AGİL Volley Novara QVK

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İtaliya AGİL Volley
Loqonun şəkli
Ölkə
Şəhər Novara
Ləqəb(lər) Igor Gorgonzola Novara
Rəng(lər) göy-
Yaranma tarixi 1984
Meydança Sporting Palace
Tutumu 5.000
Prezidenti İtaliya Giovanna Saporiti
Baş məşqçisi İtaliya Lusiano Pedulla
Liqa Seriya A1
2013-14 4
Ev
Səfər
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


AGIL Volleyİtaliyada fəaliyyət göstərən qadın voleybol klubu. Novara şəhərinin bütün idman növləri üzrə ən uğurlu komandasıdır.

Komanda 1984-cü ildə təsis edilmişdir. 1995-ci ilə qədər heç bir liqada iştirak etməmişdir. Yalnız bu ildə Seriya B2-də mübarizə aparan komanda yaşadığı çempionluqla Seriya B1-ə vəsiqə qazanmışdı.

2001-02 mövsümündə Seriya A1-də üçüncü olan AGİL bu uğuru sayəsində CEV Kubokuna vəsiqə qazanmışdı. Həmin il CEV kubokunda da uğurlu çıxış edərək finala çıxmış, bu mərhələdə də İspaniya təmsilçisi Las Palması məğlub edərək ilk böyük nailiyyətini qazanmışdı.

Hər kəsin uğurların davamını gözlədiyi bir anda 2002-ci ilin yayında komanda böyük maliyyə problemləri səbəbləri ilə İtaliya Voleybol Federasiyası tərəfindən sərt cəza ilə üzləşmişdi. Bu qərara əsasən komanda 2002-03 mövsümündən etibarən İtaliya voleybolunda səviyyəcə beşinci liqa olan Seriya "C"yə göndərilmişdi. Bu isə komandanın bütün voleybolçularının Novara şəhərini tərk etməsi ilə nəticələnmişdi.[1]

Qərarın əziyyəti ilə boğuşan klub 2006-cı ilə qədər fəaliyyət göstərməmişdir. 2006-cı ildən Seriya B2-də mübarizə aparan komanda 2011-12 mövsümündə bu liqanın qalibi olmuşdur.

2012-ci ildə VK 1999 Busnago ilə müqavilə imzalayan komanda əvvəlki günlərinə qayıtmaq ümüdlərini artırdı. Müqaviləyə əsasən 2 komanda birləşəcək və bundan sonra eyni komandanın uğurları üçün çalışacaqlar.[2]

İki il ərzində əsas liqaya yüksələ bildi. Bu İtaliya mətbuatında da böyük səs-küyə səbəb olmuşdu.

2013-14 mövsümündə İtaliya çempionatında yarımfinala qədər irəliləyə bilmişdi novaralılar. Bu mərhələdə River Volley Pyaçentsaya məğlub olaraq Seriya A1-i dördüncü başa vurmuş və əvvəlki günlərinə dönəcəyi siqnalını rəqiblərini vermişdi.[3]

2013-14 mövsümü üçün[4]

Nömrə Oyunçunun adı Mövqeyi Ölkəsi
1 Luisa Casillo Blokçu İtaliya İtaliya
2 Sara Paris Libero İtaliya İtaliya
3 Valeria Rosso Hücumçu İtaliya İtaliya
4 Maja Tokarska Blokçu Polşa Polşa
5 Mi-Na Kim Toppaylayıcı İtaliya İtaliya
7 Gilda Lombardo Hücumçu İtaliya İtaliya
9 Costanza Manfredini Hücumçu İtaliya İtaliya
10 İvana Miloş Blokçu Xorvatiya Xorvatiya
11 Tereza Vanzurova Diaqonal Çexiya Çexiya
12 Valeria Alberti Libero İtaliya İtaliya
15 Lena Möllers Toppaylayıcı Almaniya Almaniya
16 Kelly Mörpiy Diaqonal ABŞ ABŞ
18 Çiara Bellei Hücumçu İtaliya İtaliya

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]