Bərpaolunan kredit
Bərpaolunan və yaxud "revolver krediti" bu xüsusiyyətlərə malik hesabın açılmasına imkan verir: belə ki, açılan hesaba təyin edilmiş limitlə vəsait yerləşdirilir və bu vəsait bir neçə dəfə istifadə edilə və təqdim edilən müddət ərzində geri qayıda bilər. Kreditləşmənin bu növünün tipik növləri overdraftlar və dövlətlərarası səviyyədə təqdim edilən kiçik biznes üçün kredit xəttidir.
Bərpaolunan kreditin əsas xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Revolver krediti üzrə borcalan qismində fiziki və hüquqi şəxslər, beynəlxalq təşkilatlar və hətta bir dövlət çıxış edə bilər.
Bu zaman kreditorun üzərinə düşən əsas vəzifə tələb üzrə vəsaitlərin təqdim edilməsi və borcun ödənməsinə maneə yaratmayan şərtlərin təmin edilməsidir. Borcalan təqdim edilən limit çərçivəsində istənilən məbləğdən istifadə edə və borcu borcun ümumi təqdim edilməsi üzrə təyin edilmiş dövrü keçməməklə istənilən, daha doğrusu özünə uyğun olan vaxt qaytara bilər. Faiz dərəcəsi isə müstəsna olaraq limitin istifadə olunmuş hissəsi üzrə təyin edilir və borc məbləği geri qaytarıldıqda istifadə üçün əlçatan olan məbləğin həcmi artır.
Bərpaolunan kredit üzrə məbləğin limiti müştərinin ödəniş qabiliyyəti nəzərə alınmaqla təyin edilir və bu məbləğ borcalanın 6 aylıq gəlirindən çox ola bilməz. Burada beynəlxalq kreditər istisna təşkil edir və bu zaman borc öhdəliyinin məbləği nadir hallarda ÜDM-un 1 illik nəticələrindən çox olur.
Revolver kreditləri müddətli və müddətsiz xarakter daşıya bilər. Belə ki, kredit kartında onun fəaliyyət müddəti, müqavilədə isə vəsaitlərin tam ödənilməsi dövrü göstərilir.
Analoji krediti əldə etmək üçün müəssisə bankla uzun müddətli və etibarlı əlaqələrə sahib olmaldıır.
Bərpa olunan kredit kartları
[redaktə | mənbəni redaktə et]Bərpa olunan kredit kartları revolver kreditləşmənin bir növüdür və bu zaman borc alətinə plastik hesablaşma aləti də əlavə edilir. Qaydalara əsasən, belə bir kreditin təqdim edilməsi üzrə müddət iki il çərçivəsində təyin edilir və bununla yanaşı, onu əldə etmək üçün girov və zamin tələb olunmur.
Kredit kartı ilə revolver kreditləşməsində əksər hallarda kartdan nağd vəsait çıxarmaq qadağan olunur və bu kartla yalnızca mağazalarda, salonlarda, yanacaqdoldurma məntəqələrində, bir sözlə terminalın mövcud olduğu istənilən yerdə ödəniş etmək mümkündür.
İstənilən bərpaolunma zamanı müştəri kartındakı vəsaitlərdən istifadə etdikdən sonra onu tam olaraq geri ödəməyə və hər ay ərzində xərclədiyi məbləğin 5%-ni ödəyə bilər.
Bərpa olunan kredit kartları – əmək haqqına qədər mütəmadi olaraq pul çatışmazlığından əziyyət çəkən insanlar üçün rahat çıxış yoludur.
Overdraftlar
[redaktə | mənbəni redaktə et]Overdraft – revolver kreditləşməsinin bir növü olmaqla plastik karta əlavə olaraq və yaxud onsuz təqdim edilə bilər. Kreditləşmənin bu növünün digərlərindən fərqli cəhəti aşağı dərəcəli faiz dərəcəsi və sərfəli şərtlərdir.
Fiziki şəxslər üçün overdraft adətən əmək haqqı kartına təqdim edilir və kreditin ödənməsi əmək haqqı karta yatırıldığı zaman avtomatik olaraq həyata keçirilir. Hüquqi şəxslər üçün də overdraft xərc üzrə xüsusi sahəyə çevrilmir və hesablaşma hesabı üzrə təqdim edilir. Borcun ödənilməsi isə kontragent və yaxud müştərilərdən köçürmələr həyata keçirilməsi vasitəsilə edilir.
Bərpa olunan kredit xətləri
[redaktə | mənbəni redaktə et]Kredit xətti kiçik biznesin və kənd təsərrüfatı ilə məşğul olan müəssisənin kreditləşməsi üçün ən perspektivli üsullardan biridir. Müqavilənin şərtlərinə əsasən, bank müştəriyə müəyyən məbləğdə kredit xətti ayırır və müştəri bu vəsaiti dərhal deyil, ona lazım olduğu an və üstəlik hissə-hissə əldə etmək imkanına sahibdir. Borcun vaxtında geri qaytarılması isə müştəriyə hesabdakı vəsaitlərdən yenidən istifadə etmək şansı qazandırır.
Bərpa olunan kredit – mütəmadi və yaxud qısamüddətli kredit vəsaitlərinə ehtiyac duyanlar üçün nisbətən rahat maliyyə alətidir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2018-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-25.