Şanti (mahnı janrı)
Naviqasiyaya keç
Axtarışa keç
Şanti (ing. sea shanty, həmçinin chantey; fr. chanter sözündən – hərf. oxumaq) — İngiltərə musiqisinin alt janrı, ingilis dənizçilərinin oxuduğu mahnılar. Onlar XX əsrə qədər geniş miqyasda yayılmışdı. Şantilər indiki dövrdə kolleksiyaçılar və xalq musiqisi həvəskarları tərəfindən qorunur.
İndiki dövrdə
[redaktə | mənbəni redaktə et]Şantilər indiki dövrdə folk qrupları tərəfindən müntəzəm olaraq oxunur. İrlandiyanın "The Dubliners", Kanadanın "The Irish Rovers" və Fransanın "Marée de paradis" qrupları bunlara nümunədir.[1]