Boris Aleksandrov (bəstəkar)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Boris Aleksandrov
rus. Борис Александров
Ümumi məlumatlar
Doğum tarixi 22 iyul (4 avqust) 1905
Doğum yeri
Vəfat tarixi 17 iyun 1994(1994-06-17)[1][2][…] (89 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası Aleksandr Aleksandrov
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, musiqi pedaqoqu, mahnı yazarı[d], musiqiçi
Təhsili
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Oktyabr inqilabı" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni III dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni "Döyüş xidmətlərinə görə" medalı "Əməkdə fərqlənməyə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Moskvanın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "SSRİ Silahlı Qüvvələri veteranı" medalı "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
1-ci dərəcəli "Stalin" mükafatı SSRİ xalq artisti RSFSR xalq artisti RSFSR əməkdar artisti
Order of 9 September 1944
"Lenin" mükafatı
"Qırmızı bayraq" ordeni
"Stalin" mükafatı Vasilyev qardaşları adına RSFSR Dövlət mükafatı Mixail Qlinka adına RSFSR Dövlət mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boris Aleksandroviç Aleksandrov (rus. Бори́с Алекса́ндрович Алекса́ндров; 22 iyul (4 avqust) 1905, Boloqoye, Novqorod quberniyası[d][3]17 iyun 1994[1][2][…], Moskva[4]) — SSRİRusiya bəstəkarı, xor dirijoru, xormeysteri, müəllimi. Sosialist Əməyi Qəhrəmanı (1975), SSRİ Xalq artisti (1958), "Lenin" mükafatı (1978) və 1-ci dərəcəli "Stalin" mükafatı laureatı (1950). Üç "Lenin" ordeni kavaleri (1949, 1967, 1975). General-mayor (1972).[5]

1943-cü ildən Sov. İKP üzvü. Bəstəkar Aleksandr Aleksandrovun oğludur. 1929-cu ildə Moskva Konservatoriyasını (R. M. Qlierin kompozisiya sinfi üzrə) bitirmişdir. Sovet Ordusu Mərkəzi Teatrında dirijor və musiqi hissəsinin müdiri işləmişdir. 1937-ci ildən Aleksandrovun fəaliyyəti Sovet Ordusu Qırmızıbayraqlı Mahnı və Rəqs Ansamblı ilə bağlıdır. Əvvəllər dirijor, 1946-cı ildən isə (atasının ölümündən sonra) ansamblın bədii rəhbəridir. "Barselonalı qız" (1942) operettasının, "Levpa" (1955) baletinin, bir çox mahnının (o cümlədən "Qələbə nəğməsi", "Yaşasın bizim hakimiyyət") və s. əsərlərin müəllifidir. Xalq mahnılarından, əsasən, Ukrayna xalq mahnı intonasiyalarından istifadə edərək yazdığı "Malinovkada toy" operettası (1937, 1968-ci ildə ekranlaşdırılmışdır) məşhurdur.[6]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Boris Alexandrow // filmportal.de. 2005.
  3. 1 2 Александров Борис Александрович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Catalog of the German National Library (alm.).
  5. Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред. С. Л. Кравец. Т. 1. А — Анкетирование. — М.: Большая Российская энциклопедия, 2005. — 766 с.: ил.: карт.
  6. Александров Борис Александрович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 225.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]