Ən gözəl (film, 1951)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ən gözəl
Bellissima
Janr dram
Rejissor Lukino Viskonti
Ssenari müəllifləri
Baş rolda Anna Manyani
İstehsalçı CEI Incom
İlk baxış tarixi 1951
Müddət 108 dəq.
Ölkə İtaliya İtaliya
Dil italyan dili
İl 1951
Rəng ağ-qara[d]
IMDb ID0043332
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Ən gözəl" — İtaliya kinorejissoru Lukino Viskontinin çəkdiyi bədii film. Filmə baxmağa görə yaş məhdudiyyəti yoxdur. Bu filmində Lukino Viskonti bir ananın həyat tarixçəsini və onun problemlərini təsvir edir.

İtaliya rejissoru Lukino Viskontinin "Ən gözəl" filmi xor və orkestrın çaldığı musiqinin müşayiəti altında orta yaşlı qadın solistin qabağa çıxması ilə başlayır. Bundan sonra kadrda titrlər görünüb qurtarır və cəld cavan bir diktor mikrofona yaxınlaşıb elan oxuyur və "Cine-Citta" studiyasına filmə çəkilməyə balaca qız lazım olduğunu bildirir.

Filmdə baş rolda Anna Manyani oynayır. Viskonti aktrisanın özünün sujet olduğunu deyirdi. Viskontiyə görə filmin ana portreti kimi qəbul olunması nəzərdə tutulubmuş. Filmin baş qəhrəmanı olan Madlena evdar qadındır və qonşulara iynə vurmaqla ailəsini dolandırır. O, öz qızını sevdiyindən hamıdan gözəl sayır. Madlena istəyir ki, qızını o rolda görsün. Qızının böyük aktrisa olub onun çəkdiyi sıxıntıları keçirməməsini istəyən ana əlindən gələni etsə də sonda əsl xoşbəxtliyin bunda olmadığını başa düşür.

Viskontinin bu filmi qorxulu görünür. Kinoşünas Kastella bu filmdəki konflikti çirkli, çoxlu adam yaşayan sadə həyat tərzi keçirən şəhər kvartallarını və xəyal kimi təsvir olunmuş studiyanın toqquşmasında, filmin açıqlamasını isə ananın müqaviləyə qol çəkməməsində görür. O deyirdi: "Bu qadın yaşadığı mühitdən, gerçəklikdən gizlənmək istəyir. Amma o biri dünyanın — xəyal dünyasının yalan olduğunu artıq başa düşür və özünün zəhmətkeş mənşəsinə sadiq qalmasını üstün tutur. Amma bu heç də belə deyil, belə olsaydı, onda ananın həyat yoldaşı qalib olardı. Neorealistlər istəyirdilər ki, onların filmlərini həyatın bir hissəsi kimi qəbul etsinlər. Onlar filmlərinin baxımlı olmasını istəmirdilər, amma "Ən gözəl" filmi baxımlıdır. Kinoşünaslar bu filmi melodrama adlandırsalar da Viskonti bununla razılaşmırdı".

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]