəfə 1 yanvar 1739 ildə kəşf edilir. O, adanı görünməmiş Cənub torpağına aid olub, bir burun olmasını zənn edirdi. XVIII–XIX əsrlərdə ada əsasən ingilislər tərəfindən araşdırılır. 1772-ci ildə Ceyms Kuk xəritədə göstərilən adanı aşkarlamaq məqsədi ilə əraziyə doğru üzsədə səhv yerə üzdüyündən torpağı aşkarlaya bilməmişdir. 1808-ci ildə adanı balina ovçusu Ceyms Lindsey aşkarlayır və koordinstlarını dəquqləşdirir. O, yeni ada kəşf etdiyini zən edir və onu Lindsey adası adlandırır. 1822-ci ildə adaya ilk dəfə Benjamin Morrell enir və suiti ovlamışdır. Bu müəyyən mübahisələr doğurmuşdur.10 dekabr 1825 ildə Kapitan Nirris adaya enir və onu Britaniya ərazisi elan edir. Adanı baş nazir olan lord Liverpulun şərəfinə adlandıtılır.

İlk uzun müddətli ekspedisiya 1927-cili sonları adaya Norveç gəmisi yan alır və 1 dekabr tarixinfə adanı (Lars Kristensen) Norveç ərazisi elan edilir. 23 yanvar 1928-ci ildə kral VII Haakon adanı Norveç ərazisi olmasını sərəncamla təstiqləyir. 1929-cu ildə Britaniya adaya olan idiadan əl çəkir. 1930-cu ada Norveçin asılı əraziyə çevrilir. Norveçin "Buve sektoru" adlandırdığı əraziyə həmçinin I Pyotr adası daxil edildiyindən SSRİ kralın 1828-cil qəbul etdiyi fərmana qarşı çıxır. Bu addımlar SSRİ ilə ABŞ arasında siyasi toqquşmalara gətirib çıxarır[2]. SSRİ-nın 24 yanvar 1939 il Norveçə ünvanladığı notanın məğzi I Pyotr adasının ilk dəfə ruslar tərəfindən kəşf edilməsi ilə əlaqədar idi[3].

1959-cu ildə imzalanmış Antarktika haqqında konvensiyaya görə ada Norveç ərazisi olaraq qalır. 1964 ildə ada yaxınlığında qayıq datmışdır. Xilasediçilər adada ləvazimatlar aşkarlansada ekipajdan əsər-əlamət olmamışdır[4].

22 sentyabr 1979 ildə adada atom bombası sınağının keçirilməsi aşkarlanmışdır. Heç bir ölkə bu sınağı üzərinə almamışdır. 1981-ci ildə növbəti sınaq isə İsrailCAR ilə birlikdə həyata keçirilmişdir.

Əlavə məlumat

[redaktə | vikimətni redaktə et]

Buve adası Antarktidadan 1600 km, Keyptaundan isə 2500 km aralıda yerləşir. Adada meteroloji stansiya fəaliyyət göstərir.

Adada heç kəs qış ayları yaşamamışdır. Üstəlik sahillərində hündürlüyü 490 metrə çatan sıldırımlar vardır. Adaya eniş əsasən helikopterlərlə həyata keçirilir.

Buve adası ali səviyyədə internet domenə sahibdir .bv, hansı ki hələ istifadə edilmir. Şifrə kodu ISO 3166 — 074.

  1. Bouvetøya Arxivləşdirilib 2022-04-17 at the Wayback Machine // Store norske leksikon, 2009, 14. februar. (Yoxlanılıb 4 mart 2014)
  2. "А. Fenenko". 2012-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-31.
  3. "V. V. Lukinin müsahibəsi ("Elm və həyat")". 2014-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-31.
  4. "Antartikanın görməli yerləri". 2012-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-31.