Alan Şirer
Alan Şirer | |||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ing. Alan Shearer | |||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Nyukasl apon Tayn, İngiltərə | ||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | İngiltərə | ||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.83 m | ||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 79 kq | ||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||||||||||||||
Əsas ayağı | Sağ | ||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Alan Şirer (ing. Alan Shearer; 13 avqust 1970[1][2][…], Nyukasl-apon-Tayn, Nortamberlend qraflığı[d]) — ingiltərəli futbol mütəxəssisi, hücumçu mövqeyində çıxış etmiş keçmiş futbolçu və məşqçi. Öz dövrün ən yaxşı hücumçularından biri və Premyer Liqa tarixinin ən sərrast oyunçularından sayılan Şirer Premyer Liqanın ən çox qol vurmuş oyunçusudur.[qeyd. 1] 1994-cü ildə o, Futbol Yazıçıları Assosiasiyasına görə İlin futbolçusu adına layiq görüldü və 1995-ci ildə PFA-ya görə İlin futbolçusu seçildi. 1996-cı ildə o, həm Ballon d'Or, həm də FIFA ilin oyunçusu mükafatlarında üçüncü oldu. 2004-cü ildə o, Pelenin tərtib etdiyi "FİFA 100" adlı dünyanın ən yaxşı yaşayan futbolçuları siyahısına daxil edildi.[3] Şirer 2021-ci ildə Premyer Liqanın Şöhrət Zalına daxil edilən ilk iki oyunçudan biri idi.[4]
Şirer karyerası boyu İngiltərə futbolunun ali liqasında çıxış etdi. Karyerasına 1988-ci ildə "Sauthempton"da başlayan Şirer 1992-ci ildə "Blekbörn Rovers" keçid etdi və burada özünü Avropanın ən məhsuldar oyunçularından biri kimi göstərmişdir. "Blekbörn Rovers"də keçirdiyi illər ərzində o, 1994-95 Premyer Liqanın çempionu olmuş və həmçinin iki ardıcıl Premyer Liqa Qızıl Butsunu qazanmışdır. 1996-cı ilin yayında o, dövr üçün rekord qiymət sayılan 15 milyon funt-sterlinq müqabilində o, doğma şəhərinin təmsilçisi “Nyukasl Yunayted” klubuna keçdi. O, Nyukaslla 1998 və 1999 FA Kubokunun finallarına vəsiqə qazanmış və nəticədə klub tarixinə ən çox qol vuran oyunçu kimi düşdü.[qeyd. 1] O, 2005-06 mövsümünün sonunda təqaüdə çıxdı.
İngiltərə millisinin formasıyla Şirer 63 oyuna 30 qol vurmuşdur.[5] Onun milli yığmada ən böyük uğuru UEFA Avro 1996-ya təsadüf etdi ki, həmin turniri İngiltərə üçüncü başa vurdu, Şirer isə UEFA Avro Qızıl Butsu qazanmış və UEFA Avro Turniri Heyətinə salındı. Növbəti ildə o, İngiltərəni 1998 FİFA Dünya Kuboku və UEFA Avro 2000 yarışlarında təmsil etdi. Şirer sonuncu yarışın bitməsindən sonra milli yığma futbol karyerasını bitirdi.
2006-cı ildə futbolçu karyerasını tam başa vurduqdan sonra Şirer BBC-də şərhçi kimi çalışmağa başladı. 2009-cu ildə o, BBC-dəki iş yerini qısa müddətlik tərk edərək, 2008-09 mövsümünün son səkkiz oyununda Nyukasl Yunaytedin baş məşqçisi təyin olundu. Onun klubu aşağı liqaya düşməkdən xilas etmək cəhdi uğursuz oldu. Şirer "Britaniya imperiyası" ordeninin komandoru, Nortamberland qraflığın leytenant müavini, Nyukasl-apon-Tayn şəhərinin idman xidmətlərinə görə fəxri mükafatçısı, Nortumbriya və Nyukasl universitetlərinin Mülki Hüquq üzrə fəxri doktoru adlarına layiq görülüb.
Erkən illəri
[redaktə | vikimətni redaktə et]Şirer 13 avqust 1970-ci ildə Nyukasl-apon-Tayn şəhərinin Qosfort qəsəbəsində işçi ailəsində dünyaya göz açıb.[6] Valdeyinlərinin adı Alan və Enn idi. Atası çilingər işləyirdi və onu gənc yaşlarından futbol oynamaqa təşviq edirdi. Şirer həm məktəbi həm də idmanı bir yerdə davam etdirdi. O, Qosfort mərkəzi orta məktəbində təhsil alıb. Küçələrdə oynamağa başlayan Şirer yarımmüdafiəçi mövqeyinə üstünlük verirdi, çünki "bu o demək idi ki, [o] oyunlarda daha aktiv iştirak edə bilər".[7] Təhsil aldığı məktəbin komandasıyla kapitan qismində çıxış edən Şirer Nyukasl məktəbləri arasındakı turniri qazandıqdan sonra "Uollsend" həvəskar klubuna qoşuldu. "Uollsend" klubunda oynayarkən "Sauthempton" klubunun Cek Hikson adlıq skautun diqqətini çəkdi və nəticədə o yay məşqlərini klubun gənclər komandası ilə keçirməyə başladı, həmin dövrü Şirer sonradan "məni mən edən" kimi təsvir edirdi.[8] Şirer "Vest Bromviç", "Mançester Siti" və "Nyukasl Yunayted" kimi Birinci Divizion klublarında uğurlu sınaqdan keçsə də 1986-cı ilin aprel ayında o, yolunu helə "Sauthempton"la davam etdirdi.[8]
Klub karyerası
[redaktə | vikimətni redaktə et]Sauthempton (1986–1992)
[redaktə | vikimətni redaktə et]Şirer gənc komanda ilə məşqlər etdikdən sonra Sauthempton əsas komandasına qoşuldu. Sautqempton komandası ilə debut oyununu 1988-ci ilin 26 martında Çelsi yə qarşı etdi.[9] İki həftə sonra Arsenal ilə görüşdə qələbə qazanan Sauthempton komandasında Het-trik ilə yadda qalan Şirer, üst səviyyəli liqalarda Het-trik edən ən gənc futbolçu oldu (17 yaş 240 günlük). Şirer 1987–88 mövsümünü 5 oyunda 3 qol vuraraq tamamladı və onun bu oyunu peşəkar müqavilə ilə qiymətləndirildi.[10]
Fiziki gücü ilə seçilən Şirer irəlidə top saxlamaqla və komanda yoldaşlarına əlverişli vəziyyət yaratmaqla seçilirdi. Karyerasına yaxşı başlasada 1988–89 sezonunda 26 oyunda 3 qolla yadda qaldı. 1990–91 sezonunda 36 oyunda 4 qolla yadda qalan Şirer, 1991-ci ilin ortalarında Fransa'da keçirilən Tulun Turniri üçün İngiltərə U-21 milli futbol komandası'na cəlb edildi və 4 oyunda 7 qol vuraraq turnirin ulduzu oldu.[11] 1991–92 sezonunda "Müqəddəslər" üçün 41 oyunda 13 qol vuran Şirer, özü üçündə İngiltərə komandasının qapılarını açmış oldu. İngiltərə komandası ilə ilk oyunundaca qol vurmaqı bacardı.[12]
Bləkbörn Rovers (1992–1996)
[redaktə | vikimətni redaktə et]1992-ci ilin iyul ayında Şirer £3.6 milyon qarşılığında Bləkbörn Roversə transfer oldu.[13] Blekbörnlə ilk sezonunda, 1992-ci ilin Dekabr ayında Lids Yunayted ə qarşı oyunda sağ dizindən zədələndi. Lakin həmin sezon 21 oyunda 16 qol vurmaqı bacardı.[14] Həmçinin həmin sezon İngiltərə yığmasında davamlı oynayan Şirer, Noyabr ayında Türkiyəyə qarşı 1994 FİFA Dünya Kuboku seçmə mərhələsi oyununda fərqlənərək milli komandada 2-ci qolunu vurdu.[12] Həmin sezon Şirer üçün çox pis keçdi və zədələnərək Yanvar ayından May ayına qədər futboldan uzaq qaldı.
Məşqlərlə 1993–94 sezonuna hazır qayıdan Şirer, Blekbörnün Premyer Liqanı ikinci bitirdiyi sezonda 40 oyunda 31 qol vurmaqı bacardı.[15] Onun bu performansı onu İngiltərə Futbol Yazıçıları Birliyinin İlin Futbolçusu seçməsi ilə nəticələndi.[16] Həmin sezon İngiltərə yığması zəif çıxış edərək 1994 FİFA Dünya Kuboku'na qatıla bilmədi.
1994–95 sezonunda 34 qol vuran Şirer Premyer Liqada bombardir oldu və Bləkbörn Roversin Premyer Liqanı 3-cü dəfə qazanmaqında böyük rol oynadı. Həmin sezon UEFA Cup 1-ci seçmə mərhələsində 1 qolla yadda qaldı və Blekbörn Rovers 2 oyunun nəticəsində İsveçin Trelloborq klubuna məğlub olaraq turnirlə vidalaşdı.[17] Bu performansı ona 1995-ci ildə İngiltərədə İlin Futbolçusu titulunu qazandırdı.[18][19] Növbəti sezonda klub titul qazana bilməsədə Şirer, 35 oyunda 31 qol vuraraq yenidən Premyer Liqanın bombardiri oldu. Blekbörn isə liqanı 7-ci bitirdi.[20][21] Ötən sezon Premyer Liqanı 1-ci başa vurduqu üçün Bləkbörn Rovers UEFA Çempionlar Liqası qrup mərhələsinə birbaşa qatıldı. Şirer, qrup mərhələsində 6 oyunda sadəcə bir qol (penalti) vurmaqı bacardı. Blekbörn isə qrupu 4-cü sırada tamamlıyaraq turnirlə vidalaşdı.[22] Blekbörnlə bütün turnirlər daxil olmaqla 100-dən çox qol vuran Şirer, 1995-ci ilin Dekabr ayında Tottenhem'ə qarşı 100-cü Premyer Liqa qolunu vurdu.
Nyukasl Yunayted (1996–2006)
[redaktə | vikimətni redaktə et]1996-ci il UEFA Avropa Çempionatından sonra 1996-cı ilin 30 İyulunda Nyukasl Yunayted, o zaman üçün rekord məbləğ ödəyərək Şireri komandasına cəlb etdi. Məbləğ £15 milyon (təxminən 34 milyon dollar) idi və o zamanadək bir oyunçuyu transfer etmək üçün ödənən ən böyük məbləğ idi.[23] Şirer Nyukasl Yunayteddə debütünü 17 Avqust 1996-cı ildə Evertona qarşı etdi. Həmin sezon Nyukasl Premyer Liqanı ikinci başa vurdu Şirer isə zədə səbəbindən 7 oyunu buraxmasına baxmayaraq 31 oyunda 25 qol vuraraq növbəti dəfə Premyer Liqanın bombardiri oldu. Bununla yanaşı 2-ci dəfə İngiltərədə İlin Futbolçusu titulunu qazandı.[19] Sezonun ən yaxşı performansını isə 2 Fevral 1997-ci il tarixində, Lester Siti ilə oyunda het-trik edərək ortaya qoydu.[24] Növbəti sezon Şirer daha bir zədə ilə üzləşdi. Sezon öncəsi oyunda Qudison Park stadionunda zədələnən Şirer, 1997–98 sezonunda liqada 17 oyunda sadəcə 2 dəfə fərqlənə bildi. Onun zədəsi klubunada təsir etdi və Nyukasl Yunayted liqanı 13-cü yerdə başa vurdu.[25] Lakin FA Kubokunda yaxşı çıxış edən Nyukasl yarımfinalda Şeffild Yunaytedi Şirerin qoluyla məğlub edərək finala vəsiqə qazandı. Finalda isə Arsenala 2-0 hesabı ilə məğlub oldular.[26]
1998–99 sezonunda 30 liqa oyununda 14 qol vuran Şirer, Nyukaslın kapitanlıq sarğısınıda qoluna taxmış oldu. Ruud Qullitin başçılığı altındaki Nyukasl Yunayted isə liqanı 13-cü tamamladı. FA Kubokunda isə yarımfinalda Şirer, vurduqu 2 qolla komandasının Tottenhemi məğlub edərək finala çıxmasında böyük rol oynadı. Bu final həm də liqanı 13-cü yerdə bitirən Nyukasl üçün gələcək sezon UEFA Cupda iştirak etmək şansı demək idi. FA Kubokunun finalında isə həmin sezon liqanı və Çempionlar Liqasını qazanan Mançester Yunaytedə 0-2 məğlub oldular.[27]
1999–2000 sezonun açılış oyunu Şirer üçün 2 tərəfdən yadda qalan oldu. Yaxşı tərəfi Şirerin Nyukasl klubunda 100-cü oyununa çıxması idi. Pis tərəfi isə Aston Villa klubuna 0-1 məğlub olduqları oyunda Şirer karyerasında ilk dəfə kart gördü.[28] Həmin sezon 37 liqa oyununda 23 qol vuran Şirer, sıralamasıyla 2000–2001 sezonunda 5, 2001–2002 sezonunda 23, 2002–2003 sezonunda 17, 2003–2004 sezonunda 22, 2004–2005 sezonunda 7, 2005–2006 sezonunda isə 10 qol vurdu.[29] Nyukaslda bütün turnirlər daxil olmaqla 10 sezonda 206 dəfə fərqlənən Şirer, Nyukasl tarixinin ən çox qol vuran futbolçusu,[30] ümumilikdə 260 liqa qolu ilə isə Premyer Liqa tarixinin bombardiri oldu.[31][32]
Klub statistikası
[redaktə | vikimətni redaktə et]Klub karyerası | Liqa | FA Kuboku | Liqa Kuboku | Avropa1 | Digər 2 | Cəmi | ||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Sezon | Klub | Liqa | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol |
1987–88 | Sauthempton | 1-ci Liqa | 5 | 3 | 0 | 0 | 0 | 0 | - | - | 5 | 3 | ||
1988–89 | 10 | 0 | 0 | 0 | 0 | 0 | - | - | 10 | 0 | ||||
1989–90 | 26 | 3 | 3 | 0 | 6 | 2 | - | - | 35 | 5 | ||||
1990–91 | 36 | 4 | 4 | 2 | 6 | 6 | - | 2 | 2 | 48 | 14 | |||
1991–92 | 41 | 13 | 7 | 2 | 6 | 3 | - | 6 | 3 | 60 | 21 | |||
Cəmi | 118 | 23 | 14 | 4 | 18 | 11 | 0 | 0 | 8 | 5 | 158 | 43 | ||
1992–93 | Bləkbörn | Premyer Liqa | 21 | 16 | 0 | 0 | 5 | 6 | - | - | 26 | 22 | ||
1993–94 | 40 | 31 | 4 | 2 | 4 | 1 | - | - | 48 | 34 | ||||
1994–95 | 42 | 34 | 2 | 0 | 3 | 2 | 2 | 1 | - | 49 | 37 | |||
1995–96 | 35 | 31 | 2 | 0 | 4 | 5 | 6 | 1 | 1 | 0 | 48 | 37 | ||
Cəmi | 138 | 112 | 8 | 2 | 16 | 14 | 8 | 2 | 1 | 0 | 171 | 130 | ||
1996–97 | Nyukasl | Premyer Liqa | 31 | 25 | 3 | 1 | 1 | 1 | 4 | 1 | 1 | 0 | 40 | 28 |
1997–98 | 17 | 2 | 6 | 5 | 0 | 0 | - | - | 23 | 7 | ||||
1998–99 | 30 | 14 | 6 | 5 | 2 | 1 | 2 | 1 | - | 40 | 21 | |||
1999-00 | 37 | 23 | 6 | 5 | 1 | 0 | 6 | 2 | - | 50 | 30 | |||
2000-01 | 19 | 5 | 0 | 0 | 4 | 2 | - | - | 23 | 7 | ||||
2001-02 | 37 | 23 | 5 | 2 | 4 | 2 | - | - | 46 | 27 | ||||
2002-03 | 35 | 17 | 1 | 1 | 0 | 0 | 12 | 7 | - | 48 | 25 | |||
2003-04 | 37 | 22 | 2 | 0 | 1 | 0 | 12 | 6 | - | 52 | 28 | |||
2004-05 | 28 | 7 | 4 | 1 | 1 | 0 | 9 | 11 | - | 42 | 19 | |||
2005-06 | 32 | 10 | 3 | 1 | 2 | 1 | 4 | 2 | - | 41 | 14 | |||
Cəmi | 303 | 148 | 36 | 21 | 16 | 7 | 49 | 30 | 1 | 0 | 405 | 206 | ||
Klub karyerası cəmi | 559 | 283 | 58 | 27 | 50 | 32 | 56 | 32 | 10 | 5 | 734 | 379 |
1: UEFA Çempionlar Liqası seçmə və əsas mərhələsi, UEFA Avropa Liqası seçmə və əsas mərhələsi və UEFA İntertoto Kuboku
2: İngiltərə Milli Futbol Superkuboku və Full Members Cup
Milli Karyerası
[redaktə | vikimətni redaktə et]Şirerin milli karyerası 1990-cı ildə İngiltərə U-21 milli futbol komandası ilə başladı. Qısa zamanda İngiltərə U-21 milli futbol komandası ilə 11 oyunda 13 qol vuran Şirer hələ də bu rekordun sahibidir.[33] İngiltərə milli futbol komandasında ilk oyununda isə Fransa komandasına qarşı keçirilən yoldaşlıq görüşündəcə qol vurmaqı bacardı. 44-cü dəqiqədə hesabı açan Şirer komandasına 2-0 qalib gəlməkdə kömək etdi.[34]
Avropa Çempionatı 1996
[redaktə | vikimətni redaktə et]1996-cı ilin Avropa Çempionatı isə Şirer üçün əla keçdi. Qrup mərhələsində İsveçrə və Şotlandiyaya qarşı 1, Hollandiyaya qarşı isə 2 qol vuraraq milli komandasının qrupdan çıxmasında böyük rol oynadı. Davamında 1/4 final mərhələsində İspaniyaya da qol vuraraq komandasının yarımfinal oynamasında pay sahibi oldu. Yarımfinalda İngiltərənin rəqibi güclü Almaniya komandası idi. 3-cü dəqiqədə hesab ingilislərin xeyrinə 1-0 dəyişdi. Qolun sahibi Şirer idi. Lakin hesabı qoruya bilməyən ingilislər, 1-1 bitən 120 dəqiqənin sonunda Penaltilər Seriyasında 5:6 hesabı ilə məğlub oldular və 3-cülüklə kifayətləndilər. Turnirin çempionu Almaniya qol kralı isə Şirer oldu.[35][36]
Dünya Kuboku 1998
[redaktə | vikimətni redaktə et]FİFA Dünya Kuboku 1998in seçmə mərhələsinin ilk oyununda Moldova millisinə qarşı kapitanlıq sarğısı ilə çıxan Şirer, komandasının 3-0 qazandıqı oyunda 1 qol ilə yadda qaldı. Sıralama ilə Polşaya ev oyununda2, Gürcüstana 1 və Polşaya səfər oyununda 1 qol vuran Şirer, seçmə mərhələdə ümumilikdə 5 qol vuraraqİngiltərə milli futbol komandasının FİFA Dünya Kuboku 1998ə birbaşa qatılmasına köməklik etdi.[37] FİFA Dünya Kuboku 1998 qrup mərhələsinə yaxşı başlayan İngiltərə ilk oyunda Tunis millisini Şirer və Pol Skoulz'un qolları ilə 2-0 məğlub edərək 3 xal qazandı. Digər iki oyunda 1 məğlubiyyət və 1 qələbə qazanaraq G qrupunu 6 xalla ikinci tamamladı və 1/8 final mərhələsinə yüksəldi. 1/8 final mərhələsində isə rəqib Argentina komandası idi. Şirer və gənc ulduz Maykl Ouen'nin qolları İngiltərə komandasını hesabda önə keçirsədə ingilislər demək olar dejavu yaşadılar. Eynən UEFA Avropa Çempionatı 1996'dakı kimi Penaltilər Seriyasında 4:3 məğlub oldular və turnirlə vidalaşdılar.[38]
Avropa Çempionatı 2000
[redaktə | vikimətni redaktə et]Şirer milli komandada ilk və tək het-triki 1999-cu ilin Sentyabr ayında etdi. 2000-ci ildə keçiriləcək Avropa Kubokunun seçmə mərhələsində Lüksemburq millisi ilə görüşdə Şirer milli ilə bir oyunda ilk dəfə 3 qol vurdu.[39] Seçmə mərhələnin davamında qrupda 2-ci yeri tutan ingilislər pley-off mərhələsində Şotlandiyanı məğlub edərək UEFA Avropa Kuboku 2000ə qatıldılar. Lakin uğursuz keçən turnirdə qrup 3-cüsü olaraq turnirlə vidalaşdılar.[40] Şirer qrup mərhələsində Almaniya və Rumıniya komandalarıyla görüşlərdə 1 qol vurdu, və turniri 2 qolla sonlandırdı. Bu Şirerin karyerasındakı son milli oyunu idi. Şirer milli ilə 63 oyuna çıxdı. 34 dəfə kapitanı olduqu İngiltərə millisində 30 qol vurdu və milli komandanın ən çox qol vuranları siyahısında 6-cı yerdə qərarlaşır.[41]
Milli statistikası
[redaktə | vikimətni redaktə et]Milli Statistikası | ||
---|---|---|
İl | Oyun | Qol |
1992 | 6 | 2 |
1993 | 1 | 0 |
1994 | 6 | 3 |
1995 | 8 | 0 |
1996 | 9 | 8 |
1997 | 5 | 3 |
1998 | 11 | 6 |
1999 | 10 | 6 |
2000 | 7 | 2 |
Cəmi | 63 | 30 |
Qeydlər
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Şirer 1992-ci ildə yaradılmış Premyer Liqada ən çox qol vuran oyunçudur olduğu halda, İngiltərə futbolunun ali liqası səviyyəsində ən çox qol vuran oyunçu Cimmi Qrivzdir (357 qol). Şirer ümumlikdə 283 qol vurmağı bacarmışdır, onlardan 23-ü Futbol Liqasının Birinci Divizyonu dövrünə təsadüf edir. - "England - All-Time Topscorers". RSSSF. 2018-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2017.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Alan Shearer // Transfermarkt (çd.). 2000.
- ↑ Alan Shearer // FBref (çd.).
- ↑ "Pele's list of the greatest". BBC. 4 March 2004. 3 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2013.
- ↑ "Shearer and Henry inducted into Hall of Fame". Premier League. 26 April 2021. 26 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 April 2021.
- ↑ "Alan Shearer player info". Englandstats. 6 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2016.
- ↑ Hugman, Barry J. The PFA Premier & Football League Players' Records 1946–2005. Queen Anne Press. 2005. səh. 556. ISBN 1-85291-665-6.
- ↑ Shearer, Alan. My Illustrated Career. London: Cassell Illustrated. 2007. 18–50. ISBN 978-1-84403-586-1.
- ↑ 1 2 Shearer, Alan (2007). My Illustrated Career. London: Cassell
- ↑ Duncan Holley & Gary Chalk (2003). In That Number – A post-war chronicle of Southampton FC. Hagiology Publishing. pp. 199–200.
- ↑ Shearer, Alan (2007). My Illustrated Career. London: Cassell Illustrated. pp. 18–50.
- ↑ "Arxivlənmiş surət". 2010-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2015-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.
- ↑ "Arxivlənmiş surət". 2011-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.
- ↑ https://web.archive.org/web/20080206025703/http://www.nufc.premiumtv.co.uk/page/Profiles/0,,10278~5962,00.html
- ↑ en:1993–94 FA Premier League
- ↑ en:FWA Footballer of the Year
- ↑ en:1994–95 UEFA Cup
- ↑ "Arxivlənmiş surət". 2021-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-13.
- ↑ 1 2 en:PFA Players' Player of the Year
- ↑ en:1995–96 FA Premier League
- ↑ "Arxivlənmiş surət". 2011-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.
- ↑ "Arxivlənmiş surət". 2012-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.
- ↑ en:World football transfer record
- ↑ "Arxivlənmiş surət". 2017-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ "Arxivlənmiş surət". 2016-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ "Arxivlənmiş surət". 2017-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ "Arxivlənmiş surət". 2018-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ "Arxivlənmiş surət". 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ en:Alan Shearer
- ↑ "Arxivlənmiş surət". 2017-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ "Arxivlənmiş surət". 2018-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ "Arxivlənmiş surət". 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ en:England national under-21 football team
- ↑ "Arxivlənmiş surət". 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-17.
- ↑ "Arxivlənmiş surət". 2022-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-17.
- ↑ "Arxivlənmiş surət". 2016-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-17.
- ↑ en:1998 FIFA World Cup qualification – UEFA Group 2
- ↑ "Arxivlənmiş surət". 2017-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-17.
- ↑ İngiltərə milli futbol komandasının het-triklərinin siyahısı
- ↑ "Arxivlənmiş surət". 2018-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-18.
- ↑ "Arxivlənmiş surət". 2012-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-18.
- Yaşayan insanlar
- 13 avqustda doğulanlar
- 1970-ci ildə doğulanlar
- Əlifba sırasına görə futbolçular
- Əlifba sırasına görə futbol məşqçiləri
- İngiltərədə doğulanlar
- İngiltərə futbolçuları
- Futbol hücumçuları
- Sauthempton FK oyunçuları
- Bləkbörn Rovers FK oyunçuları
- İngiltərə Futbol Liqası oyunçuları
- İngiltərə Premyer Liqası oyunçuları
- Birinci Diviziya/Premyer Liqa bombardirləri
- İngiltərə U-21 milli futbol komandasının oyunçuları
- İngiltərə B milli futbol komandasının oyunçuları
- İngiltərə milli futbol komandasının oyunçuları
- UEFA Avro 1992 oyunçuları
- UEFA Avro 1996 oyunçuları
- 1998 FİFA Dünya Kuboku oyunçuları
- UEFA Avro 2000 oyunçuları
- FİFA 100
- İngiltərənin Futbol Şöhrət Zalının üzvləri
- İngiltərə futbol məşqçiləri
- Nyukasl Yunayted FK məşqçiləri
- İngiltərə Premyer Liqası məşqçiləri
- İngiltərə futbol şərhçiləri
- "Britaniya imperiyası" ordeni komandorları
- İngiltərə Federasiya Kuboku finalı oyunçuları
- Nyukasl Yunayted FK oyunçuları
- İngiltərənin kişi futbolçuları