Akrolein
Akrolein | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C3H4O |
Molyar kütlə | 56,0633 ± 0,003 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,843 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | −126 ± 1 ℉[1], −87 °C[2], −87,7 °C[3] |
Qaynama nöqtəsi | 127 ± 1 ℉[1], 52,69 °C[3] |
Öz-özünə yanma temperaturu | 234 ± 1 °C[4] |
Buxarın təzyiqi | 210 ± 1 mm Hg[1] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 107-02-8 |
PubChem | 7847 |
EINECS-də qeyd. nöm. | 203-453-4 |
SMILES | C=CC=O |
RTECS | AS1050000 |
ChEBI | 15368 |
BMT nömrəsi | 1092 |
ChemSpider | 7559 |
Akrolein (kəskin iyli mayedir) (propenal) – H2C=CH-CHO, akril turşusunun aldehididir, sadə doymamış aldehiddir. Kəskin iyli, göz yaşardıcı, asan uçuculuq qabiliyyətinə malik olub rəngsiz mayedir.
Reaksiyaya girmə qabiliyyəti
[redaktə | vikimətni redaktə et]Akrolein, doymamış aldehid olmaqla, həm olefinlərə, həm də aldehidlərə xas olan reaksiyaya girmə qabiliyyəti göstərir. Belə ki, akrolein asetallar əmələ gətirir :
Onda olan aldehid qrupu asanlıqla karboksil qrupuna qədər oksidləşir :
Həm də aldehid qrupu hidroksil qrupuna qədər reduksiya olur :
Akroleinin karbonil qrupu iki qat rabitəyə qoşulduğuna görə nukleofillərə nisbətən yüksək reaksiyaya girmə qabiliyyətinə malikdir. Ona görə də birləşmə karbonun β-atomunda gedir :
Halogenlər akroleinə iki qat rabitə üzrə birləşir və halogen törəmələri əmələ gəlir, sonra isə H halogenid ayrılır, nəticədə α- halogen akrolein alınır :
İki qat rabitə ilə qoşalaşmış elektron akseptor mövcudluğu sayəsində o dienofil adlanır və dienlərlə reaksiyaya girərək tsiklobirləşmələr əmələ gətirir (Dils-Alder reaksiyası) :
Sintez
[redaktə | vikimətni redaktə et]Laboratoriyada akroleini kalium hidrosulfat iştirakında qliserini dehidratlaşdırmaqla alırlar. Sənayedə isə akroleini propileni, katalizator kimi bismut molibden oksidi və ya mis oksidindən istifadə etməklə, katalitik oksidləşdirmə yolu ilə alırlar. Əvvəllər sənayedə aldehidlərin formaldehidlə buxar fazası ilə krotonla kondensləşmə prosesi çox geniş yayılmışdır :
Zəhərliliyi
[redaktə | vikimətni redaktə et]Yüksək reaksiyaya girmə qabiliyyətinə malik olduğuna görə akrolein zəhərlidir, gözün selikli qişasını və nəfəs yollarını güclü qıcıqlandırmaqla təsir edir. Təhlükəliliyinə görə I dərəcəli sinifə aiddir.
Tətbiqi
[redaktə | vikimətni redaktə et]Akrilonitril, qliserin, piridin, β-pikolin, amin turşusu (metionin), etilvinil efiri, qlutar aldehidi, poliakroleinin sintezində istifadə olunur. Həm də akroleindən dərman preparatlarının istehsalında da istifadə edilir. Birinci Dünya müharibəsi zamanı kimyəvi sılah kimi istifadə edilmişdir.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Химическая энциклопедия / Редкол.: Кнунянц И. Л. и др.. — М.: Советская энциклопедия, 1988. — Т. 1 (Абл-Дар). — 623 с.
- Acrolein MSDS (недоступная ссылка). Дата обращения 26 марта 2012. Архивировано 14 февраля 2012 года.
- Роспотребнадзор). № 1797. Проп-2-ен-1-аль (акрилальдегид; акролеин) // ГН 2.2.5.3532–18 "Предельно допустимые концентрации (ПДК) вредных веществ в воздухе рабочей зоны" (рус.) / утверждены А. Ю. Поповой. — Москва, 2018. — С. 123. — 170 с. — (Санитарные правила).
- МКХБ Международная организация труда. МКХБ № 0090. Акролеин. Пропеналь. www.ilo.org/dyn/icsc/ (2018). Дата обращения 12 ноября 2019.
- Плотникова М. М. Материалы к гигиенической оценке акролеина как атмосферного загрязнения (рус.) // Министерство здравоохранения СССР Гигиена и санитария. — Москва: Медицина, 1957. — Июнь (№ 6). — С. 10–15. — ISSN 0016–9900.
- Katz S. H. and E. J. Talbert. Table 3. Intensities of odors versus concentrations in parts per million // Intensities of Odors and Irritating Effects of Warning Agents for Inflammable and Poisonous Gases (англ.). — Washington, D. C: U. S. Bureau of Mines, U. S. Dept. of Commerce, 1930. — P. 14. — 40 p. — (Technical Report no. 480).
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 http://www.cdc.gov/niosh/npg/npgd0011.html.
- ↑ Bradley J., Williams A. J., Andrew S.I.D. Lang Jean-Claude Bradley Open Melting Point Dataset. // Figshare 2014. doi:10.6084/M9.FIGSHARE.1031637.V2
- ↑ 1 2 David R. Lide, Jr. Basic laboratory and industrial chemicals (ing.): A CRC quick reference handbook. CRC Press, 1993. ISBN 978-0-8493-4498-5
- ↑ http://www.cdc.gov/niosh/ipcsneng/neng0090.html.