Şişyarpaq şümşə
Şişyarpaq şümşə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Şişyarpaq şümşə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Şişyarpaq şümşə
Sinonim
[redaktə | mənbəni redaktə et]- Aquifolium croceum Raf.
- Aquifolium ferox Mill. ex Rafin.
- Aquifolium heterophyllum Raf.
- Aquifolium ilex Scop.
- Aquifolium lanceolatum Raf.
- Aquifolium planifolium Raf.
- Aquifolium spinosum Lam.
- Aquifolium undulatum Raf.
- Aquifolium vulgare St.-Lag.
- Ilex aquifolium var. barcinonae Pau
- Ilex balearica Desf.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Təbii halda Şimali Afrika,Qərbi Avropa və Skandinaviya yarımadasında yayılmışdır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 15-25 m-ə və gövdəsinin diametri 60 sm-ə çatan həmişəyaşıl,sıx piramidal və ya uzunsov çətirli ağacdır.Aşağı əyilən və ya düz yönələn budaqları möhləm,şabalıdı,Qonur rəngli qabıqla örtülmüşdür.Bozumtul -qonur rəngli zoğları çılpaq və ya qısa sıx tüklərlə örtülü olur.Yarpaqlarının uzunluğu 2-10 sm,eni isə 2-4,5 sm-ə çatan,yumurtavari və ya tərsyumurtavari formada olub,kənarları 2-9 batıq dişli ,dalğavari,parlaq,dərivaridir,üstdən tünd-yaşıl,altdan tutqun rənglidir.Aprel-may aylarında çiçəkləyir.Çiçəkləri keçən ilki zoğlarda qoltuğunda,çətirvari qalxanlarda yerləşir.Çiçəkləri ağ,ətirli,4-5 üzvlü olub,qısa,çılpaq və ya qısatüklü çiçək saplağında yerləşir.Meyvəsi 7-11 mm uzunluğunda,5-10 sm enində olub,qırmızı rəngli,kürəvi və ya yumurtavarıdır,4,bəzən 5 çəyirdəklidir.Çəyirdəkləri çoxtilli olub,uzununa qabırğalıdır.meyvəsi sentyabr-oktyabr aylarında yetişir.Toxumla çoxaldılır.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Rütubətə və torpağa tələbkardır.Quru və ağır torpaqlarda nisbətən yavaş böyüyür.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Bakıda,Lənkəranda,Gəncədə park və bağlarda mədəni şəraitdə becərilir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Bitkini budamaqla müxtəlif forma vermək olur.Canlı çəpərlərin salınmasında və dekorativ kompozisiyaların tərtibatında,eyni zamanda tək əkinlərdə istifadə olunur.
Məlumat mənbəsi
[redaktə | mənbəni redaktə et]- Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 125.