Baddi Qay

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Baddi Qay
ing. Buddy Guy
Ümumi məlumatlar
Doğum adı George Guy
Doğum tarixi (88 yaş)
Doğum yeri Letsvors, Luiziana, ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Musiqiçi məlumatları
Fəaliyyəti Musiqiçi, söz yazarı
Fəaliyyət illəri 1953-günümüzədək
Janrlar Blüz, Çikaqo blüzu, Elektrik blüz, blüz rok
Musiqi alətləri gitara, vokal
Albom şirkətləri Atlantic Records
Əlaqələri Cunior Uells
Maddi Uoters
Haulin Vulf
Erik Klepton
B.B. Kinq
Villi Dikson
Otis Spenn
Sonni Boy Vilyamson II
Stiv Rey Von
Kuinn Sullivan
Marti Sammon
The Damn Right Blues Band
Mükafatları National Medal of Arts Kennedi Mərkəzinin fəxri mükafatı
buddyguy.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baddi Qay (ing. George «Buddy» Guy 30 iyul 1936 Letsvors, Luiziana, ABŞ) — amerikalı blüz musiqiçisi, Qremmi mükafatının beşqat sahibi. Rolling Stone jurnalının bütün zamanların ən yaxşı 100 gitaraçısı sırasında 30-cu yerin sahibi.

Baddi Qay 30 iyul 1936-cı ildə fermer ailəsində doğulub. İlk gitarasını siqar qutularından və ağcaqanad əleyhinə olan gərmənc ipdən hazırlanmış tordan istifadə edərək düzəltmişdi. Radio və valları dinləyərək ifa etməyi özü öyrənmişdir. Yamsılamaq üçün ilk nümunələri arasında Con Li Huker, Laytninq Hopkins, Maddi Uoters yer alırdı. Hələ gənc ikən peşəkar səviyyədə çıxış etməyə başladı, amma sıxıntı, utancaqlıq və inamsızlıqdan kürəyi tamaşaçılara tərəf otururdu, bu keyfiyyətləri ona gələcəkdə də mane olacaqdı.

İlk val qeydlərini Luizana ştatında edib, amma əsl blyuzmen karyerası 25 sentyabr 1957-ci ildə Çikaqo ştatına köçməsi ilə başladı. Orada ifasını təsadüfən eşidən Maddi Uoters dərhal onu himayəsinə götürür. O gənc musiqiçiyə Chess studiyasında və Çikaqo klublarında işləmək imkanı yaradır. Baddi Qay ilk solo sinqllərini 1959-cu ildə Artistic və Cobra firmalarında buraxdı. Chess studiyasında çikaqo blyuzunun qızıl çağlarının ulduzları, hazırda blyuzun klassikləri hesab edilən Maddi Uoters, Sanni Boy Vilyamson, Litl Volter, Koko Teylor və başqalarını müşayiət edirdi. Stone Crazy mahnısı ilə 1962-ci ildə ritm-end-blyuz çartlarında 12-ci yeri tutdu.

Baddi Qay Çikaqoda blyuzun yeni "vest-sayd blyuz" üslubunu yaradan birinci musiqiçilərdəndir. Chess qardaşları ilə anlaşa bilməyən Baddi, ilk albomunu yeni Çikaqo firması Vanguard-da buraxdı. Albom Bi Bi King, Ceyms Braun və Conni "Gitar" Uotsonu açıq aşkar təqliddə qınamalara səbəb olsa da çox yaxşı müvəffəqiyyətə malik idi. Dikson Uillisin American Folk Blues Festival musiqi icmalında çalışmışdı. 60-cı illərdə Baddi Qayın Maddi Uotersin keçmiş saydmeni Cunior Uells ilə daimi dueti formalaşır. Onların 60–70-ci illərdə konsertləri müvəffəqiyyətli olur. Duetin iştirakı ilə bir neçə albom yazıldı. Bununla belə, tamaşaçının blyuza ümumi marağının düşməsiylə 70-ci illərin əvvəllərində duetin işləri yaxşıya doğru getmədi. Bu səbəbdən də Baddiyə yük avtomobili sürücüsü və tikintidə fəhlə işləmək lazım gəlirdi. Onun diskoqrafiyasında on ilə qədər fasilə yaranır. 1979-cu ildə Parisdə bir neçə saat ərzində studiyada yazılmış albom tamamilə qeyri-adi blüz, rok-eksperimental səslənmə, Stiv Rey Von innovasiyasına yaxın iş görmüş olur.

Yenidən böyük səhnəyə

[redaktə | mənbəni redaktə et]

1990-cı ildə Londonun nüfuzlu Royal Albert Hall zalında Erik Kleptonnun konsertlərində çıxış etməsi Baddi Qayın yenidən böyük səhnəyə qayıtmasının başlanğıcı oldu. Bu məşhurluq onun albomlarının və sinqllarının çartlarda görünməsinə səbəb olur. İngiltərə firması Silvertone üçün ingilis ulduzları Erik Klepton, Ceff Bek və Mark Nopflerin iştirakı ilə 1991-ci ildə yazılmış albom yeni blüz bumu dalğasının yaranmasına və sensasiyalı müvəffəqiyyətə malik oldu. Stiv Rey Vonun xatirəsinə həsr olunmuş albom Baddi Qaya ilk Qremmi mükafatını qazandırmış və zamanla "platin" statusuna nail olmuşdur. Növbəti iki albomu da Qremmi mükafatına layiq görülmüşdür. 1993-cü il albom yazısında Bonni Reytt, Con Meyell, Pol Rodjers və "Little Feat" blüz qrupunun üzvləri, 1994-cü ildə albomun yazılmasında isə Stiv Rey Vonun "Double Trouble" qrupunun keçmiş üzvləri iştirak edib. Baddi Qayın yeni mərhələsinin şah əsərləri olan blüz albomlarını, Çikaqoda "Legends" klubunda konsertlə qeyd edir. Musiqiçi burada özünü evindəki kimi hiss edir və istədiyi kimi ifa etməyi özünə rəva bilir. Onun blüzu təbii və rahat səslənir, lazım olan vaxtda, ədayla, istədiyi vaxt – qızğın. Çatılmış uzun təcrübə, öz musiqi və dinləyicisinə təqdim edilmiş məhəbbət, janrın daxili dərin qanunları – bütün bu rahatlıq üçün etibarlı bünövrə var.[1]

  • 1955 — With Otis Rush: The Final Takes (Flyright)
  • 1964 — Original Blues Brothers (Blue Moon)
  • 1965 — Crazy Music (Chess)
  • 1965 — With The Blues (Chess)
  • 1966 — It’s My Life Baby (Vanguard)
  • 1966 — with Junior Wells: Hoodoo Man Blues (Delmark)
  • 1966 — with Junior Wells: On Tap (Delmark)
  • 1967 — Electric Sleep (Delmark)
  • 1967 — Left My Blues in San Francisco (Chess)
  • 1967 — South Side Jam (Delmark)
  • 1967 — Blues Hit Big Town (Delmark)
  • 1968 — Coming At You (Vanguard)
  • 1968 — A Man And His Blues (Vanguard)
  • 1968 — This Is Buddy Guy! [Live] (Vanguard)
  • 1968 — I Left My Blues in San Francisco (Chess)
  • 1968 — You’re Tuff Enough (Blue Rock)
  • 1968 — Sings At The Golden Bear (Blue Rock)
  • 1969 — Hold That Plane! (Vanguard)
  • 1970 — Buddy Guy, Junior Wells & Junior Mance: Buddy and the Juniors (Blue Thumb)
  • 1971 — In the Beginning (1958–64) (Drive)
  • 1971 — In My Younger Days (Red Lightning)
  • 1972 — Buddy Guy & Junior Wells Play the Blues (Atlantic)
  • 1974 — Drinkin' TNT 'n' Smokin' Dynamite (live) (Blind Pig)
  • 1977 — Live in Montreux (Evidence)
  • 1979 — Pleading the Blues (Evidence)
  • 1979 — Got to Use Your Head (Blues Ball)
  • 1980 — The Dollar Done Fell (JSP)
  • 1980 — Ten Blue Fingers (JSP)
  • 1980 — With Phil Guy: Buddy & Phil (JSP)
  • 1981 — The Blues Giant (Isabel)
  • 1981 — Stone Crazy! (Alligator)
  • 1981 — DJ Play My Blues (JSP)
  • 1981 — Breakin’ Out (JSP)
  • 1982 — Phil Guy: Red Hot Blues (JSP)
  • 1983 — Buddy Guy (Chess)
  • 1983 — The Original Blues Brothers Live (Magnum)
  • 1983 — Bad Luck Boy (JSP)
  • 1983 — Phil Guy & Mojo Bufford: Tribute To Muddy Waters (Isabel)
  • 1984 — It’s A Real Mutha Fucka! (JSP)
  • 1987 — Chess Masters (Chess)
  • 1987 — Complete DJ Play My Blues Session (JSP)
  • 1988 — Live at the Checkerboard Lounge (JSP)
  • 1989 — I Ain’t Got No Money (Flyright)
  • 1989 — This is Buddy Guy Live (Vanguard)
  • 1990 — I Was Walking Through the Woods (Chess)
  • 1990 — A Man and the Blues (Vanguard)
  • 1990 — Stone Crazy (Alligator)
  • 1990 — Hold That Plane (Vanguard)
  • 1990 — I Left My Blues in San Francisco (Mca)
  • 1991 — Alone & Acoustic (Alligator)
  • 1991 — Damn Right, I’ve Got the Blues (Silvertone)
  • 1992 — My Time After Awhile (Vanguard)
  • 1992 — Live in Montreux (Evidence)
  • 1992 — The Very Best of Buddy Guy (Rhino/Wea)
  • 1992 — Drinkin' TNT 'n' Smokin' Dynamite (Blind Pig)
  • 1992 — Buddy and the Juniors (Mca)
  • 1993 — Live At The Mystery Club (Quicksilver)
  • 1993 — Feels Like Rain (Silvertone)
  • 1993 — Junior Wells Featuring Buddy Guy — Pleading the Blues (Evidence)
  • 1994 — Drinkin' TNT 'n' Smokin' Dynamite (Sequel)
  • 1994 — Slippin' In (Silvertone)
  • 1994 — Alone & Acoustic (Jive)
  • 1995 — I Cry (Blues Masterworks)
  • 1996 — Live: The Real Deal (Silvertone)
  • 1997 — Try to Quit You Baby (Ronn)
  • 1998 — As Good as It Gets (Vanguard)
  • 1998 — Heavy Love (Silvertone)
  • 1998 — with Junior Wells: Last Time Around — Live at Legends (Jive)
  • 1999 — The Real Blues (Columbia River)
  • 2000 — The Complete Vanguard Recordings (A Collection) (Vanguard)
  • 2000 — Buddy’s Baddest — The Best of Buddy Guy (Jive/Silvertone)
  • 2001 — Sweet Tea (Jive)
  • 2001 — The Millennium Collection: The Best of Buddy Guy (Chess)
  • 2002 — Blue on Blues (Fuel 2000)
  • 2002 — Everything Gonna Be Alright (Black & Blue)
  • 2003 — Blues Singer (Silvertone)
  • 2003 — Chicago Blues Festival 1964 (Live) (Stardust)
  • 2003 — Buddy Guy’s Discography (Jive)
  • 2005 — Bring 'Em In (Jive)
  • 2008 — Skin Deep
  • 2009 — Shout! Factory
  • 2010 — Living Proof (Silvertone)
  • 2013 — Rhythm & Blues
  • 2015 — Born to Play Guitar
  1. "Baddi Qayın bioqrafiyası". 2017-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-18.