Andre Mari Amper
Andre Mari Amper | |
---|---|
fr. Andre Marie Ampere | |
Doğum tarixi | |
Doğum yeri | Lion, Fransa |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Marsel, Fransa |
Dəfn yeri | |
Milliyyəti | Fransız |
Təhsili | |
Fəaliyyəti | Fizika və Riyaziyyat |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Andre Mari Amper (fr. André-Marie Ampère; 20 yanvar 1775[4][5][…], Lion[6][7] – 10 iyun 1836[8][9][…], Marsel[9]) — məşhur fransız fiziki və riyaziyyatçısı. Elektrodinamikanın elmi əsasını yaradanlardan biridir. O, fizika elminə ilk dəfə olaraq "elektrik cərəyanı" anlayışını daxil etmiş, molekulyar cərəyanlar fərziyyəsini irəli sürmüşdür. Amper Paris Elmlər Akademiyasının üzvü olmuşdur.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Andre Mari Amper zadəgan ailəsindədir. 14 yaşı olarkən Didro və Jan Leron Dalamberin yazdığı 20 cildlik ensiklopediyanı tam oxumuş, təbiət elmləri və riyaziyyat ilə məşğul olmağa başlamışdır. 1801-ci ildə Burk-an-Bresdəki Mərkəzi məktəbin kafedrasına təyin olunmuşdur. 1805-ci ildə Parisin politexnik məktəbində tərcüməçi vəzifəsində çalışmışdır. 1809-cu ildə fəaliyyət göstərdiyi məktəbdə professor adı almışdır. Bu illər ərzində Amper öz sahəsində bir sıra tədqiqatlar aparmışdır. Ehtimal nəzəriyyəsi, variasiya hesabının mexanika məsələlərinə tətbiqi və riyazi analizə aid bir sıra işləri nəşr edilmişdir. Fizika sahəsindəki işləri onu öz zamənəsinin ən böyük alimləri sırasına çıxarmışdır.
H.K.Ersted elektrik cərəyanın maqnit əqrəbinə təsirini kəşf etdikdən sonra, Amper 1820-ci ildə maqnit əqrəbin əyilmə istiqamətini təyin etmək üçün qayda təklif etmişdir. Sonra, Amper cərəyan keçən iki naqilin bir-biri ilə qarşılıqlı mexaniki təsirini kəşf etmiş, bu qarşılıqlı təsirin qanununu (Amper qanunu) və ilk dəfə maqnetizm nəzəriyyəsini yaratmışdır. Həmin nəzəriyyəyə görə maddənin maqnit xassələri onun hissəciklərindəki elektrik cərəyanları ilə təyin olunur. Amper öz fikirlərini Yalnız təcrübə yolu ilə əldə edilmiş elektrodinamik hadisələr nəzəriyyəsi əsərində çap etmişdir. Amper digər önəmli əsəri olan Elmlərin fəlsəfəsi təcrübələri əsərini 1834-cü ildə çap etdirmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Hofmann, James R. (1996). André-Marie Ampère. Cambridge University Press
- Azərbaycan Milli Ensiklopediyası səh 452.
- ampere.cnrs.fr
- Revue des deux mondes, Tome neuvième
- ⇾Biographie d'Ampère
- lccn
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://catalogues.royalsociety.org/CalmView/Record.aspx?src=CalmView.Persons&id=NA5782&pos=1.
- ↑ 1 2 https://www.bbaw.de/die-akademie/akademie-historische-aspekte/mitglieder-historisch/historisches-mitglied-andre-marie-ampere-47.
- ↑ Find a Grave (ing.). 1996.
- ↑ http://books.google.de/books?id=rwEoAAAAYAAJ&pg=PA389&hl=de#v=snippet&q=1775&f=false.
- ↑ http://amperemusee.fr.
- ↑ Saint-Pierre D. Dictionnaire historique des Académiciens de Lyon (fr.): 1700-2016. Lyon: Académie des sciences, belles-lettres et arts de Lyon, 2017. P. 1369. ISBN 978-2-9559433-0-4
- ↑ baptismal record.
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 82. ISBN 978-2-221-06888-5
- 20 yanvarda doğulanlar
- 1775-ci ildə doğulanlar
- 61 yaşında vəfat edənlər
- 10 iyunda vəfat edənlər
- 1836-cı ildə vəfat edənlər
- Monmartr qəbiristanlığında dəfn olunanlar
- Fransa Politexnik Məktəbinin məzunları
- London Kral Cəmiyyətinin üzvləri
- Fransa Elmlər Akademiyasının üzvləri
- Sankt-Peterburq Elmlər Akademiyasının üzvləri
- Rusiya Elmlər Akademiyasının üzvləri
- Prussiya Elmlər Akademiyasının üzvləri
- İsveç Kral Elmlər Akademiyasının üzvləri
- Lionda doğulanlar
- Marseldə vəfat edənlər
- Fransa fizikləri
- Fransa riyaziyyatçıları
- Eyfel qülləsində adı yazılmış şəxslər
- London Kral Cəmiyyətinin əcnəbi üzvləri