Aleksandr Adabaşyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aleksandr Adabaşyan
Doğum tarixi 10 avqust 1945(1945-08-10) (79 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, ssenarist, kinorejissor, rəssam, rejissor
Fəaliyyət illəri 1974-cü ildən
Təhsili
  • Stroqanov adına Moskva Dövlət İncəsənət və Sənaye Universiteti[d] (19691971)
Mükafatları I dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni
Honored Artist of the RSFSR (visual arts) Rusiya Federasiyasının əməkdar incəsənət xadimi
IMDb ID0010383
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr Artyomoviç Adabaşyan (rus. Алекса́ндр Артёмович Адабашья́н; 10 avqust 1945, Moskva) — SSRİRusiya ssenaristi, rəssamı, rejissoru, aktyoru, RSFSR-in əməkdar artisti (1983), Rusiya Federasiyasının əməkdar artisti (2016).

Aleksandr Adabaşyan 10 avqust 1945-ci ildə SSRİ-də, Moskvada ermənilər Artyom Adabaşyan və Valentina Barxudarovanın ailəsində anadan olmuşdur.[1] Anası alman dili müəllimi, atası mühəndis, Montaj və Tikinti İşləri Nazirliyində baş idarənin rəisi işləmişdir.[2]

Aleksandr Adabaşyan 1971-ci ildə Stroqanov adına Moskva Rəssamlıq və Sənaye Akademiyasını bitirmişdir. O, 1970-ci illərin əvvəlindən kinoda "Mexanik fortepiano üçün yarımçıq parça" (1977), "Beş axşam" (1979), "Oblomovun həyatında bir neçə gün" (1980) filmlərinin ssenari müəllifi (Nikita Mixalkov ilə) olmuşdur. Adabaşyanın incə zövqü, müxtəlif janrların xüsusiyyətlərinə dərindən nüfuz etməsi bu filmlərin üslubunu böyük ölçüdə müəyyənləşdirdi.[3]

  1. "Александр Артёмович Адабашьян". Энциклопедия театра (rus). 2012-01-23. 2016-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 may 2022.
  2. "Художник и актер Александр Адабашьян: рафинировано интеллигентен". Армянский музей Москвы и культуры наций (ingilis). 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 may 2022.
  3. "АДАБАШЬЯ́Н". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]