Adi gavalı
Adi gavalı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Adi gavalı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi gavalı (lat. Prunus domestica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Botaniki təsviri
[redaktə | vikimətni redaktə et]Gavalını tərkibində müxtəlif orqanik turşular, karbohidratlar, 9-16% şikər, pektin (2% qədər), mineral maddələr, C,A,C vitamini, karotin, azot birləşmələri və rəngləyici maddələr vardır.
B vitaminlərinin, eləcə də C və PP vitaminlərinin bolluğu ilə məşhurdur.
Təbabətdə
[redaktə | vikimətni redaktə et]Orta əsr müəllifləri gavalının müalicəvi xüsusiyyətlərindən misallar gətirirlər. Məhəmməd Mömin yazır ki, gavalı qızdırmada, şiddətli titrəmə və baş ağrısında xeyirlidir. 460 q gavalını 0,7 suda qaynadaraq yaxşı işlətmə dərmanı əldə edirlər. Gavalı qurdqovucu təsirə malikdir. Ağızı yaxalamaq üçün yemiş həlimi, gavalının yarpaq və kökündən hazırlanan dərman angina və badamcıq şişi zamanı xeyirlidir və damağı möhkəmlədir. Gavalını yaxşı həzm etmək üçün, onu qızılgül ləçəklərindən bişirilmiş mürəbbə ilə yemək lazımdır. İbn Sina qeyd edir ki, gavalı əzilib, dəri üzərindəki yara və dəmrova çəkilsə, fayda vermiş olar. Gavalı yarpaqlarının həlimi ilə ağızı yaxalasanız, boğazdakı iltihab dilçəyə və badamğıca gəlib çıxa bilməz. Gavalı kitrəsindən hazırlanan mərhəm gözün nurunu möhkəmlədir. Şirin gavalı ödü qovur. Gavalı kitrəsini su ilə qatıb içilsə sidik kisəsindəki daşları parçalayır.
Tibet həkimləri gavalını ürək, qara ciyər və ələş xəstəliklərində məsləhət görürlər. Hindistan və Seylonda gavalı tumları sidik kisəsi və böyrəklərdəki daşları parçalamaq üçün tətbiq olunurdu. Başqa dərmanlarla qarışdırıb, onu ilan sancmasına qarşı istidifadə edirdilər. Yara və xoraların üzərinə gavalının təzə, yaxud quru pörtlədilmiş yarpaqlarını və yaxud da ki sirkədə qaynadılmış yarpaqların həlimini qoyurlar.
Daha çox müalicəvi effekti qara gavalı verir, hansı ki, qəbz vaxtı məsləhət görülür. Orqanizmdən suyu və xörək duzunu çıxartmağa qadir olan kalium duzunun mövcudluğu qara gavalını qan təzyiqi və böyrək xəstəlikləri üçün tətbiq edilməsi buna imkan verir. Qara gavalı orqanizmdən xolesterini çıxarır, oteroskleroz və öd kisəsi xəstəliklərində faydalıdır.
Gavalı həm də karbohidratların mübadiləsini normalaşdırır, həyəcanı aradan qaldırır, diqqəti gücləndirir, uzunmüddətli stresi aadan qaldırır, əlavə çəki ilə mübarizədə faydalıdır. Amma şəkərli diabet xəsətlərinə gavalı yeməsi tövsiyə edilmir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 475.