Adi malay ayısı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Adi malay ayısı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi malay ayısı (lat. Helarctos malayanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin malay ayısı cinsinə aid heyvan növü. Öz cinsinin yeganə nümayəndəsidir.

Xarici görünüş

[redaktə | vikimətni redaktə et]

Malay ayısı ayıkimilər fəsiləsinə daxil olan növlər arasında ölçü baxımından ən kiçiyidir. Onun uzunluğu 1.5 m keçmir (üstəlik 3—7 sm-lik quyruq). Ayaqları qrərində hündürlüyü 50-70 sm, çəkisi 27—65 kq olur. Erkəklər bir qayda olaraq dişilərdən 10—20 % böyükdür. Bu canlılar uzun buruna malikdirlər. Üstəlik olduqca güçlüdürlər. Dırnaqları itidir. Yırtıcı dışlərı kiçikdir.

Bu canlıların xəzi qısa tükə sahibdir. Üstəlik sərt və hamardır. Rəngi qaradır. Sinə nahiyəsində ağımtıl və ya sarımtıl rənli ləkə olur. Öz elmi adınıda bu ləkədən almışdır.

Bu növ ayılar Şimal-şərqi Hindistan, Cənubi Çin, Myanma, Tayland, Hind-Çin və Malakka yarımadaları, İndoneziya (SumatraKalimantan) kimi ərazilərdə yayılmışdır.

Kalimantan adasında ayıca Helarctos malayanus euryspilus yarımnövü yayılmışdır.

Qapalı vəziyyətdə

[redaktə | vikimətni redaktə et]

Bu növ ayıları xüsusi fermalarda saxlanılır. Onun piyi Asiya təbabətində istifadə edilir.

Həyat tərzi və qıdalanması

[redaktə | vikimətni redaktə et]

Bu növ ayılar Cənub-Şərqi Asiyanın tropik və subtropik meşələrində yayılmışlar. Ağaclara dırmanmağı xoşlayır. Əsasən gecə həyat tərzi keçirirlər. Gündüz ağacların üzərində günəş vanaları qəbul dirlər. Onlar ağaclarda özlərinə yuva kimi bir yataq yeri hazırlayırlar. Onlar elə ağacların üzərindəcə yarğaqlar və meyvələrlə qidalanırlar. Qış yuxusuna getmirlər.

Hər şeylə qidalanırlar. Əsasən qrışqa, bal, termit, qurtlar, bitkilər qidalansalarda omnların kərtənkələ, kiçik məməlilərlə qidalanırlar. Onlar leş yeməyəndirlər. Əsasən pələnglərdən sonra qalan leşləri yeyirlər. Ey heyvanlarını parçalaması belə məlumdur. Əsasənn banan, kakaos plantasiyalarına ziyan vururlar. İnsanla yaxın yaşayan bölgələrdə zibilliklərdəə eşələnirlər.

Çəki baxımından kiçik olmasına baxmayaraq olduqca aqressiv canlıdır. Hətta özünü pələng hücumundan belə qoruya bilir. Onların düşmənləri siyahısına əsl timsahılar, boz bəbir və olduqca iri olan torlu piton daxildir.

Dişilər 95 gün boğazlıq dövrü keçirir. Adətən 1—2 bala verirlər. Balalar doğularkən cəmi 300 q olur. Balalar anaları ilə 3 il birgə yaşayırlar.

Orta ömür müddəti 24 ildir (qapalı ərazidə).

Biruanqlar ayıların ən nadır növləri hesab edilir. Onlar Beynəlxalq Təbiəti mühafizə birliyinin Qırmızı kitabına daxil edilmişdir. Onların sayı dəqiq məlum deyildir.

Onları qapalı şəraitdə hətta bir ev heyvanı kimi saxlamaq mümkündür. Onların ürəköd kisəsi ənənəvi Asiya tibbində istifadə edilir.

  1. Integrated Taxonomic Information System (ing.). 2003.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0