Əlavəli avtobus
Naviqasiyaya keç
Axtarışa keç
Əlavəli avtobus və ya Dəstəkli avtobus, birləşdirici vasitə ilə bir-birinə bağlanılmış iki hissədən ibarət olan və şəhər daxili nəqliyyatda istifadə olunan, adi avtobuslarla müqayisədə sərnişin tutumu artırılmış bir avtobus növüdür.
Bəzi metrobuslarda olduğu kimi uzunluğu 11 metrdən 25 metrə qədər ola bilər. Tək əlavəli, cüt əlavəli, iki mərtəbəli əlavəli kimi növləri mövcuddur.
Avtobusun manevrini asanlaşdırmaq üçün ən arxa təkərin dönməsinə imkan verən 4WS sisteminə bənzər bir sistem istifadə olunur.