Antropogenez

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Antropogenez (yun. anthropos - insan və yun. genesis - mənşə) — insanın ictimai varlıq kimi meydana gəlməsi və inkişafı prosesi. Darvin, Haksli və Ernst Hekkel insanın üçüncü dövr ali meymunlarından əmələ gəldiyi fikirlərini irəli sürmüşdür. Engels göstərirdi ki, Antropogenezin hərəkətverici qüvvəsi qədim insanların ictimai əmək fəaliyyəti olmuşdur. Bu fəaliyyət səciyyəvi münasibətləri, mədəniyyəti yaratmış, insanın bədən quruluşunu formalaşdırmışdır. Bu,insanın Allah tərəfindən yaradılması haqqında dini-idealist fikirlərin əksi demək idi.

İnsanın meydana gəlməsi və inkişafı prosesi avstrolopiteklərin (insanın 5 milyon il bundan əvvəl yaşamış ən yaxşı əcdadlarının-qazıntı halında tapılan Cənubi Afrika meymunlarının)yer üzərində sürü halında yaşamağa,hər cür qida ilə qidalanmağa,təbii əşyalardan alət kimi (ov üçün)istifadə edilməsinə,sonra isə belə alətlərin uyğunlaşdırmağa və təsadüfən onları yenidən hazırlamağa keçmələri ilə xarakterizə olunur.Sələfləri olan paleoantroplar və yaxud neandertallar forma və vəzifəsinə görə daha mürəkkəb alətlər hazırlamış, ilk süni tiklilər yaratmış,od əldə etməyi bacarmışlar. Meydana gəlmiş ictimai istehsal şüurun və nitqin yaranmasına səbəb oldu,insanın bədənini formalaşdırdı.İnsanın təşəkkülü yüz minlərlə il davam etmişdir (Cənub-Şərqi,Cənubi,Ön Asiya və Afrika). 3-cü mərhələ (ibtidai sürünün ibtidai cəmiyyətə,neandertalın müasir tipli insana çevrilməsi) 35-40 min il bundan əvvəl baş vermişdir.

  • Fəlsəfə Ensklopedik Lüğəti Bakı.1997 səh.35