Əbdürrəhman ibn Mülcəm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əbdürrəhman ibn Mülcəm
ərəb. عبد الرحمن بن ملجم المرادي
"İmam Əlinin şəhadəti" əsərində ibn Mülcəmin təsviri. Müəllif: Yusif Əbdinicat.
"İmam Əlinin şəhadəti" əsərində ibn Mülcəmin təsviri. Müəllif: Yusif Əbdinicat.
Doğum yeri
  • bilinmir
Vəfat tarixi 661
Vəfat yeri
Vəfat səbəbi başın kəsilməsi
Vətəndaşlığı
Cinayət Əlinin qətli
Cinayət cəzası edam

Əbdürrəhman ibn Mülcəm əl-Muradi (ərəb. عبدالرحمن بن ملجم المرادي‎) — İslam xəlifəsi Əli ibn Əbu Talibi öldürən xarici.

Əli ibn Əbu Talib 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində sübh namazı qılarkən başına zəhərli qılınc zərbəsi almışdır.[1] Baş həkim Ətir bin Əmr əs-Sakuni Əliyə tibbi müdaxilə etmiş, ancaq Əli 28 yanvar 661-ci ildə aldığı yaralardan vəfat etmişdir.[2]

Əli əmr verir ki, əgər o, aldığı yaralardan vəfat etsə, ibn Mülcəm edam edilərək ondan qisas alınmalıdır.[3] Həsən ibn Əli atasının təlimatlarına riayət edərək ibn Mülcəmi edam edərək ondan qisas alır.[4]:309[5]

  1. Veççiya Valyeri, Laura. ʿAlī b. Abī Ṭālib. // İslam Ensiklopediyası (ingilis) (II buraxılış). Brill Online. doi:10.1163/1573-3912_islam_COM_0046.
  2. əl-Səlləbi, Əli. Biography of Ali ibn Abi Talib (ingilis). Darussalam Publishers.
  3. Kelsi, 1993. səh. 92
  4. Madelunq, Vilferd. The Succession to Muhammad: A Study of the Early Caliphate (ingilis). Cambridge University Press. 1997. ISBN 978-0-521-64696-3. 2016-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-31.
  5. Abbas, Əli. "The Life of the Commander of the Faithful Ali Ibn Abu Talib (as)" (ingilis). December 28, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2020.