Axtarış-xilasetmə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kanadaya məxsus CH-149 Cormorant tipli axtarış-xilasetmə helikopteri təlim sırasında gəmidəki yaralını götürərkən.

Axtarış və xilasetmə zamanı hər hansı bir təbii və ya texnogen əsaslı fövqəladə hal və ya fəlakət zamanı təcili yardıma ehtiyacı olan insanları tapmaq, lazım olduqda ilk yardım tətbiq etmək və daha əhatəli kömək ala biləcəkləri təhlükəsiz bir yerə köçürmək mümkündür. Qısaca ingilis dilindəki “search and rescue” (az: “axtarış-xilasetmə”) sözlərindən yaradılan SAR istifadə olunur. Bəzi axtarış və xilasetmə qrupları qurbanlara xilasetmə sonrası xidmət və yaşayış yerlərini təmin etməkdə də kömək edirlər. Axtarış-xilasetmə işləri zamanı insanlar və xüsusi təlim keçmiş heyvanlardan başqa sadə avadanlıqlardan xüsusi təchiz edilmiş hava, quru və dəniz nəqliyyat vasitələrinə qədər müxtəlif çeşidli avadanlıqlardan istifadə olunur.

Fəlakət növünə görə daha sürətli və daha effektiv xidmət göstərmək üçün axtarış-xilasetmə qrupları bir neçə alt siniflərə bölünür. Onların arasında; Dağ, dəniz, zəlzələ, sel və qarşıdurma bölgələrində fəaliyyət göstərən axtarış-xilasetmə qrupları nümunə göstərilə bilər.

Axtarış-xilasetmə iti