Şiva

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şiva Nataracənin (rəqs sultanı) Hindistanda aşkar olunmuş və X əsrə aid olan mis heykəli (Los-Anceles İncəsənət Muzeyi)

Şiva (sanskr. शिव) — hinduizmdə ən qədim tanrılardan biri. Hinduizm üç tanrı prinsipini gözləyir və bu tanrılar Brahma (yaradıcı), Vişnu (Qoruyucu) və Şivadır (dağıdıcı)[1].

Sanskrit dilində Şiva boz-qara, civə rəngli deməkdir. Şivanın simvolu linqamdır, Yeri Göylə birləşdirən parlaq sütundur, fallik kultun nişanəsidir. Şivaya həmçinin məhsuldarlıq tanrısı kimi tapınırlar. Şivanın ikinci obraz-təzahürünə Nataracə adı verilib (burada nata rəqs, aktyor, racə isə sultan mənalarında anlaşılır). Beləliklə, dini rəvayətlər Şivanı "rəqs sultanı" təqdim edir[1].

Şivanın arvadı mərasim rəqslərinin himayədarı olan Şaktidir (Sati və Parvati kimi başqa-başqa təzahürləri var). Mifologiya fil başlı Qaneşanı Şiva və Parvatinin oğlu kimi təqdim edir[1].

Şivanın simvolik daşı ağdır[1].

  1. 1 2 3 4 "Hind rəqqaslıq sənəti". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-02.