Alenuş Teryan
Alenuş Teryan | |
---|---|
erm. Ալենուշ Տէրեան fars. آلنوش طریان | |
Doğum tarixi | 9 noyabr 1920[1] |
Doğum yeri | |
Vəfat tarixi | 4 mart 2011[2] (90 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | fizik, astronom |
Elmi dərəcəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Alenuş Teryan (ing. Alenush Terian, erm. Ալենուշ Տէրեան; 1920—2011) — erməni əsilli iranlı alim, astronom və fizik; onu müasir İran astronomiyasının anası adlandırırlar[4].
Bioqrafiya
[redaktə | vikimətni redaktə et]O, 1920-ci il noyabrın 9-da Tehranda erməni ailəsində anadan olmuşdur[5]. Onun atası Arto, Arizad kriptonimi ilə rejissor, şair və tərcüməçi idi; anası Vartui teatr aktrisası və rejissoru idi.
1947-ci ildə Tehran Universitetinin Elmlər fakültəsini bitirib, burada əmək fəaliyyətinə fizika laboratoriyasında başlayıb və tezliklə laboratoriyanın müdiri olub. Teryan Fransada təhsil almaq məqsədi ilə təqaüd üçün müraciət etmiş, lakin Tehran Universitetinin professoru Mahmud Hesabi iranlı qadının təhsilinin kifayət qədər olduğunu düşünərək buna razılıq vermir. Lakin atasının maddi dəstəyi ilə Alenuş yenə də Fransaya təhsil almağa gedir və burada 1956-cı ildə Sorbonna Universitetində (indiki Paris Universiteti) atmosfer fizikası üzrə doktorluq dərəcəsi alır. İrana qayıdaraq Tehran Universitetində termodinamika üzrə dosent olur. Daha sonra Almaniya hökuməti tərəfindən Tehran Universitetinə verilən təqaüdlə Qərbi Almaniyada günəş fizikası sahəsində dörd ay işləyir. 1964-cü ildə Alenuş Teryan İranda ilk qadın fizika professoru olur.
1966-cı ildə Teryan Tehran Universitetinin Geofizika Komitəsinin üzvü seçilir. 1969-cu ildə həmin universitetin Günəş fizikası kafedrasının müdiri seçilib və qurucularından biri olduğu Günəş rəsədxanasında işləməyə başlayıb.
1979-cu ildən təqaüdə çıxır və Tehranda yaşayır. Professor Alenuş Teryanın 90 illik yubileyinin qeyd edilməsində bir sıra İran parlamentariləri və çoxlu sayda İran ermənisi iştirak edib.
O, 2011-ci il martın 4-də Tehranda qocalar evində vəfat edib. O, Tehrandakı İran Xristian qəbiristanlığında dəfn edilib[6].
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Армяне-народ созидатель чужих цивилизаций: 1000 известных армян в мировой истории / С. Ширинян. -Ер.: Авт. изд., 2014, стр.429, ISBN 978-9939-0-1120-2.
Mənbə
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 https://iranwire.com/en/features/69285/.
- ↑ http://www.armenianweekly.com/2011/03/05/terian-passes-away.
- ↑ 1 2 https://www.bbc.com/persian/iran/2011/03/110307_l03_terian_dies.
- ↑ "Аленуш Терян – мать современной иранской астрономии". 2020-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-26.
- ↑ Interview with Alenoush Terian, Farsnews Wire Service Arxivləşdirilib 2017-10-23 at the Wayback Machine (ing.)
- ↑ Mother of Iranian astronomy dies at 90 Arxivləşdirilib 2020-03-29 at the Wayback Machine (ing.)