Aralqum
Aralqum səhrası | |
---|---|
| |
Ümumi məlumatlar | |
Sahəsi | 38000 km² |
Yerləşməsi | |
44°40′00″ şm. e. 60°40′00″ ş. u.HGYO | |
Ölkələr | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Aralqum — Aral dənizinn quruması nəticəsində formalaşan yeni səhra[1]. Qumdan və şoranlıqdan ibarət olan Qazaxıstan və Özbəkistan ərazilərini əhatə edən səhra. Qaraqum səhrası və Qızılqum səhraları ilə sərhədə malikdir. Səhranı həmcinin Аğqum[2] olaraq adlandırırlar
Aral dənizinin səviyyəsi SSRİ dönəmində səhra sahələrinin əkinə cəlb olunması ilə azalmağa başlamışdır. 2005-ci ildə Kokaral bəndinin tikintisi ilə Şimali Aral tədricən bərpa olunmağa başlamışdır. Cənubi Aral quruduqca Aralqum səhrasının sahəsi böyüyür.
Gölün quruması nəticəsində 200 növ bitki və heyvan növü ərazini tərk etmişdir. Gölün quruması 1960-cı ildən başlamışdır. Əsas bitkiləri: Salicornia europaea, Suaeda crassifolia, Tripolium vulgare, Suaeda acuminata və Atriplex fominii[3]. Aralqumun sahəsi 38 min km² təşkil edir[4]. İl ərzində 100 milyon ton xırda duz və qum fırtılalarları geniş sahələrə yayılır. Burada qərbdən şərqə güçlü axın vardır. Aralqumun toksik qumları Antarktida pinqvinlərinin qanında aşkarlanmışdır. Adi Aral qumları isə Belarusiyanın gölləri və Qrenlandiyanın buzlaqları üzərinə çökür[1].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "State of Environment of the Aral Sea Basin" (ingilis). Regional report of the Central Asian States. 2006-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.05.2009.
- ↑ "Экология. Экологическая катастрофа Аральского моря". 2018-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
- ↑ Walter Wucherer, Primary succession on the dry sea floor of the Aral Sea Arxivləşdirilib 2009-02-25 at the Wayback Machine, University of Bielefeld, Department of Ecology
- ↑ "Aralqum. Yeni Asiya səhrası". centrasia.ru. 2012-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2009.
Mənbə
[redaktə | mənbəni redaktə et]- В.Рахманов: Самая молодая пустыня в мире — Аралкум Arxivləşdirilib 2014-01-16 at the Wayback Machine
- Siegmar-W. Breckle Combating desertification and rehabilitation of the salt deserts in the region at the Aral Sea Arxivləşdirilib 2010-03-05 at the Wayback Machine
- "Evaporation of the Aral Sea : Feature Articles" (ingilis). Earth Observatory. İstifadə tarixi: 20.05.2009.