Şer Ami

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şer Ami
Növü çöl göyərçini
Cinsi dişi
Doğum tarixi may 1910
Doğum yeri ABŞ
Ölüm tarixi 13.07.1919
Ölkə ABŞ

Şer Ami (fr. Cher Ami tərcümədə — "Əziz dost" deməkdir) — 1918-ci ildə ABŞ siqnal korpusu ilə birlikdə ABŞ-dən Fransaya köçürülmüş hərbi poçt göyərçinidir. Birinci Dünya müharibəsinin son bir ilində Qərb cəbhəsində, göyərçin çoxlu uçuşlar edərək xüsusi əhəmiyyətli mesajları çatdırırdı.

Meuse-Argonne hücumu zamanı ordunun əsas hissəsindən düşmənin bölərək ayrı saldığı 77-ci piyada diviziyasının itirilmiş batalyonunun 194 əsgərini xilas etməklə məşhurlaşmışdı[1][2].

Birinci Dünya müharibəsi hadisələri

[redaktə | mənbəni redaktə et]

3 oktyabr 1918-ci ildə mayor (ing. Charles White Whittlesey) və 500-dən çox insan kiçik irəliləyiş etmiş, ancaq qidasız və məhdud sayda silah-sursatla mühasirəyə düşmüşdülər. 4 oktyabrda onlar, cəbhənin digər tərəfindən göyərçinlə qeyri dəqiq koordinatlarını göndərdilər. Tabor müttəfiqlərin atəşinə tutuldu. Elə ilk gündə amerikanlıların çoxu öldürüldü və yaralandı. Amerika ordusunun olduğu yerə mesaj daşıyan iki poçt göyərçini göndərildi, lakin hər ikisi öldürüldü. Sonuncu poçt göyərçini — Şer Ami qalmışdı. Göyərçinin sol ayağına bir qeyd bağlandı[3]:

" 276,4 paraleldə yol boyu yerləşmişik. Topçularımız birbaşa üstümüzə zərbələr endirir. Allah xatirinə atəşi dayandırın. "

Şer Ami göyə uçanda almanlar ona atəş yağdırmağa başladılar və hətta bir neçə dəfə vurdular, lakin göyərçin amerikalıların tutduğu əraziyə girməyə müvəffəq oldu. Sinəsindən yaralanmasına, gözünü və ayağını itirməsinə baxmayaraq cəmi 25 dəqiqəyə 25 mil uçaraq mesajı çatdırmışdı. Həkimlər Şer Aminin həyatı üçün mübarizə apardılar və o sağ qaldı. Müttəfiqlər Almanları geri itələyib batalyonla birləşdilər. Nəticədə, 77-ci piyada diviziyasının 194 əsgəri göyərçin tərəfindən xilas edildi[4][5].

Dəyərləndirilməsi

[redaktə | mənbəni redaktə et]

Göyərçin, Verden döyüşü zamanı 12 mesaj çatdırdığı üçün Fransa Hərbi Xaç medalına və Amerika poçt göyərçinlər cəmiyyətinin Qızıl medalına layiq görülmüşdür. Quş 13 iyun 1919-cu ildə Nyu-Cersinin Fort Monmout şəhərində ölüb. Onun cəsədindən içərisi doldurularaq oyuq hazırlanmışdır. Oyuq Smitsonian İnstitutunda saxlanılır. Şer Ami 1931-ci ildə Poçt Göyərçinlərinin Şöhrət Zalına (ing. Racing Pigeon Hall of Fame) salındı. 2011-ci ildə Taym jurnalı Şer Amini ən qəhrəman heyvanların siyahısında ilk onluğuna daxil etdi[2].

  1. "Cher Ami—World War I Carrier Pigeon" (ingilis). Encyclopedia Smithsonian Seriosly Amazing. 2015-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-03.
  2. 1 2 Webley K. "Top 10 Heroic Animals. 4. Cher Ami the Pigeon" (ingilis). Time. 2011-03-21. 2015-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-03.
  3. "For heavens sake stop it" (ingilis). Letters of Note. 2015-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-01.
  4. "Cher Ami — The Carrier Pigeon who saved 200 men" (ingilis). Home of Heroes. 2015-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-01.
  5. Webley K. "Top 10 Militant Animals. Pigeons" (ingilis). Time. 2010-07-19. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-03.