Başmaq dimdikli leylək

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Başmaq dimdikli leylək
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{Qutankimilər}}, taksonun sistematikasını təsvir etməlidir Qutankimilər.
Boz:
Başmaq dimdikli leylək
Beynəlxalq elmi adı

Başmaq dimdikli leylək, Balinabaş və ya Kral leylək (lat. Balaeniceps rex) — leyləyə bənzər bir quş növü. Adını çox böyük və başmağa bənzəyən dimdiyinə görə almşdır. Forma etibarı ilə leyləyə oxşasa da leyləkkimilər (Ciconiiformes) fəsiləsindəki quşlarla qohumluq əlaqəsi güclü deyil. Bəzi alimlər onları Qutankimilərə (Pelecaniformes) aid edir. Yetkin quşlar ümumi olaraq boz tüklərə sahib olsalar da, cavan ikən tükləri qəhvəyi çalara sahib olur.

Afrikanın tropik bataqlıqları

Afrikanın tropik şərq bölgəsində, Sudandan Zambiyaya qədər böyük bataqlıqlarda yaşayırlar. Mərkəzi Afrikanın Konqo Demokratik Respublikası, Uqanda, Keniya, TanzaniyaZambiya kimi ölkələrində rastlanılır. Onları bəzən Botsvanada belə görürlər.

Boyları 110–140 sm olsa da bəzi fərdlər 152 sm-ə qədər çata bilirlər. Quyruqdan dimdiyə olan uzunluğu 100–140 sm arasındadır. 2 açıq qanad arasındakı məsafə 230 ilə 260 sm-dir. Kütləsi 4 −7 kq arasında dəyişir[3]. Belə ki erkəkləri 5,6 kq ilə 4.9 kq olan dişilərdən canlıdır. Növün özünə xas xüsusiyyəti saman sarısı rəngində olan və üzərində boz izlər olan çox böyük və qabarıq dimdiyidir. Dimdiyinin uzunluğu 18,8 sm ilə 24 sm arasındadır. Yeni yumurtadan çıxan başmaq dimdiklilərin dimdikləri kiçik ölçüdə olur və gümüşü boz rəngə çalır. Balalar 23 günlük olanda dimdik nəzərə çarpır və 43 günlük olduqlarında əsl ölçülərinə çatır. Dimdiklərin kəskin kənarları tutduqları ovun başını qoparmağa və ov ilə birlikdə daxil olan bitkilərdən qurtulmağa uyğunlaşıb. Əsl bataqlıq ovçularıdır, hərəkət edən və yeyə bildiyi hər şeylə qidalanır. Tünd rəngli ayaqları olduqca uzundur və uzunluğu 21,7 ilə 25,5 sm. arasında dəyişir. Ölçüsünə baxmayaraq uçmağı da bacarır. Belə ki, dəqiqədə 150 qanad çırpma sürəti ilə əksər quşlardan geri qalsa da uça bilir. Təxminən yeddi saniyə davam edən bu uçuş ilə 100–500 m kimi yerini dəyişib təhlükədən qaça bilir. Yavaş hərəkətləri və uzun müddət "heykəl kimi" tərpənmədən ayaq üstə dayanması diqqət çəkici xüsusiyyətlərindəndir.

Erkək və dişi quş birlikdə təxminən 3 m. səviyyəsində bir sahəni təmizlədikdən sonra üzən bir platformaya yuva qururlar. Ümumiyyətlə suya basdırılmış olan bu paltforma 3 m dərinliyində ola bilər. Yuvanın özü isə 1–1,7 m arasındadır. Həm yuva həm də üzən platforma su bitkilərindən valideynlər tərəfindən qayğı ilə tikilir. Sudanda yuvalar yetkin bir insanın ağırlığına dözür. Yuva qurulduqdan sonra, dişi bir və ya üç ədəd ağ yumurta yumurtlayır. Bu yumurtaların uzunluğu 80–90 mm eni 56–61 mm və təxminən 164 q ağırlığındadır. Qırt yatmaq müddəti təxminən 30 gün çəkir. Həm erkək həm də dişi qırt yatır və balaları bəsləyib qoruyur. Balaların qayğısı 105 gün çəkilir və gənc quşlar 112-ci gündə yuvadan köçə bilər. Ancaq uçmağa başladıqdan sonra bir ay da valideynlər tərəfindən bəslənirlər. Yetkinliyə 3 yaşlarında çatırlar. Bala quşlar yemək istədikdə insan hıçkırığına oxşuyan səslər çıxararırlar.

Başmaq dimdikli leylək olduqca nadir quşdur. Sayları 10–15 min arasında ddəyişir. İnsanlar onların yayılma arealını məhv edir. Ornitoloqların rəyinə görə Afrikada ən çox sevilən 5 quş növündən biri olduğu bildirilir. Hətta qədim Misirdəki daş kitabələrdə belə şəkli var.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]