Bataqlıq qurucası
Bataqlıq qurucası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Bataqlıq qurucası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bataqlıq qurucası (lat. Gnaphalium uliginosum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin quruca cinsinə aid bitki növü.
Botaniki xarakteristikası
[redaktə | mənbəni redaktə et]Birillik bitkidir. Kökləri nazik və mildir. Gövdəsi nazik (1 mm) hündürlüyü 5-15 (30) sm, adətən əsasından budaqlanan, azca qalxan, topaşəkilli, keçəyəbənzər sarımtıl tükcüklüdür. Yarpaqları sarımtıl tükcüklü, növbəli, kürəkşəkilli-xətti olub, əsası daralmışdır. Səbət çiçək qrupunda toplanmaqla, uzunluğu 4 mm, eşilmiş möhkəm dəstələrdən ibarət olub, budağın sonunda yerləşmişdir. Burulmuş yarpaqları qonur, kənarları pərdəyəbənzər haşiyəlidir. Bütün çiçəkləri borulu, sarımtıl olub, 8-10 səbətdən ibarətdir. Zəif iyli olub, şortəhər dadlıdır. Yolların, kanalların kənarlarında, gilli çay kənarlarında, alaqotu olan yerlərdə, göl və bataqlıqlarda yayılmışdır. Bitki çiçəkləyən dövrdə (iyul-avqust) yetüstü, kök hissələri toplanılmalıdır. Xammal kölgəli yerlərdə 3-5 sm qalınlığında sərilməli, yaxşı ventiliyasiyalı çardax, naveslərdə və ya 40оС temperaturda quruducu şkafda qurudulmalıdır. Quru xammalın çıxım faizi 25-30%-dir. Quru yerlərdə, qablaşdırılmış kisələrdə saxlanılır. Saxlanılma müddəti 3 ildir.
Tərkibi və təsiri
[redaktə | mənbəni redaktə et]Tərkibində flavonoidlər 0,2%, karotinoidlər (55 mq%), aşı maddələri, rütubət 13%, kül 20%, üzvü birləşmələr 2%, efir yağı və mineral birləşmələr isə 2%-dir. Əsas bioloji aktiv maddələri flavonoidlərdir: qnafalozid A və B, 7-О-skutelyarin qlükozid, 6-metoksiqlüteolin və onun qlükozidləri aiddir. Hipotenziv və yarasağaldıcı dərmandır. Tərkibində flavonoidlər (qnaflazoid A və B) aşı maddələri, efir yağları və karotinoidlər vardır. Hipotenziv təsir göstərərək, periferik damarları genişləndirir və ürəyin ritmini seyrəldir. Yağından yanıq və yaraların epiteli toxumasını tez bir zamanda bərpa etmək üçün istifadə edilir.
Bitkinin dəmləməsindən hipertoniyanın başlanğıc dövrlərində damar genişləndirici vasitə kimi tətbiq edilir. Cövhər və dəmləməsi hiperkinetik tipli qan dövranında yüksək nəticə göstərir. Hipertoniya xəstəliyində β-adrenoblakatr təsir göstərərək yüksək təzyiqi endirir. Mədə və onikibarmağın xora xəstəliyində, qastritdə cövhərindən istifadə edilir. Kəskin və xroniki enteritdə, kolitdə, bakterial və amöb dezinteriyasında çox yaxşı kömək edir. Postdezinterial disfunksiyalarda, proktogen qəbizliklərdə və tenezmlərdə müalicəvi imalə edilir.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]Homotipik sinonimləri
[redaktə | mənbəni redaktə et]- Dasyanthus uliginosus (L.) Bubani
- Filaginella uliginosa (L.) Opiz
- Filago uliginosa (L.) Link
- Gnaphalium ramosum Lam.
Heterotipik sinonimləri
[redaktə | mənbəni redaktə et]- Filaginella baicalensis (Kirp. & Kuprian.) Czerep.
- Filaginella kasachstanica (Kirp. & Kuprian.) Tzvelev
- Filaginella lasiocarpa (Ledeb.) Opiz
- Filaginella malzii Opiz
- Filaginella mandshurica (Kirp. & Kuprian.) Czerep.
- Filaginella nuda Opiz
- Filaginella tranzschelii (Kirp.) Holub
- Filaginella uliginosa subsp. kasachstanica (Kirp. & Kuprian.) Holub
- Filago pilularis Link
- Gnaphalium aquaticum Mill.
- Gnaphalium baicalense Kirp. & Kuprian.
- Gnaphalium castaneum Gilib.
- Gnaphalium humifusum Paill. ex Nyman
- Gnaphalium kasachstanicum Kirp. & Kuprian.
- Gnaphalium laevissimum Schur
- Gnaphalium mandshuricum Kirp. & Kuprian.
- Gnaphalium nudum Hoffm. ex J.F.Gmel.
- Gnaphalium prostratum A.Huet ex Nyman
- Gnaphalium ruricola H.S.Pak
- Gnaphalium thomsonii Hook.f.
- Gnaphalium tomentosum Hoffm. ex J.F.Gmel.
- Gnaphalium tranzschelii Kirp.
- Gnaphalium uliginosum f. condensatum Domin
- Gnaphalium uliginosum var. glabrum Wahlenb.
- Gnaphalium uliginosum var. laeve Corb.
- Gnaphalium uliginosum var. lasiocarpum Ledeb.
- Gnaphalium uliginosum var. muricatum Cariot
- Gnaphalium uliginosum var. nudum (Hoffm. ex J.F.Gmel.) Lej.
- Gnaphalium uliginosum var. nudum (Hoffm. ex J.F.Gmel.) Hartm.
- Gnaphalium uliginosum subsp. nudum (Hoffm. ex J.F.Gmel.) Nyman
- Gnaphalium uliginosum var. pilulare W.D.J.Koch
- Gnaphalium uliginosum var. tomentosum Beck
- Gnaphalium wirtgenii Nyman
- Gnaphalodes evacinum Sond.
- Helichrysum uliginosum Moench
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 856.