Şelkov rayonu
Şelkov rayonu | |
---|---|
Шелковски кӏошт | |
43°30′32″ şm. e. 46°19′57″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Şelkovski[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1923 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 87136 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Şelkov (çeç. Шелковски кӏошт[4]) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Şelkovski kəndidir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Rayon Çeçenistan Respublikasının şimal-şərq hissəsində yerləşir. Çeçenistanın Qroznı, Qudermes (cənubda Terek çayı boyunca) və Naursi (qərbdə) rayonları, eləcə də Dağıstanın Xasavyurt, Babayurd, Qızılyar, Tarumov və Noqay rayonları ilə həmsərhəddir.
Sahəsi 2994.12 km²[5] (Çeçenistanın ən böyük rayonudur), uzunluğu şimaldan cənuba 60 km, qərbdən şərqə 75 km-dir. Neft və tikinti materialları hasil olunan yataqlara sahibdir.
Tarix
[redaktə | mənbəni redaktə et]Rayon yaranmazdan əvvəl onun ərazisi Terek vilayətinin Kizlyar bölməsinin bir hissəsi olmuşdur. 1921-ci ilin əvvəllərində Terek quberniyasının təşkili ilə ərazi Kizlyar qəzasının tərkibinə daxil edilir[6]. 16 noyabr 1922-ci ildə Qəzəıyar vilayətinin bir hissəsi Qızılyar dairəsiolaraq Dağıstan SSR tərkibinə daxil edilir[6][7]. Ancaq Şelkovski rayonunun ərazisi isə bir qədər sonra 4 yanvar 1923-cü ildə Dağıstana birləşdirilir. Terek vilayətinin Qızılyar mahalı 13 fevral 1924-cü ildə rəsmi olaraq fəaliyyətini ləğv edildi. Qızılyar rayonunun yenidən vilayətə qaytarılmasının mümkünlüyü məsələsinə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 14 yanvar 1924-cü il tarixli qərarı xitam verildi və Dağıstan MSSR-na verilmiş ərazilər onun tərkibində qaldı. Şelkovski rayonu inzibati vahid kimi 1925-ci ildə artıq mövcud idi. 1928-1929-cu illərdə Şelkovski rayonu Dağıstan MSSR-nin kantonlarından biri olaraq mövcudluğunu qoruyurdu.
1938-1944-cü illərdə yeni yaradılmış Stavropol diyarının Qızılyar mahalının rayonlarından biri olmuşdur (1943-cü ilə qədər Orconikidze diyarı).
1944-1957-ci illərdə isə Qroznı vilayətinin bir hissəsi idi.
9 yanvar 1957-ci ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Çeçen-İnquş MSSR-nın RSFSR tərkib hissəsi kimi bərpası haqqında" və RSFSR Ali Soveti Rəyasət Heyətinin 721-4 nömrəli "Çeçen-İnquş MSSR-nın bərpası və Qroznı vilayətinin ləğvi haqqında" əmri ilə Çeçen-İnquş MSSR bərpa edildi. Üstəlik o dövrdə mütləq əksəriyyəti ruslardan ibarət[8] olan və heç vaxt ÇİMSSR tərkibinə daxil olmayan Naurski və Şelkov rayonlarının ərazisi Çeçen-İnquş Muxtar Nəticədə ərazi itkiləri üçün bir növ "kompensasiya" olaraq əvvəllər Stavropol diyarına aid olan Naurski, Karqalinski və Şelkovski rayonları Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasına verildi. 1957-ci ildən 1991-ci ilə qədər Şelkovski rayonu Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibində idi. 1991-ci ilin dekabrından bu günə qədər rayon Çeçenistan Respublikasının tərkibində olmuşdur.[9]
Əhali
[redaktə | mənbəni redaktə et]Bölgə əhalisinin etnik tərkibi:
1989 | 2002 | 2010[10] | |
---|---|---|---|
Ümumi əhali | 45 011 | 50 233 | 53 548 |
çeçenlər | 16 876 (37,5 %) |
37 714 (75,1 %) |
43 459 (81,16 %) |
noqaylar | 6 620 (14,7 %) |
3 504 (7,0 %) |
3 268 (6,10 %) |
ruslar | 14 180 (31,5 %) |
3 992 (7,9 %) |
2 901 (5,42 %) |
qumuqlar | 1 791 (4,0 %) |
1 702 (3,4 %) |
1 640 (3,06 %) |
tatarlar | 643 (1,3 %) |
760 (1,42 %) | |
avarlar | 1 866 (4,1 %) |
1 538 (3,1 %) |
639 (1,19 %) |
darginlər | 583 (1,2 %) |
233 (0,44 %) | |
ləzgilər | 25 (<0,1 %) |
131 (0,24 %) | |
ukraynalılar | 276 (0,6 %) |
55 (0,1 %) |
24 (0,04 %) |
ermənilər | 46 (0,1 %) |
27 (0,1 %) |
21 (0,04 %) |
inquşlar | 117 (0,3 %) |
36 (0,1 %) |
12 (0,02 %) |
digərləri | 3 239 (7,2 %) |
414 (0,8 %) |
460 (0,86 %) |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
- ↑ "Названия районов на чеченском языке". 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
- ↑ "Чеченская Республика. Общая площадь земель муниципального образования". 2017-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
- ↑ 1 2 "Краткая справка об административно-территориальных изменениях Ставропольского края за 1920—1992 гг". 2018-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
- ↑ "А. Цуциев. Атлас этнополитической истории Кавказа (1774—2004). Карта 22 (1922—1928). Советское национально-государственное строительство". 2020-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
- ↑ "Этнокавказ. Национальный состав Чечни по переписям 1897—2002". 2019-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
- ↑ "Этнополитические процессы в Чечено-Ингушской АССР в 1957–1990 гг". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
- ↑ "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населённым пунктам, сельским населённым пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.