Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı
Office of the High Commissioner for Human Rights
Loqonun şəkli
Ümumi məlumatlar
Yaradılma tarixi 20 dekabr 1993[1]
Baş qərargah
Rəsmi saytı ohchr.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (İHAK) — Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə ilə təmin edilən insan hüquqlarına riayət edilməsinə və qorunmasına nəzarət edən qurumu. Mişel Baçelet 1 sentyabr 2018-ci il tarixindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarıdır.[2]

Bu komissarlıq 1993-cü ildə BMT Baş Məclisi tərəfindən yaradılmışdır.[3]

28 iyul 2008-ci ildə Baş Assambleya BMT-nin Baş katibi Pan Gi Munun Navanethem Pillayın (Cənubi Afrika) BMT-nin İnsan Hüquqları üzrə yeni Ali Komissarlığına təyin edilməsi təklifini səsvermədən təsdiqləmişdir. Onun dörd illik səlahiyyət müddəti 1 sentaybr 2008-ci ildə başlamışdır. Müddət bitdikdən sonra onun mandatı 1 sentyabr 2012-ci ildən başlayaraq daha iki il müddətinə uzadılmışdır.

1 iyul 2004-cü ildən 2008-ci il iyunun 30-dək Luiz Arbor (Kanada) Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı olmuşdur. Onun sələfi Serjiu Vieyra di Mello (Braziliya) 19 avqust 2003-cü ildə BMT-nin İraqdakı missiyasının rəhbəri vəzifəsini yerinə yetirərkən Bağdad şəhərində yerləşən BMT ofisində törədilən partlayış nəticəsində həlak olmuşdur.

  1. UN Office of the High Commissioner for Human Rights.
  2. "OHCHR | High Commissioner". 13 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2018.
  3. "Brief history". 8 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]