Barium xlorid
Barium xlorid | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | BaCl₂[1] |
Molyar kütlə | 0 kq[1] |
Fiziki xassələri | |
Sıxlıq | 3,92 (20 °C) q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 962 °S |
Qaynama nöqtəsi | 1560 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 10361-37-2 |
PubChem | 25204, 5360350, 139046011 |
RTECS | CQ8750000 |
ChEBI | 63317 |
BMT nömrəsi | 1564 |
ChemSpider | 23540 |
Barium xlorid (BaCl2) ― duzlar sinfinə aid qeyri-üzvi birləşmə. Barium xlorid rəngsiz, romb şəklində olan kristaldır.
Alınması
[redaktə | vikimətni redaktə et]- Bariumun xlor ilə reaksiyası zamanı:
- Barium oksidin xlorid turşusu ilə reaksiyası zamanı:
- Barium hidroksidin xlorid turşusu ilə reaksiya zamanı:
- Barium sulfidin kalsium xlorid ilə reaksiya zamanı:
- Barium karbonatin xlorid turşusu ilə reaksiya zamanı:
Kimyəvi xassələri
[redaktə | vikimətni redaktə et]Barium xlorid suda yaxşı, spirtdə az miqdarda, dietil efirində tamami ilə həll olunmur. Barium xlorid duzlarla dəyişmə reaksiyalarına yalnız həll olunmayan bir maddə, qaz halında və ya bir qədər az dissosiasiya olun birləşmə alınanda daxil olur:
Müəyyən turşular ilə reaksiyaya daxil olur:
Tətbiqi
[redaktə | vikimətni redaktə et]Barium xlorid kənd təsərrüfatında bitki zərərvericilərinin məhv edilməsi üçün istifadə olunur. Analitik kimyada məhlullarda sulfat turşusu və ya sulfatları aşkar etmək üçün (ağ çöküntü əmələ gəlir) tətbiq olunur. Keramik məhsuları hazırlamaq üçün istifadə olunan kütlənin tərkibinə daxil olur. Kimya sənayesində bariy duzları və bariy əsaslı reaktivlərin istehsalı üçün istifadə olunur.
Toksikliyi
[redaktə | vikimətni redaktə et]Barium xlorid – toksik maddədir. Dəri və gözlərə düşdükdə, kimyəvi yanığlara səbəb ola bilər, yanğın və partlayışa davamlıdır. Buxarıyla nəfəs aldıqda öskürək, boğazda ağrı baş verir. Daxilə düşdükdə sinir sisteminə, ürəyə pis təsir görsədir. Siçovullar üçün ölümcül dozası daxilə düşdükdə 50-149,2 mq / kq-dır. Barium xloridi qaranlıq otaqda polietilen torbalarda saxlamaq lazımdır. Təmin etmək lazımdır ki, su ilə təmasda olmasın.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- Рабинович В.А., Хавин З.Я. "Краткий химический справочник" Л.: Химия, 1977 стр. 55
- Ахметов Т.Г. Химия и технология соединений бария. - М.: Химия, 1974. - С. 26-45
- Вредные химические вещества: Неорганические соединения элементов I-IV групп. Справочник. - Л.: Химия, 1988. - С. 136
Mənbə
[redaktə | vikimətni redaktə et]- [www.xumuk.ru/spravochnik/383.html Хлорид бария на XuMuK.Ru]
- [www.xumuk.ru/encyklopedia/475.html Описание и применение хлорида бария на XuMuK.Ru]
- ↑ 1 2 Barium dichloride (ing.).