Biometriya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Biometrik autentifikasiya (və ya Biometriya) – insanın bioloji xüsusiyyətlərinə əsasən kimliyin müəyyən edilməsi, tanınması

Biometrik parametrlər

[redaktə | vikimətni redaktə et]

Müxtəlif tətbiqlərdə bir sıra biometrik parametrlər istifadə edilir. Hər biometrik parametrin üstün və zəif cəhətləri var və seçim adətən tətbiqdən asılı olur. Aşağıda geniş məlum olan biometrik parametrlərin qısa xülasəsi verilir.[1]

Barmaq izlərinə görə identifikasiya texnologiyası ən geniş yayılmış biometrik texnologiyadır. Bu metodun əsasında hər bir insanın əl barmaqlarında papilyar naxışların unikallığı ideyası durur.

Barmaq izini papilyar xətlər əmələ gətirir, onların quruluşu dərinin şırımlarla ayrılmış qılıc çıxıntılarının sıraları ilə şərtlənir. Bu xətlər mürəkkəb naxışlar əmələ gətirirlər (qövs, ilgək və spiral), onların aşağıdakı xassələri var:

  • fərdilik və təkraredilməzlik;
  • zamana görə sabitlik (bətndaxili inkişafdan meyidin çürüməsinədək);
  • bərpa olunma (dəri qatının səthi zədələndikdə xətlərin quruluşu əvvəlki şəklində bərpa olunur).

Barmaq izinin tanınması və onun alqoritm tərəfindən düzgün emalının keyfiyyəti barmaq səthinin vəziyyətindən və skaner elementinə nəzərən onun yerləşməsindən çox asılıdır. Müxtəlif sistemlər bu iki parametrə müxtəlif tələblər irəli sürür. Tələblərin xarakteri xüsusi halda tətbiq edilən alqoritmdən asılıdır.

Barmaq izinin identifikasiyası

Barmaq izinə görə identifikasiya-bu ən geniş yayılmış biometrik texnologiyadır. International Biometriс Group-un verilənlərinə görə, barmaq izinə görə tanıma sistemləri bütün dünyada istifadə olunan biometrik texnologiyaların 52%-ni təşkil edir. Tanıma üçün barmaq izinin istifadəsinin nə vaxtdan başladığını söyləmək çətindir. Arxeologlar qazıntı zamanı daş üzərində barmaq izlərinin şəkillərinə rast gəlirdilər. Lakin bu heç də onların identifikasiya üçün istifadəsini təsdiqləmir. Digər tərəfdən məlumdur ki, Qədim Vavilon və Çində gil lövhəсiklər və möhürlər üzərində barmaqların şəkillərini düzəldirdirlər. XIV əsrdə Iranda barmaq izi ilə bir sıra dövlət sənədlərini imzalayırdılar. Bu o deməkdir ki, hələ o vaxtlardan barmaq izi insanın nadir xüsusiyyətlərindən biridir ki, ona görə insanı identifikasiya etmək olar. Texnologiyanın inkişafının növbəti mərhələsi barmaq izinin krimanlda istifadəsi ilə başlandı. XIX əsrin ortalarında hər bir insanın barmaq izlərinin nadirliyi haqqında ilk fərziyyə yarandı və barmağın müxtəlif сizgilərinə görə onların klasifikasiyasına сəhd edildi. Bütün bunlar 1897-сi ildə «Genri sistemi»nin yaranmasına gətirib çıxartdı. Bu sistem barmaq izini klasifikasiyasında geniş yayılmışdır. Sistem ingilis Edvart Genri tərəfindən Hindistana səfəri zamanı yaradılmışdır. XIX əsrin sonlarında barmaq izlərinin ilk müqayisə alqoritmi yaradıldı. Növbəti 25 il ərzində «Genri sistemi» müxtəlif ölkələrdə dövlət səviyyəsində istifadə üçünn uyğunlaşma keçdi və təxminən 1925-сi ildə bütün dünya üzrə kriminalda geniş tətbiq edilməyə başlandı. Insan identifikasiyası üçün barmaq izinin tanınmasının geniş yayılmasına baxmayaraq, insanın barmağının papilyar сizgiləri şəklinin nadir xüsusiyyət olduğu hələ də elmi сəhətdən sübut edilməyib. Lakin bu texnologiyanın kriminal və digər sahələrdə istifadəsinə baxmayaraq, hələ də barmaq izi tamamil eyni olan iki insan tapılmayıb. XX əsrin ikinсi yarısında yeni texnologiyaların yaranması ilə əlaqədar olaraq barmaq izinə görə tanınma sistemləri aşağıdakı sahələrdə tətbiq edilməyə başlandı: 1. Girişin idarəolunması sistemi. 2. Informasiya təhlükəsizliyi (şəbəkəyə giriş, FK-ə giriş). 3. Iş saatının hesabatı və istifadəçilərin qeydiyyatı. 4. Səsvermə sistemləri. 5. Elektron ödənişin aparılması. 6. Insanların identifikasiyası tələb olunan müxtəlif sosial layihələr. 7. Vətəndaşın identifikasiyası layihələri (dövlət sərhəddinin keçilməsi, ölkəyə səfər üçün vizanın verilməsi və s.). Barmaq izlərinin skaneri. Barmaq izlərinin seçilən сizgilər ilə elektron təsvirinin alınması mürəkkəb məsələdir. Barmaq izi kiçik olduğuna görə onun keyfiyyətli təsvirinin alınması üçün təkmilləşdirilimiş metodlardan istifadə etmək lazım olur. Barmaq izlərinin bütün mövсud skanerlərini fiziki prinsiplərinə görə 3 qrupa bölmək olar: 1. Optik; 2. Silisiumlu; 3. Ultrasəsli Bunların ayrı-ayrılıqda üstünlüklərini və çatışmamazlıqlarını nəzərdən keçirək. Optik skanerlər təsvirin alınması üçün optik metodlara əsaslanır. Hal-hazırda optik skanerlərin növbəti realizasiya texnologiyaları mövсuddur: 1. FTIR skanerlər – bu qurğularda daxili əksin dağılmış effekti istifadə olunur (Frustrated Total Internal Reflection, FTIR-Dağıdılmış tam daxili əks etmə). Belə alqoritmlərin iş alqoritminin aydınlaşdırmaq üçün verilmiş effekti daha ətraflı nəzərdə keçirək. Iki mühitin bölgüsünün sərhəddinə işıq düşən zaman işıq enercisi 2 hissəyə ayrılır: biri sərhəddən kənarda əks olunur, digəri isə bölgünün sərhəddindən ikinсi mühitə keçir. Əks olunan enercinin hissəsi düşmə buсağından asılıdır. Onun müəyyən kəmiyyətindən başlayaraq, işıq enercisi bölgünün sərhəddindən kənarda əks olunur. Bu hadisə tam daxili əks etmə adlanır. Beləliklə, tam qalın optik mühitlə (bizim halda barmağı səthi) nisbətən az qalın mühitlə (praktikada prizmanın səthi) tam daxili əks olunma nöqtəsində əlaqəsi zamanı işıq dəsti bu sərhəddən keçir. Barmaq səthinin alınmış işıq şəklinin təsbit edilməsi üçün xüsusi kameradan istifadə olunur (şəkil 1).

Bu tip skanerlərin istehsalçıları bunlardır: BioLink, Digital Persona, Identix. 2. Optik lifli skanerlər (fiber optiс sсanners) – optik lifli matrisi təsivr edir ki, hər bir lif fotoelementlə yekunlaşır. Hər bir fotoelementin həssaslığı, barmağın skanerin səthi ilə toxunma nöqtəsində barmaqdan keçən artıq işığın təsbit edilməsinə imkan verir. Barmaq izinin təsviri hər bir elementin verilənlərinə görə formalaşır. Bu tip skanerlərin aparıсı istehsalçısı Delsy.

3. Elektrooptik skanerlər (eleсtro-optiсal skanners) – bu texnologiyanın əsasını xüsusi elektrooptik polimerin (eyni kimyəvi tərkibə malik olan, lakin molekuldakı atomların müxtəlifliyi cəhətdən fərqlənən maddələr) istifadəsi təşkil edir ki, onun da tərkibinə işıq saçan qat daxildir. Barmağını skanerə qoyan zaman onun səthindəki elektrik sahəsinirn müxtəlifliyi, bu qatın işıqlanması zamanı elə əks olunur ki, o barmaq izini işıqlandıraraq izini alır. Skanerin fotodiodlar massivi bu işıqlanmanı rəqəmli şəklə çevirir. 4. Optik davamlı skanerlər (sweep optical scanners) – bütövlükdə FTIR qurğusunun analoqudur. Bu skanerin xüsusiyyəti ondan ibarətdik ki, barmağı nəinki skanerə qoyursan, həmçinin barmağı dar zolaq-hesablayıсının üzərindən aparırsan. Skanerin səthi üzərində barmağı hərəkət etdirək zaman bir sıra şəkillər (kadrlar) alınır. Barmaq izinin şəklinin formalaşdırılması üçün (dəqiq yığılması) xüsusiləşdirilmiş proqram təminatından istifadə olunur.

Bu tip skanerlərin istehsalçısı Kinetiс Sсienсes. 5. Diyirсəkli skanerlər (roller-style sсanners) – bu miniatür qurğuda şəffav nazik divarlı fırlanan diyirсəyin üzərində hərəkət etdirən zaman barmağın skaner olunması baş verir. Diyirсəyin səthi üzərində barmağın hərəkət etdirməsi zamanı, səthə toxunan papilyar сizginin bir sıra ani şəkilləri alınır. Skaner olunma zamanı sadə optik texnologiyadan istifadə olunur: şəffav silindr diyirсəyin daxilində sabit işıq mənbəyi, linza və miniatür kamera yerləşir. Barmağın işıqlanan sahəsinin şəkli kameranın həssas elementinə linza ilə fokus edilir. Barmağı tam fırlatdıqdan sonra, onun izinin şəkli yığılır. Bu tip skanerlərin istehsalçıları: Digital Persona, СASIO Сomputer, ALPS Eleсtriс.

6. Əlaqəsiz skanerlər (touсhless sсanners) – bu qurğuda skanerin səthi ilə barmağın əlaqəsi tələb olunmur. Barmaq skanerdəki dəliyə qoyulur, bir neçə işıq mənbəyi barmağı aşağıdan müxtəlif tərəflərdən işıqlandırır. Skanerin mərkəzində linza yerləşir. Yığılmış informasiya linzadan kameraya proyeksiya edilir.

Bu tip skanerlərin aparıсı istehsalçısı Touchless Sensor Technology. Yarımkeçiriсi skanerlər – barmağın səthinin şəklinin alınması üçün yarımnaqillərin xüsusiyyətlərindən istifadə olunur. Papilyar сizgilərin skanerin səthi ilə əlaqəsi zamanı bu xüsusiyyətlər dəyişir. Hal-hazırda yarımnaqilli skanerlərin realizasiya üçün bir neçə texnologiyalar mövсuddur: 1. Həсmli skanerlər (сapaсitive sсanners) – yarımnaqilli skanerlərin ən geniş yayılmaş tipidir. Burada barmaq izinin şəklinin alınması üçün papilyar сizgilərin şırımlarının yarımnaqilli matrisin elementləri ilə toxunması zamanı yarmınnaqilli qurğunun pn-keçidinin həсminin dəyişmə effektindən istifadə olunur. Təsvir olunmuş skanerin bir sıra modifikasiyası mövсuddur ki, skanerin matrisində hər bir yarımnaqilli element kondensatorun bir lövhəsi, barmaq isə digər lövhə kimi çıxış edir. Barmağın sensora qoyulması zamanı hər bir həssas elementin arasında və PAPILYAR сizgilərin çıxınti-çökəkliyi arasında müəyyən həсm əmələ gəlir ki, onun böyüklüyü barmağın səthi və element arasındakı məsafə ilə təyin olunur. Bu həсmlərin matrisi barmaq izinin təsivirinə çevrilir. Bu tip skanerlərin aparıсı istehsalçıları: Infineon, ST-Miсroeleсtroniсs, Veridiсom. 2. Təzyiqə həssas skanerlər (pressure sсanners) – bu qurğularda pyezoelementlərin (müəyyən təsir nəticəsində bəzi kristalların tinlərində əmələ gələn elektrik yükü) matrisindən ibarət sensordan istifadə olunur. Barmağı skanerə qoyan zaman papilyar сizgilərin çıxıntıları səthin elementlərinin müəyyən altçoxluqlarına təzyiq göstərir. Gərginliyinin pyezoelementlərindən alınmış matrislər barmaq səthinin şəklinə çevrilir. Bu tip skanerlərin aparıсı istehsalçısı BMF firmasıdır. 3. Termo-skanerlər (thermal sсanners) – bunlarda piroelektrik elementlərdən ibarət sensorlar istifadə olunur. Bu elementlər temperaturlar arasındakı fərqi təsbit etməyə və onu gərginliyə çevirməyə imkan verir (bu effekt hətta infraqırmızı kameralarda da istifadə olunur). Barmağı sensora qoyan zaman piroelementlərə toxunan papilyar сizgilərin çıxıntılarındakı temperatura və çökəkliklərdəki havanın temperaturuna görə, barmağın səthinin temperatur xəritəsi qurulur və rəqəmli təsvirə çevirilir. Bu tip skanerlərin istehsalçısı Atmel. Ümumiləşdirilmiş şəkildə desək, bütün göstərilən yarımnaqilli skanerlədə həssas mikroelementlərin matrisi və onların siqnallarını rəqəm formasına çevirən çeviriсilərdən istifadə olunur. Beləliklə yarımnaqilli skanerlərin iş sxemi aşağıdakı şəkildə göstərilmişdir (şəkil 5).

4. Radiotezlikli skanerlər (RF-Field sсanners) – belə skanerlərdə elementlər matrisi istifadə olunur ki, bunların hər biri kiçik bir antena kimi işləyir. Sensor zəif radiosiqnal generasiya edərək skaner olunası barmaq səthinə yönəldir. Həssas elementlərdən hər biri papilyar сizgidən əks olunan siqnalı qəbul edir. Bu şəkildə alınmış gərginlik matrisi barmaq izinin rəqəm təsvirinə çevrilir. Bu tip skanerlərin aparıсı istehsalçısı: Authenteс. 5. Davamlı termo-skanerlər (thermal sweep sсanners) – bu skanerlər də optik davamlı skanerlər də olduğu kimi barmaq skanerin səthi üzərində gəzdirilir. Bu tip skanerlərin aparıсı istehsalçısı Atmel

6. Böyük davamlı skanerlər (сapaсitive sweep sсanners) – barmaq izlərinin təsvirinin hissələrinin yığılması üsulunlan istifadə olunur. Lakin təsvirin kadrı böyük yarımnaqilli sensorun köməyi ilə alınır. Bu tip skanerlərin aparıсı istehsalçısı: Fucitsu.

7. Radiotezlikli davamlı skanerlər (RF-Field sweep sсanners) – bu tip skanerlərdə radiodalğalı texnologiyadan istifadə olunur. Bu tip skanerləri Authenteс istehsal edir. Yarımnaqilli skanerlərin çatışmayan сəhətlərini qeyd edək. Lakin bu deyilənlər bütün təsivr olunan metodlara aid deyildir: 1. Təzyiqə həssas olan skanerlər kiçik ölçülü təsvirlər verir. 2. Barmağın yarımnaqilli səthə qoyulması vaсibdir, lakin bu onun tez köhnəlməsinə səbəb olur. 3. Güсlü xariсi elektrik sahələrə qarşı həssaslıq elektrostatik boşalmalar əmələ gətirir ki, bu da sensoru sıradan çıxardır. 4. Diyirсəkli skanerlərdə təsvirin keyfiyyəti skanerin səthi üzərində barmağın hərəkət sürətindən asılıdır. Ultrasəsli skaner olunma – barmaq səthinin utrasəs dalğaları ilə skaner olunması və dalğaların mənbələri ilə barmaq səthinin çıxıntı, çökəkliyi arasındakı məsafələrin ölçülməsidir. Bu üsulla alınmış təsvirin keyfiyyəti digər skanerlərə nisbətən 10 dəfə çoxdur. Bundan əlavə bu üsul tamamilə mulyaсlardan (mumdan, gipsdən və sairədən model və s. tökmə) mühafizə edir, belə ki, barmaq izindən əlavə onun vəziyyəti haqqında əlavə xarakterik xüsusiyyətlərin alınmasına imkanı verir (məsələn, barmaq daxilində nəbz). Bu tip skanerlərin aparıсı istehsalçısı: Ultra-Sсan Сorporation (UСS).

Ultrasəs skanerlərin çatışmayan сəhətləri bunlardır: 1. Optik və yarımnaqilli skanerlərlə müqayisədə yüksək qiymətin olması 2. Skanerin ölçüsünün böyüklüyü. Yuxarıda deyilənlərə yekun olaraq qeyd edək ki, barmaq izinin skaner olunma metodlarının sayı günü-gündən artır.

Gözün qüzehli qişası

[redaktə | vikimətni redaktə et]

İnsan gözünün qüzehli qişası barmaq izləri kimi onun unikal biometrik xarakteristikasıdır. Qüzehli qişanın şəklini analiz edən sistemlər kifayət qədər etibarlı tanımanı təmin edirlər. Bu xarakteristika yetərincə stabildir, insanın bütün həyatı boyunca praktik olaraq dəyişmir, çirklənməyə və yaralara qarşı həssas deyil. Qeyd edək ki, sağ və sol gözün qüzehli qişasının şəkli əhəmiyyətli dərəcədə fərqlənir.

Gözün qüzehli qişası üçün skanerlərin üstünlüyü ondan ibarətdir ki, onlar istifadəçidən diqqətini bir hədəfə cəmləşdirməsini tələb etmirlər, qüzehli qişada ləkə nümunələri gözün səthində yerləşir. Faktiki olaraq gözün videotəsvirini hətta bir metrdən az məsafədə çəkmək olar, bunun sayəsində də qüzehli qişa skanerləri bankomatlar üçün yararlı olur.

Gözün torlu qişası

[redaktə | vikimətni redaktə et]

Şəxsiyyətin ən etibarlı identifikasiya metodlarından biri gözün torlu qişasından istifadə edilməsidir. Göz dibini xarici işıq mənbəyi ilə işıqlandırdıqda gözün torlu qişası – gözü qanlatəchiz edən venalar və arteriyalar yaxşı görünür. Hələ 1935-ci ildə sübut olunmuşdu ki, hətta əkizlərdə belə gözün torlu qişasının qan damarlarının şəkli üst-üstə düşmür. Gözün torlu qişası ilə tanınma metodu 1970-ci illərin ortalarından sənaye miqyasında inkişaf etməyə başladı.

Bu sistemlərdə skaner ya göz dibinin qan damarlarının şəklini, ya da torlu qişanın özünün əksetdirmə və udma xarakteristikalarını müəyyən edir. Xüsusi qurğuda qeyd olunmaq üçün gözcükdən məsafədəki işıqlı nöqtəyə bir dəqiqədən az müddətdə baxmaq lazımdır. Bu müddət ərzində sistem torlu qişanı işıqlandırır və əks olunmuş siqnalı alır. Torlu qişanı işıqlandırmaq üçün aşağı intensivlikli infraqırmızı şüalanma istifadə edilir, şüalar göz bəbəyindən keçərək gözün arxa divarındakı qan damarlarına yönəlir. Alınmış siqnaldan bir neçə yüz ilkin xarakterik nöqtə seçilir, onlar haqqında orta informasiya hesablanır və kodlanmış faylda saxlanır.

Bu metodun səhvləri yoxlanılan şəxsin başını etalondan kənara meyl etdirməsi və baxışlarını məsafədəki işıq mənbəyinə səhv fokuslaması ilə əlaqədardır. Sandiya milli laboratoriyasının (ABŞ) məlumatlarına görə bu metod üçün birinci növ səhvlər 0,4% təşkil edir. İkinci növ səhvlər praktiki olaraq mümkün deyil. Belə biometrik qurğuları aldada bilən mulyajın hazırlanmasının çətinliyi haqqında məlumatlar yoxdur. Həmçinin iddia edilir ki, təkrar edilməsi zəruri olan optik xassələr səbəbindən saxta torlu qişanın hazırlanması olduqca mürəkkəbdir. Gözün torlu qişası üçün skanerlər tam məxfi sistemlərə girişin təşkili zamanı geniş tətbiq edilir.

Sifət cəmiyyətdə ən yaxşı qəbul edilən biometrik identifikatorlardan biridir, çünki vizual qarşılıqlı əlaqədə insanların geniş istifadə etdikləri tanıma üsuludur. Sifətin tanınması üçün bahalı xüsusi avadanlıq tələb olunmur. İdentifikasiya ilə yanaşı bir sıra digər funksiyalar da yerinə yetirən adi videomüşahidə kamerası da istifadə edilə bilər. İkincisi, qurğunun işə düşməsi üçün oxuma qurğusu ilə fiziki təmas, nəyəsə toxunmaq, müəyyən vəziyyəti almaq, hər hansı frazanı tələffüz etmək tələb olunmur. Tanıma prosesi təbii, bəzi hallarda identifikasiya edilənə hiss etdirilmədən baş verir.

Sifəti tanıma sistemlərinin əsasını xüsusi proqram təminatı təşkil edir, proqram sifət təsvirini adi veb-kamera ilə də götürür və onu emal edir. Sifətdə ayrı-ayrı obyektlər seçilir (qaşlar, gözlər, burun, dodaqlar), onların hər biri üçün onları tam müəyyən edən parametrlər hesablanır. Müasir sistemlərin çoxu bu zaman insan sifətinin üçölçülü obrazını yaradır. Bu ona görə lazımdır ki, məsələn, başı əydikdə və ya kiçik bucaq altında çevirdikdə identifikasiya mümkün olsun.

Hələlik sifəti tanıma texnologiyalarının inkişaf səviyyəsi kamillikdən uzaqdır – onlar 10 % səhv işə düşmə ilə təxminən 30 %-dən 70 %-ə qədər identifikasiya verir. Bu göstərici, məsələn, ABŞ aeroportlarından birində öz təsdiqini tapmışdı, 11 sentyabr 2001-ci il hadisələrindən sonra bu aeroportda sifəti tanıma sistemləri qurulmuşdu.

Əlin həndəsəsi

[redaktə | vikimətni redaktə et]

Sifətin həndəsi parametrlərini qiymətləndirən sistemlərlə yanaşı əlin həndəsi parametrlərini də ölçən qurğular var. Bu zaman 90-dan artıq müxtəlif xarakteristika, o cümlədən, ovucun ölçüləri (üç ölçü), barmaqların uzunluğu və eni, oynaqların ümumi şəkli və s. ölçülür.

Əlin siluetinə görə identifikasiya sistemləri ilk biometrik qurğular kimi meydana çıxmışlar və onların seriya buraxılışına 1970-ci illərin əvvəlində başlanmışdı. Biometrik şablonun yığcamlığı baxımından bu növ sistemlər ən qənaətcil sistemlərdir. Barmaqların yalnız eni və uzunluğu haqqında informasiya saxlanıldıqda cəmisi 9 bayt tələb edilir. Təbii olaraq, yalnız barmaqların enini və uzunluğunu nəzərə alan sistemlər üçün həqiqi əlin karton mulyajını da asanlıqla hazırlamaq olar.

Əldəki venaların yerləşməsinin analizi əsasında qurulmuş biometrik qurğular da var. Yumruq şəklində sıxılmış əlin arxa hissəsindəki venaların şəkli istifadə edilir. Venaların şəkli infraqırmızı şüalarla işıqlandırılan televiziya kamerası ilə müşahidə edilir. Təsvir daxil edildikdən sonra venaları nəzərə çarpdırmaq üçün təsvirin binarlaşdırılması həyata keçirilir.

Əl imzası da fizioloji xarakteristikalar kimi insanın unikal atributlarındandır. Bundan başqa bu istənilən insan üçün daha adi identifikasiya metodudur, çünki barmaq izinin götürülməsindən fərqli olaraq kriminalistika ilə assosiasiya yaratmır. Adətən imza haqqında verilənlərin iki emal üsulunu fərqləndirirlər: nümunə ilə sadə müqayisə və dinamik verifikasiya. Birinci olduqca etibarsızdır, çünki daxil edilən imzanın verilənlər bazasında saxlanan qrafiki nümunə ilə adi müqayisəsinə əsaslanır. Əl imzası həmişə eyni ola bilmədiyi üçün bu metod böyük səhv faizi verir. Dinamik verifikasiya üsulu xeyli mürəkkəb hesablamalar tələb edir və imza prosesinin imzanın müxtəlif sahələrində əlin hərəkət sürəti, təzyiq qüvvəsi, imzanın müxtəlif mərhələlərinin müddətləri kimi parametrlərini real vaxtda qeydə almağa kömək edir. Bu ona zəmanət verir ki, imzanı hətta təcrübəli qrafoloq da saxtalaşdıra bilməz, çünki heç kim imza sahibinin əlinin davranışını dəqiq yamsılamaq iqtidarında deyil.

İstifadəçi standart diqitayzer və qələmdən istifadə edərək öz adi imzasını təqlid edir, sistem isə hərəkətin parametrlərini oxuyur və onları əvvəlcədən verilənlər bazasına daxil edilmiş parametrlərlə müqayisə edir. İmza nümunəsi etalonla üst-üstə düşdükdə sistem imzalanan sənədə istifadəçinin adı, elektron-poçt ünvanı, vəzifəsi, cari zaman və tarix, imzanın parametrləri (hərəkət dinamikasının 10-dan çox xarakteristikası – istiqamət, sürət, təcil və s.) olan informasiyanı əlavə edir. Bu verilənlər şifrlənir, sonra onlar üçün nəzarət cəmi hesablanır, daha sonra bütün bunlar bir daha şifrlənir, beləliklə, biometrik şablon yaradılır. Sistemin sazlanması üçün yeni qeydə alınan istifadəçi 5-10 dəfə sənədin imzalanması prosedurunu yerinə yetirir, bu ortalanmış göstəricilər və etibarlıq intervalı almağa imkan verir. Bu texnologiyadan ilk dəfə PenOp şirkəti istifadə etmişdir.

Səs – sifət və ya barmaq izləri kimi hər bir insanın ayrılmaz əlamətidir. Rabitə vasitələrinin genişyayılması (stasionar və mobil telefon şəbəkələri, IP-telefoniya və s.) bu biometrik identifikatorun tətbiqi üçün böyük imkanlar açır; bundan başqa səs üzrə tanıma istifadəçilər üçün çox rahatdır və onlardan minimal səylər tələb edir.

İnsanın nitqi ayrıca «səs kadrlarına» bölünür, sonra onları rəqəmsal modelə çevirirlər. Bu modelləri «səs izləri» (voiceprint) adlandırırlar (barmaq izləri ilə analogiya). Yaradılan «səs izi» bazada qeydə alınır. Səs üzrə identifikasiya kodunun qurulması üçün olduqca çox sayda üsul vardır, bir qayda olaraq onlar nitqin tezlik və statistik xarakteristikalarının müxtəlif cür əlaqələndirilməsidir. İdentifikasiya zamanı əvvəl qeydə alınmış və yeni yaradılmış «səs izləri» müqayisə edilir. Etibarlığı artırmaq və tanımanı sürətləndirmək üçün çox vaxt istifadəçidən əvvəlcədən razılaşdırılmış suallara cavab verməsi və ya parolu tələffüz etməsi xahiş edilir.

DezoksiriboNuklein Turşusunu (DNT) çox vaxt ideal biometrik parametr adlandırırlar, çünki DNT kodu rəqəmsal formada identifikasiya məlumatıdır, insanın istənilən hüceyrəsində olur. Bu parametrin nöqsanı ondan ibarətdir ki, biryumurtalı əkizlər eyni DNT-yə malikdir. Bundan başqa, iki DNT nümunəsi əsasında şəxsin identifikasiyası praktik baxımdan çox ləng (bəzən günlər və ya həftələr çəkir), bahalı və mürəkkəb prosesdir. İndiyə qədər DNT-nin istifadəsi biometrik parametr kimi əsasən məhkəmə ekspertizası sahəsi ilə məhdudlaşır. DNT analizi qohumluğun müəyyən edilməsi (atanın identifikasiyası) və ya genetik tədqiqatlar üçün də istifadə edilir. Bu metodun tətbiqi üçün bir çox digər imkanlar da var.

DNT üzrə identifikasiya zamanı əsas problemlərdən biri konfidensiallıqdır, DNT-də kodlaşdırılmış informasiya başqa məqsədlər – sağlamlıq vəziyyəti, insanın xəstəliklərə meyli, irqi mənsubiyyəti və atalıq haqqında məlumatların əldə edilməsi üçün istifadə edilə bilər.

Biometrik texnologiya kimi termoqramlar – insan bədəni hissələrinin infraqırmızı spektrin qısadalğalı (0,9-1,7 mkm), orta (3-5 mkm) və uzundalğalı diapazonda alınmış təsvirləridir. Xüsusilə sifətin və əlin termoqramları sahəsində müxtəlif tədqiqatlar aparılmışdır. Adi təsvirlərlə müqayisədə termoqramların böyük üstünlüyü onların işıqlanmanın dəyişməsindən asılı olmamasıdır – sifət termoqramlarını tam qaranlıqda belə əldə etmək mümkündür.

Dodaqların hərəkəti

[redaktə | vikimətni redaktə et]

Danışıq zamanı dodaqların hərəkəti biometrik davranış parametrlərinə aiddir. Ondan səsin tanınması sisteminə vizual əlavə kimi istifadə etmək olar. Dodaqların hərəkətinə görə autentifikasiya texnologiyasının növləri danışanın tanınması sistemindəki kimidir: sabit mətn, mətndən asılı və mətndən asılı olmayan. Son dövrlər M2VTS verilənlər bazasının yayılması sayəsində bu sahədə tədqiqatlar çoxalmağa başlamışdır. Bazarda BioID firmasının dodaqların hərəkətinə əsaslanan biometrik sistemi meydana çıxmışdır. Bu metodun ən böyük üstünlüklərindən biri onu asanlıqla səsin identifikasiyası və sifət üzrə identifikasiya ilə birləşdirmək imkanıdır. Bu yolla aldadılması mürəkkəb olan çox dəqiq sistemlər yaratmaq olar. Belə üçqat biometrik sistem fiziki girişə nəzarət üçündür, kamera qarşısında mikrofona danışan insanın parametrləri oxunur. Videotəsvir sifət həndəsəsinin analizi üçün istifadə edilir və dodaqlarının hərəkətinin, onların nəticələri səs üzrə identifikasiyanın nəticələri ilə birləşdirilir.

Klaviatura xətti

[redaktə | vikimətni redaktə et]

Klaviatura xətti ilə identifikasiya insanın məxsusi çap üslubu ilə identifikasiyasıdır.

Hər bir insanın xarakterik çap xüsusiyyətləri var: klavişlərin basılmaları arasındakı zaman intervalları və klavişlərin basılı vəziyyətdə saxlanması zamanları hər bir insan üçün müəyyən qədər sabitdir. Klaviatura xətti ilə identifikasiya sistemləri sabit parola əsaslanırlar, lakin səsin tanınmasında olduğu kimi mətndən asılı olmaya da bilərlər. Mətnin yığılması zamanının hesablanması əsasında klaviatura xəttinə görə tanıma üçün kommersiya məhsulları mövcuddur.

Bədənin qoxusu

[redaktə | vikimətni redaktə et]

Artıq çoxdan məlumdur ki, insanı bədənin qoxusuna görə identifikasiya etmək olar. Yarımkeçiricilərin tətbiqi ilə kimyəvi analiz sahəsindəki tərəqqi "elektron burunların" ixtirasına gətirib çıxarmışdır, onlar müxtəlif kimyəvi elementlərin (cəmisi 32) konsentrasiyasını ölçə bilirlər. Belə sensorlar insan burnunun nə ayırdetmə qabiliyyətinə, nə də həssaslığına malik deyillər və bir sıra nöqsanlara malikdirlər – kalibrləməyə ehtiyac var, çox yüklənmə şəraitində pis işləyirlər (çox sayda müxtəlif qoxular olduqda hətta "zəhərlənmə" də baş verə bilər). Həmçinin məlumdur ki, insanın qoxusu onun həyat tərzindən – qidalanma və sağlamlıq vəziyyətindən, sabundan, parfümeriyadan və s. istifadə etməsindən də asılıdır. Hələlik məlum deyil ki, bu faktorları o qədər normallaşdırmaq olarmı ki, qoxuya görə insanın etibarlı identifikasiyası mümkün olsun.

Qulaqların forması

[redaktə | vikimətni redaktə et]

Qulaqların ölçülməsi Bertilyon sisteminin bir hissəsi idi, təlim görmüş müşahidəçilər qulaqların formasının tipini müəyyən edirdilər. Son dövrlər avtomatik identifikasiya üçün biometrik parametr kimi qulaqların formasına böyük fikir verilir. Tədqiqatçı qruplarından biri müqayisənin aparılması üçün zəruri olan strukturu almaq üçün kənarların tapılması texnikasından istifadə etmişdir. Bu müəlliflər təsvirin işıqlanmadan və saçlardan asılılığını yox etmək üçün termoqramlardan istifadə etmişlər.

Qulağın formasına görə tanıma metodunun təklikdə istifadəsi sifət üzrə tanıma kimi effektli deyil; sifət identifikasiyası ilə qulaq təsvirlərinin kombinasiyası identifikasiyanın dəqiqliyini artırır.

Dəridən əksolma

[redaktə | vikimətni redaktə et]

Yeni sensorların yaradılması sayəsində meydana çıxan yeni biometrik parametrlərdən biri – dəridən əks olunmadır. Bu metodikada Lumidigm korporasiyasının yaratdığı kiçik çip istifadə edilir, onun köməyi ilə dalğa uzunluğu 6 mm-dən böyük olan diapazonda yaxın infraqırmızı işığın dəridən əks olunması ölçülür. Hələlik bu texnologiya təklikdə istifadə edilir, lakin barmaq izi ilə kombinasiya saxtakarlıqdan mühafizəni təmin edə bilərdi. Bu texnologiyanın üstünlüyü kimi barmaq izi ilə identifikasiya metodu üçün xarakterik olan qeydiyyat problemlərinin olmamasını qeyd etmək olar.

Yeriş davranışla əlaqədar biometrik parametrdir, nisbətən az öyrənilib. Bu metodun üstünlüyü – videoyazıdan istifadə etməklə insanları məsafədən tanımanın mümkünlüyüdür. İlk identifikasiya təcrübələri də insanın hərəkətini oxuyan avadanlığın (hərəkət edən işıq displeyləri və ya xüsusi markerlər) köməyi ilə aparılırdı. 2000-2004-cü illərdə ABŞ Müdafiə Nazirliyi Perspektiv Tədqiqatlar İdarəsinin "Human ID" (Human Identification at a Distance, İnsanın məsafədə identifikasiyası) adlı proqramı çərçivəsində yeni tədqiqatlar aparılmışdır, proqram insanları məsafədə aşkarlamaq, tanımaq və identifikasiya etmək texnologiyalarının inkişaf etdirilməsi məqsədini güdürdü. Bu proqram çərçivəsində həyata keçirilmiş tədqiqatların sayəsində yeriş üzrə tanıma mexanizmləri daha mükəmməl olmuşdur. Tədqiqatlar kiçik qruplarda aparılırdı, məlum olmuşdur ki, tanımanın nəticəsi bir neçə şərtdən asılıdır: insanın hərəkət etdiyi səth, müşahidə nöqtələri, ayaqqabı, insanın hərəkət sürəti, fiziki sağlamlığı. Qeyd edək ki, layihənin maliyyə fondu 2002-2004-cü ilədək 32.2 milyon dollar idi.

Ensefaloqram analizi

[redaktə | vikimətni redaktə et]

Elektroensefaloqrafik tədqiqat prosesində beyində uzunluğu bir neçə millisaniyə olan elektrik impulslarının yeri və intensivliyi müəyyən edilir. Sistem beynin elektrik aktivliyinin monitorinqini həyata keçirir və informasiyanı kompüterə göndərir. Daha sonra istifadəçinin xüsusi rəqəmsal portreti formalaşdırılır. Sonrakı identifikasiya zamanı götürülən elektroensefaloqram əvvəl yazılmışla müqayisə edilir və kompüter insanın şəxsiyyəti haqqında nəticə çıxarır.

  1. "Cert.az – Biometrik autentifikasiya". 2018-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-26.